Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: “Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”.
Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər?
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər bir müsəlman hər gün sədəqə verməlidir”. Soruşurlar: “Kimin buna gücü çatar?”.
Həzrət (s) buyurur: Yolun üstündən zərər verə biləcək şeyləri götürmək – sədəqədir. Başqasına yol göstərmək – sədəqədir.
Xəstəni ziyarət etmək – sədəqədir. Əmr-be-məruf – sədəqədir. Nəhy-əz-munkər – sədəqədir. Salamın cavabını vermək – sədəqədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir”.
Əziz Peyğəmbər (s) həmçinin başqa yerdə buyurur: “Dilini saxla. Çünki bu iş – özünə verdiyin sədəqədir”.
İmam Sadiq (ə) sədəqə haqqında buyurur: “Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birindən əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq”.
Həzrət Peyğəmbər (s) yenə buyurur: “Pislikdən çəkinmək – sədəqədir”.
İmam Sadiq (ə) buyurur: “Kar insana, bir sözü başa salmaq – gözəl bir sədəqədir”.
Belə isə, bu gözəl əməllərdən qafil olmayaq.