Fatimənin (s.ə) necə doğulması
Şüyx Səduq yazır: Müfəzzəl ibn Ömər yazır: bir gün İmam Sadiqdən (ə) soruşdum: Fatimə(s.ə) dünyaya necə gəldi? İmam Sadiq(ə) buyurdu: “Xədicə Peyğəmbərlə evəndikdən sonra Məkkə qadınları (islama qarşı düşmənçiliklərinə görə) ondan uzaqlaşdılar. Beləki, qadınlar nə Xədicənin (s.ə) evinə gedir, nə də yolda onu gördükdə salam verirdilər. Hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, Xədicə (s.ə) bütün bunlardan kədərlənir və bu çirkin əməllərin Peyğəmbərə (s) zərər yetirəcəyindən qorxurdu. Amma Fatimə (s.ə)Xədicənin (s.ə) bətnində olduğu halda anası ilə söhbət edib ona ürək- dirək verirdi. Xədicə hətta bu məsələni də Peyğəmbər (s) –dan gizlədirdi. Bir gün Allahın rəsulu evə daxil olduqda Xədicənin (s.ə) kiminləsə söhbət etdiyini eşidir və bu barədə ondan soruşduqda o pak qadın belə cavab verir: “bətnimdəki uşaq mənimlə söhbət edir, o, mənim həmsöhbətimdir. Peyğəmbər (s) buyurdu: “Cəbrail (ə) mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, nəslimizdə budur. Allah Taala tezliklə mənim nəslimi onun vasitəsi ilə dünyaya gətirəcəkdir. İmamlar onun nəslindən dünyaya gələcəklər. Allah Taala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra ) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir”. Xədicə (s.ə) Fatiməni dünyaya gətirən zaman Məkkə qadınlarından heç biri onun köməyinə gəlmədilər. Lakin Allah Taala onu tək qoymadı. Qəflətən Bəni Haşim qadınlarına bənzər buğdayı, hündür qamətli dördqadın evə daxil oldular. Xədicə (s.ə) onları gördükdə qorxdu. Onlardan biri dedi: “Ey Xədicə, kədərlənmə, biz Allah tərəfindən gəlmişik. Biz sənin bacılarınıq. Mən Sarayam (İbrahim peyğəmbərin (s) həyat yoldaşı.) ,Bu müzahimin qızı Asiyadır. (Fironun həyat yoldaşı) O sənin cənnətdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah bizi sənin yanına, hamiləlikdən azad olmaqda sənə kömək etmək üçün göndərmişdir.
Onların köməyi ilə Fatimə (s.ə) pak- pakizə dünyaya gəlir. O, dünyaya gələn zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırırdı. Behişt hurilərindən on nəfər əllərində cənnətdən gətirdikləri teşt və kovsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında duran qadın Fatiməni (s.ə) götürüb kosər suyu ilə yudu. Ağappaq, ətirli iki parçadan biri ilə onu bələyib, digəri ilə isə başını bağladı. Sonra Fatiməni (s.ə) dindirdi. Fatimə (s.ə) dil açıb Allahın birliyinə, Məhəmmədin (s) onun rəsulu olmasına şəhadət verdi.
Sonra o dörd qadının hər birinə ayrı- ayrılıqda salam verib hər birinin öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimənin mövludu münasibəti ilə təbrik söyləyib müjdə verirdilər. (bu hədis ixtisarla yazılmışdır) Allah Taala bu bərəkətli mövludun müjdəsini kovsər surəsini Peyğəmbərə nazil etməklə verdi.