Bir gün Mədinə xanımlarından biri Həzrət Zəhranın (s.ə) yanına gəlir və deyir: “Qoca bir anam vardır ki, namaz məsələlərində sualları vardır. Məni göndərmişdir ki, siz onlara cavab verəsiniz”.
Xanım (s.ə) buyurur: “Soruşun”.
Həmin qadın Həzrətə çoxlu suallar verir və cavablarını alır. Ancaq sonra çoxlu sual verdiyi üçün xəcalət çəkir və susur. Üzünü Həzrətə (s.ə) çevirib deyir: “Ey Allah Rəsulunun (s) qızı! Bundan artıq sizi narahat etməyim”.
Həzrət Zəhra (s.ə) buyurdu: “Hər nə qədər sualın vardırsa, soruş! De görüm, əgər bir nəfərə desələr ki, ağır bir yükü çiyninə alıb dama qaldırsın və əvəzində ona 100 min dinar muzd versələr, həmin iş onun üçün ağır olarmı?”.
Qadın deyir: “Xeyr”.
Xanım (s.ə) buyurur: “Mənə hər suala görə yerlə göy arasında olan fasilə qədər cavahir verəcəklər. Ona görə də bu iş mənə çətin və ağır deyildir”. (Həvzəh)
Əlbəttə ki, Xanım (s.ə), həmin qadının başa düşdüyü tərzdə izah verir. Əslində Məsumlarımız (s.ə) yalnız Allahın razılığı üçün, heç bir mükafat gözləmədən öz mübarək işlərini görürdülər.
İmam Zaman ağa (ə) buyurur: “Allahdan qorxun və bizə təslim olun. İşlərinizi bizə tapşırın. Bizim öhdəmizdədir ki, sizi bulaqdan sirab edək. Sizi bulağa aparmaq bizim boynumuzda olduğu kimi, siz də sizdən gizli olanları kəşf etmək ardınca olmayın”.
/Deyerler.org/