“Nuh” (ə) surəsinin fəziləti
İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha imanı varsa, və onun kitabını oxuyarsa, “İnna ərsəlna Nuhən ila qəvmihi” (Nuh) surəsini oxumağı tərk etməsin. Bir bəndə onu xalis niyyətlə və haqq üçün, vacib və yaxud müstəhəbbi namazında oxusa, Allah onu Qiyamətdə saleh və ləyaqətli bəndələrlə birlikdə məskunlaşdırar, və Behiştə üç bağ ona kəramət edər. Bunlardan əlavə Behiştdəki mənzilində iki yüz bakirə huriyyəni və dörd min ər görmüş huriyyəni onunla evləndirərlər inşaallah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Nuh (ə) surəsini oxusa, Nuhun (ə) dəvətini qəbul etmiş möminlərdən olacaqdır. Orada buyurur: “Rəbbiğfirli vəli validəyyə və limən dəxələ bəytiyə muminən və lilmumininə vəl muminati.” (Nuh-28).
Hər kəs sübh və axşamlar Nuh surəsini oxusa, hər hacəti olmuş olsa, qəbul olar, inşaallah.