İmam Hüseynin (ə) şəhadəti
İslam Peyğəmbəri (s) buyurmuşdur:
إِنَّ لِقَتْلِ الْحُسَيْنِ حَرَارَةٌ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَنْ تَبْرُدَ أَبَداً
“Həqiqətən, imam Hüseynin (ə) şəhadəti ilə möminlərin qəlbində heç bir zaman sönməyəcək hərarət (alov) yaranmışdır.”[1]
Qısa izah
Əgər dünya tarixini vərəqləsək, görərik ki, dünyada həddər artıq çox qanlı müharibələr törədilmişdir. Lakin aylar və yaxud illər ötdükcə, bu hadisələr unudularaq zehinlərdən silinmiş və tarixin qaranlıq yaddaşına qalmışdır. Amma özlərini bütün varlığı ilə Allah yolunda, insanların azadlığı, şərəf və fəziləti naminə fəda edənlər heç vaxt unudulmayacaqlar. Çünki “Allah”, “azadlıq”, “şərəf” və “fəzilət” heç zaman köhnələn məsələlər deyildir. Onlar insanlıq dəyərlərinin cəmiyyətdə dirçəldilməsi, münafiq insanların həqiqi simalarının aşkar edilməsi və həmçinin, zülm və sitəmin köknü birdəfəlik silinməsi üçün öz canlarını fəda etdilər ki, bu dəyərlərlə yanaşı özləri də əbədi olaraq yaşasınlar.
[1] “Mustədrəkul-vəsail”, c. 10, səh. 318.