Müqəddimə
İnsan daimi olaraq yaradanı ilə rabitə yaratmağa möhtacdır. İnsanın həqiqətdə zəif bir məxluq olmasına baxmayaraq, o, Allahla rabitə qurub kamala çata bilər. Nəticədə, insan Allahla bu rabitəni yaratmaqla özünü sonsuz qüdrətin əhatəsində müşahidə edərək həqiqi və doğru yolda addımlaya bilər. İnsan ona verilən hədsiz nemətlərə şükr edir, həyatının ən çətin anlarında Allahın rəhmətinə ümid edərək həmin çətinliklərdən uzaqlaşa bilir.
Allahla rabitə yaratmaq o qədər də çətin deyil, ona görə ki, O, bizə çox yaxındır. Allah öz Peyğəmbərinə (s) belə buyurur:
(1)“وَ إِذا سَأَلَکَ عِبادی عَنِّی فَإِنِّی قَریبٌ”
“Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (de ki,) həqiqətən, Mən (hamıya) yaxınam.”
(2)“وَ نَحْنُ أَقْرَبُ إِلَیْهِ مِنْ حَبْلِ الْوَرِیْدِ”
“Biz ona (insana) şah damarından da yaxınıq.”
Elə bu səbəbdən, Allah-taala öz bəndələrinə yaxın olduğunu bəyan etdikdən sonra insanların dua etmələrini və yaradanları ilə danışmalarını istəyir:
(3)“أُجیبُ دَعْوَةَ الدَّاعِ إِذا دَعانِ، فَلْیَسْتَجیبُوا لی”
“Məni çağıran zaman, dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər.”
İnsanın bütün problemlərinin həlli və çarəsi Onun ixtiyarında olduğu halda, Allahla münacat etməməsi, Ondan qəflətdə olması və heç bir hacət istəməməsi necə mümkündür?! Belə isə, Allah-taala ilə rabitə yaratmaqda qəflət etməyin. Bütün məxluqatın yaradanı olan Allahla rabitə qurmağın yollarından biri də duadır.
Əgər dua onun üçün nəzərdə tutulan qaydada yerinə yetirilərsə, hədən artıq təsir qoyacaq və insan bu təsirin kənarında Allahın rəhmətinə nail olub öz istəklərini ondan diləyəcək.
Yuxarıdakı cümlələri qeyd etməklə duanın əhəmiyyəti, qayda-qanunu, şərtləri, səmərə və təsirini əziz oxucuların nəzərinə çatdırmaq istədik.
Duanın əhəmiyyəti
Deməli, dua bəndələrlə Allah-taala arasında rabitə olduğundan, əhəmiyyət kəsb etmiş və islami təlimlərdə ona xüsusi yer verilmişdir.
Allah-taala Quranda öz bəndələrini dua etməyə dəvət etmiş və onların dualarının qəbul olunacağına dair vədə vermişdir. Odur ki, Allah bəndələrinin nidasını eşidən və cavab verəndir. Belə olduğu halda, nə üçün Onunla münacat etməməli və qəlbimizkiləri Ona deməməliyik?! Allahın özü Qurand belə buyurub:
(4)“اُدْعونى اسْتَجِبْ لَکُمْ”
“Məni çağırın ki, sizin duanızı qəbul edim.”
Yenə buyurur:
(5)“أُجیبُ دَعْوَةَ الدَّاعِ إِذا دَعانِ، فَلْیَسْتَجیبُوا لی”
“Məni çağıran zaman, dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər.”
Beləliklə, dilimizi dua etməyə öyrəşdirməli, münacatla məşğul olmalı və Allahın dəvətini qəbul etməliyik. Əgər belə olmazsa, istəklərimiz həyata keçməmiş və cavabsız qalacaq. çünki Quranda buyurulur:
(6)“ما یَعْبَؤُ بِکُمْ رَبّى لَوْ لا دُعاؤکُمْ”
“Əgər mənim Rəbbim (ümumi mərhəmət və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun (höccətin) tamamlanmasının tələbinə əsasən) sizi (tövhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi.”
Deməli, bu mətləbin əsas sirri bəndələrin dua etməsinə qayıdır, çünki duanın ibadət və bəndəliklə sıx rabitəsi var. Bəzən dua “ibadət”, (7) bəzən də “ibadətlərin ən üstünü (fəzilətlisi)” kimi təqdim olunmuşdur. (8) Digər mənbələrə əsasən, dua ibadətlərin təməl və əsası olaraq qələmə verilmişdir. (9) Bundan əlavə, “Ğafir” surəsinin altmışıncı ayəsində dua “ibadət” şəklində qeyd edilmişdir. (10) Bəli, dua bəndəlik və itaətin mənbəyidir. Beləliklə, həmin mənbədən nə qədər faydalansaq, Rəbbimizin yanında bir o qədər məqam və dəyərə sahib olar və nəticədə, “ibadur-rəhman” (ilahi bəndələr) zümrəsində (11) yer tutartıq.
İslami rəvayətlərdə də dua müxtəlif şəkildə təfsir edilmiş, bir tərəfdən, dini təlimlərdə onun əhəmiyyəti, digər bir tərəfdən də, duanın təsir və səmərələrinə işarə olunmuşdur. Dua aşağıdakı ifadələrlə qeyd edilmişdir:
“Əmudud-din” (Dinin sütunu) (12)
“Məxxul-ibadəh” (İbadətin beyni (əsası)) (13)
“Əfzəlul-ibadəh” (İbadətin ən üstünü) (14)
“Nurus-səmavati vəl-ərz” (Yerin və göyün nuru) (15)
“Misbahuz-zulməh” (Qaranlıqların çırağı (dünya və axirətdə) (16)
“Miftahun-nicah” (Qurtuluşun açarı) (17)
“Nəcəhu-kulli-hacəh” (Hər bir hacətlə bağlı qələbə (uğur) amili) (18)
“Məqalidul-fəlah” (Düzgünlük vasitəsi) (19)
“Miftahur-rəhməh” (Rəhmət açarı) (20)
“Miftahu-kulli rəhməh” (Bütün rəhmətlərin açarı) (21)
“Silahul-ənbiya” (Peyğəmbərlərin silahı) (22)
“Silahul-mumin” (Möminin silahı) (23)
Duanın sirr və hikməti
Yuxarıda qeyd etdiyimiz mətləblərdən belə nəticə əldə edilir ki, islami təlimlərdə duaya xüsusi diqqət ayrılmışdır. Buna baxmayaraq, duanın sirri və fəlsəfəsi ilə tanış olmayanların bəziləri bu barədə qeyri-düzgün tezislər (nəzərlər) irəli sürub deyirlər:
1. Dua Allahın iradəsi və onun müqabilində təslim olmaq ruhiyyəsi ilə uğyun deyil. Biz Onun iradəsi müqabilində təslim olmalı və Onun bizim üçün bəyəndiyini biz də bəyənməliyik.
2. Dua təlaş və fəaliyyəti zəiflədən və süstləşdirən amillərdən biridir. Belə ki, insanlar öz işlərini bir kənaraq qoyub duanın dalınca gedirlər. (24)
3. Bu sadaladığımız məsələlərdən əlavə, biz dua etməklə Allahın təqdirini necə dəyişə bilərik?! Əgər Allahın təqdir olunmuş elmində hansısa bir dəyişiklik baş verərsə, bu, bizim etdiyimiz duaların təsiri ilə deyil. Əgər qismət sayılarsa belə, bizim duamızla alın yazısına (qəzavü-qədərə) çevrilməmişdir. Başqa bir ifadə ilə desək, bizim duamız bir növ Allahın işinə qarışmaq sayılır. Allah məsləhət gördüyü işi görür və bizim dualarımıza da ehityacı yoxdur.
Əgər duanın məfhum və fəlsəfəsi aydın olarsa, belə mübahisələrə yer qalmaz. Duanın düzgün mənası budur ki, biz işlərimizi layiqincə və gücümüz yetdiyi qədər yerinə yetirək. Belə ki, bizim qüdrətimizin çatmadığı işi Allahın öhdəsinə qoyaq və dua etməklə problemlərimizin həllini Ondan istəyək.
“أَمَّنْ یُجِیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوءَ”
“Bədbəxtlik başverdikdə, iş və fəaliyyətlərimiz səmərəsiz olduqda, Allahın qapısına gedib dua edək.”
Bu səbəbdən, islami rəvayətlərdə qeyd olunduğu kimi, tənbəlliyə düçar olan şəxslərin duaları qəbul olmayacaq. Tənbəl bir cavanın iş görməməsinə görə, duası qəbul olmayacaq və ruzisi artmayacaq. Həmçinin, sərvət sahibi öz mal və sərvətindən kiməsə borc verərkən borcunun əvəzində sənəd istəməzsə və ya şahid tutmazsa və borclu olan şəxs sonralar ona borclu olmadığını deyərsə, bu zaman borc verən şəxsin borcla bağlı duası qəbul edilməz. Xülasə, tənbəllik yolunu tutan insanın problemi dua ilə həll olmayacaq. Yuxarıda dediyimiz kimi, dua təqdir deyil, əksinə dua fəaliyyət və təlaşın amili olaraq insanın qüvvəsini artırır.
Deyilənlərə görə, dua etmək Allahın təqdirini dəyişdirə bilməz. Bu sualın cavabı aydındır. Dua etmək insanın ləyaqət və aktivliyini daha da artırır. Yəni, Allahın qapısına üz tutduğu üçün Allahın nuru onun qəlb və mərifətinə qüvvət verərək onu hərəkətə gətirir. Günahlarına görə tövbə edir. Necə ki, tövbə etmək duanın məqbul sayılmasında əsas rol oynayır. Deməli, insan tövbə etməklə Allahın lütfünə şamil olur, çünki ilahi sünnə və qanununa əsasən, ləyaqətli insalar Allahın lütf və mərhəmətindən daha çox bəhrələnə bilərlər. (25)
Başqa ifadə ilə desək, Allahın bəndələrin halına şamil olacaq nemət və bərəkəti vardır. Lakin o bərəkət və nemət şərtlərə bağılıdır. Yəni, Allahın qapısına gedərək dua etməklə insan öz ruhunu paklaşdırmalı və özünü Allaha yaxın bilməlidir. Beləliklə, dua etmək ilahi rəhmət və lüft yağışını yağdırır.
Əvvəlki ifadələrimizdə belə bir sual qarşıya çıxdı ki, dua ilə Allah qarşısında təslim olmaq ruhiyyəsinin bir-biri ilə uyğunluğu yoxdur. İndi isə bu sualı cavablandıracağıq. Dua Allahın razılığı qarşısında təslim deməkdir. Bunu Allahın özü bəndələrindən istəyir. Allahın bəndələri duanın vasitəsilə Ona yaxınlaşır və Onun nemət, bərəkət və pak zatının kölgəsi və rəhmətindən istifadə edirlər. Elə buna görə də, insanlar dəfələrlə rəvayət və ayələrdə dua etməyə dəvət olunmuşdurlar. Bir sözlə, duanın insanın tərbiyəsində böyük təsiri vardır. Dua insanın ruhunu yüksəldir və insanın qəlbindəki qəsavət və çirkinlikləri aradan qaldırır. Dua insanı Allahın pak zatına, xeyirxahlıq və üstün xüsusiyyətlərə yaxınlaşdırır. Görəsən, belə bir təsirə malik olmaq duanın fəlsəfəsinin mahiyyətinin dərki və hacətləri tələb etmək üçün kifayət etmirmi?!
Dua və hacətlərin tələbinin təsir və səmərəsi
İnsan üzərində çoxlu təsiri olduğundan, dua diqqət mərkəzindədir. Xüsusilə də, Məsumların (ə) duaları tərbiyəvi xüsusiyyətlərlə doludur. Buna “Nüdbə” duasını misal göstərmək olar. Agahlıq, qəlbi hüzur və onun möhtəvasına diqqət yetirərək “Nüdbə” duasını oxuyan şəxs sanki bir dövrə imamət və vilayət dərsini oxumuş sayılır. Həmçinin, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi məsələləri başqa dualarda tapmaq olmur. O cümlədən, “Kumeyl” duası paklanma, özünü düzəltmə və tövbə etməyi bizə öyrədir. Belə ki, tövbə edib Allaha sarı dönmək istəyən insana öz yaradanı ilə necə söhbət etmək oxucuya aşılanır. “Məkarimul-əxlaq” duasından İslam etikası ilə bağlı məlumat əldə edə bilərik.
İslami dualarda insan üçün həddən artıq tərbiyəvi fayda və səmərə mövcuddur. Biz aşağıdakı qeydlərimizdə onların bir neçəsinə işarə edirik:
1.Tanımaq və maariflənmək.
Dua etməyin və duanın özünün əsas səmərələrindən biri də tanımaq və maariflənməkdir. Misal üçün, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi başqa dualarda tapmaq olmur. Həmçinin, Əmirəl-mömininin (ə) “Nəhcül-bəlağə” kitabında da Allahı tanımağın yolları ən yüksək səciyyələrlə bəyan olunmuşdur. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 46-cı xütbəsində bir məsələyə (26) işarə edərək buyurur ki, dua Allahın hüzuruna dua edənlər üçün qəlbi aramlıqdır. İmam buyurur:
“أللّهمّ أنت الصّاحب فی السّفر، و أنت الخلیفة فی الأهل، و لا یجمعهما غیرک”
“İlahi! Biz səfər edərkən Sən bizimləsən, vətəndə qalan yaxınlarımıza nisbətdə hami və qoruyansan, Səndən başqa, heç kəs onları mühafizə edə bilməz.”
Bəli, yalnız Allahdır ki, bütün zaman və məkanlardan xəbərdardır. Eyni zamanda, o, zamanı və məkanı əhatə edəndir. Heç bir yer Ona nə yaxın, nə də uzaq deyil. Yəni, bütün yerlər onun üçün eynidir, uzaq və yaxını yoxdur. Bütün anları və zamanları əhatə edənə həyatımızı tapşırsaq, nə gözəl olar! O, hər bir yerdə bizimlədir.
“لأنّ المستخلف لا یکون مستصحبا، و المستصحب لا یکون مستخلفا”
Bu duanın son cümləsində qeyd etmək istəyir ki, həm səfərdə olduğumuzda bizimlə olan, həm də bizim vətənimizdəki yaxınlarımızın yanında hazır olan Allahdan başqa, heç kəs bu işə qadir ola bilməz.”
Gördüyünüz kimi bu cümlələrin hər bir misrası dua şəklində qeyd edilmiş və dua qəlibində bizə ilahi maarifi öyrədir.
İslami dualarda təkcə Allahı tanımaq məsələsi bəyan edilməmişdir, əksinə bu dualar dəryalar qədər mərifətlə doludur. Beləliklə, “Nüdbə” duasını təmiz qəlblə və onun məzmununa diqqət yetirərək oxuyan şəxs, sanki imamət və vilayət dərsi almış şəxs kimidir.
“Nüdbə” duasında oxuyuruq:
وَ اجْعَلْ صَلَاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَائَنَا بِهِ مُسْتَجَاباً وَاجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ” “هُمُومَنَا بِهِ مَکْفِیَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِیَّةً
Vilayət həqiqətini dərk etmədən bütün qapılar bizim üzümüzə bağlıdır. Belə ki, namazımızın qəbulluğu, günaha batmamağımız, dualarımızın qəbul edilməsi, ruzilərimizin çoxalması və qəmlərimizin aradan qaldırılması vilayət nuru sayəsindədir. Bu, necə də böyük bir həqiqətdir!
2. Əxlaqi tərbiyə və mənəviyyatın kamilləşməsi
Dua etməyin faydalarından biri də əxlaqi tərbiyə və mənəviyyatı kamilləşdirməkdir. Beləliklə, “Məkarimul-əxlaq” duasından bir dövrə islami etika və əxlaqı əldə etmək olar. “Ərəfə” duasında oxuyuruq:
“وَ اجْعَلْ غِنَاىَ فِی نَفْسِی”
“İlahi! Ehtiyacsızlığımı mənim nəfsimdə (batinimdı) yerləşdir.”
Xarici (təbii) aləmdə ehtiyacsızlıq bir şey deyil, çünki onu sərvət toplamaqla əldə etmək olar. Həqiqətdən də, ehtiyacsızlığı batində axtarmaq lazımdır. Ona görə ki, əgər insanın nəfsi ehtiyacsızlıqla sirab olmasa, bütün dünyanı ona versələr də o, yenə də doymayacaq və teşnə olduğunu bildirəcəkdir. Buna vodyanka və ya hid r o pos (bədən boşluğuna su yığılması) xəstəliyini misal göstərmək olar. Hid r o pos xəstəliyinə tutulan şəxs sudan doymur. Əgər ruh Allahın mərifətilə sirab olarsa, dünya onun gözündə dəyərsiz sayılar. (27)
Beləliklə, dua mətnlərində əxlaqi tərbiyələr az deyil. İnsan bu duaları oxumaqla təkamül yolunda addımlayaraq səadət zirvəsinə yetişə bilər. Məsumlardan (ə) bizə çatan dualar həqiqətdən də, hamıya mənəviyyat və səadət bəxş edə bilər.
Bazar gününün duasını oxuyuruq:
“وَ اجْعَلْ غَدِی وَ مَا بَعْدَهُ أَفْضَلَ مِنْ سَاعَتِی وَ یَوْمِى”
Allahın bu mesajını can-başla dinləyirik. Diqqətli ol! Ömründən bir gün, hətta bir saat azalır. İrəli addımlamaq lazımdır ki, təzə zirvələri fəth edəsən. Belə olmazsa, ömrünə yaşayıram adını verə bilməzsən və tədricən can verərək ömrünü sona çatdıracaqsan.
3.Təqva və pisliklərdən çəkinmək
Dua edən şəxs yaradanın sonsuz qüvvə və himayəsindən istifadə etmək üçün Onunla özü arasındakı rabitəni möhkəmlətməli, Onun pak zatına yaxınlaşmalı və Onun calal və camal sifətlərindən bəhrələnməlidir.
Burada belə bir sual yaranır ki, insanın belə çirkinlikləri mənimsədiyi halda, dualarının qəbul olmasının intizarını çəkməsi mümkündürmü? “Kumeyl” duasında belə mənalı cümləni oxuyuruq:
“اللَّهُمَّ اغْفِرْلِیَ الذُّنُوبَ الَّتِی تَحْبِسُ الدُّعَاءَ”
“İlahi! Dualarımın qəbulluğuna mane olan (onları həbs edərək tutub saxlayan) günahlarımı bağışla!”
İnsan bu cümləni dərk etsə, başa düşər ki, günahlarının çoxluğu onun duasının qəbul olmasına mane olur. Bunları dərk etməklə qəflət pərdəsini aradan qaldırmaq olar.
Təqvasızlığın və günahkar olmanın mühüm və əsas amillərindən biri də qəflət və xəbərsizlikdir. Beləliklə, duanın əsas xüsusiyyətlərindən biri də insan qəflət yuxusunda və ya hansısa bir məsələdən xəbərsiz olarkən onu həmin məsələdən agah etmısidir. Misal üçün, şiələr mübarək Ramazan ayının gündəlik namazlarını qıldıqdan sonra deyirlər:
أَللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ، أَللَّهُمَّ أَغْنِ کُلَّ فَقِیرٍ، أَللَّهُمَّ أَشْبِعْ کُلَّ جَائِعٍ، أَللَّهُمَّ اکْسُ کُلَّ عُرْیَانٍ، أَللَّهُمَّ” اقْضِ دَیْنَ کُلِّ مَدِینٍ، أَللَّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ، أَللَّهُمَّ رُدَّ کُلَّ غَرِیبٍ، أَللَّهُمَّ فُکَّ کُلَّ أَسِیرٍ، أَللَّهُمَّ أَصْلِحْ کُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِینَ، أَللَّهُمَّ اشْفِ کُلَّ مَرِیضٍ، أَللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاکَ، أَللَّهُمَّ غَیِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِکَ، “أَللَّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ، وَ أَغْنِنَا مِنَ الْفَقْرِ، إِنَّکَ عَلَى کُلِّ شَىْءٍ قَدِیرٌ،
Bu dualar il böyü qafil olduğu işləri insana xatırladır. İnsana xatırladır ki, dünyadan gedənlərin və əli aşağı olanların fikirində ol. Kasıbların problemlərinin həll olması üçün bir yol tapmaq lazımdır. Acların qarınlarını doyuzdurmaq gərəkir. Münasib libas tapa bilməyənlərə yardım etmək lazımdır. Borcunu ödəyə bilməyənlərə kömək etmək lazımdır. Qəmi-qüssəsi olan insanların qəminə şərik olmaq lazımdır. Vətəndən uzaq olan və səfərdə qalan insanlara yardım etmək lazımdır. Zaman keçdikcə yaddan çıxan əsirləri azad etməyin yolunu tapmaq lazımdır. Cəmiyyətdəki fəsadları aradan qaldırmaq lazımdır. (Belə olmasa, ailələrə də zərər dəyəcək) Müsəlman olan xəstələrin şəfa tapması üçün dua etmək lazımdır.
Bəzi insanların başı işin çoxluğuna qarışır və onlar mənəviyyətdən qafil olurlar. Dua isə insanı özünə qaytarır və insana xatırladır ki, cismi, ruhi, maddi və mənəvi problemlərin həlli üçün mübarək Ramazan ayında bir çarə qıl. Qəflət pərdələrini kənara çək. Bu ayda elə kəsdən kömək istə ki, bütün işləri yerinə yetirməyə qadir olsun. Beləliklə, duanın əhəmiyyətli sirlərindən biri də insanı müqədiməsi təqva və çəkinmək olan qəflət yuxusundan oyatmaqdır. Çirkinliklərə və günahlara batmaqdan insanı uzaqlaşdıran şey təqvadır. (28)
4.Günahların bağışlanması
İnsanların günahlarının bağışlanması da duanın başqa bir təsiridir. Duaların bəziləri insanlara tövbə etməyi və günahların bağışlanması yolunu öyrədir. Buna “Kumeyl” duasını misal çəkmək olar. Tövbə etmək fikrində olan insana bu dua necə “Allahuməğfir li” (İlahi, məni bağışla!) deməyi, öz Allahı ilə necə söhbət etməyi öyrədir. İmamlar (ə) öz dualarında insanlara dua etməyin qaydalarını öyrədirlər. Biz şiələr imamların (ə) məsum olmasına etiqadlıyıq və onların günah etməməsinə inanırıq. Bəzi duaları oxumağın özü də bir sıra günahların bağışlanmasına səbəb olur. Bəzi rəvayətlərə əsasən, bəzi duaları oxumaq və namazdan sonra xanım Zəhranın (s) təsbihatını deməklə şəxs yeni anadan doğulmuş uşaq kimi olar və günahları bağışlanar. Əlbəttə ki, belə növdən olan rəvayətlərə diqqət etmək lazımdır ki, haqqun-nasa (başqasının haqqı) və günahlara mürtəkib olmağa səbəb olmasın (yəni, bağlanacağını bildiyi üçün günah etməyə cürət etməsin). Əlbəttə, şəri baxımdan hədd vurulmasına səbəb olan günahlar dua ilə aradan qalxmır və onlar barədə hədd icra olunmalıdır. Həmçinin qəza və ya kəffarəsi olarsa, şəxs dua etməklə onu aradan qaldırmır, çünki qəza və kəffarə belə əməllərlə saqit olmur. (29)
5. Bəlaların və müsibətlərin aradan qaldırılması
İmam Sadiqdən (ə) belə bir hədis nəql olunub:
(30) “الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ”
“Haqq sahibi dua etdiyi vaxt Allah onun duasını qəbul edər, bəlanı ondan o özü bilmədiyi halda uzaqlaşdırar.”
Həmçinin, imam Səccad (ə) Mədinə şəhərində olarkən kasıb bir şəxsin varlı şəxsin qapısında oturduğunu görür. İmam ona buyurur: “Hansı bir şey səni məcbur edir ki, bu zalım sərvətlinin qapısında oturasan?” Dedi: “Bəla!” İmam buyurdu: “Qalx ki, səni bu qapıdan yaxşı və bu şəxsdən yaxşı birinin qapısına yönəldim.” O, şəxsin əlindən tutaraq Məscidun-Nəbiyə apardı. İmam buyurudu: “Üzünü qibləyə tut və iki rükət namaz qıl. Sonra əllərini göyə qaldırıb Allaha həmdi-səna dedikdən sonra, Peyğəmbərə (s) salavat göndər. Beləliklə, “Həşr” surəsinin axırıncı ayələrini, “Hədid” surəsinin ilk altı ayəsini və “Ali-İmran” surəsinin iki ayəsini oxumaqla Allahı çağır. Bundan sonar hər nə hacətin varsa, Allahdan istə. Hər nə istəyin varsa, hacətinə çatacaqsan.” Sonar buyurdu:
ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى” رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ (31) “فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ
İmam Səccadın (ə) kasib kişi ilə söhbətinin əsas mesajı budur ki, bəlalardan və giriftarçılıqdan yalnız Allaha pənah aparmaq lazımdır, çünki o, pənahsızların sığınacaq yeridir.
6.Ümid və daxili aramlıq
Bəzi vaxtlarda insan öz yaşayışında fəaliyyət və təlaşının nəticəsini almadığına görə, həmişə məyus olur və var qüvvəsini sərf edərək yeni bir çıxış yolu tapmağa çalışsa da, bir şeyə hail olmur. Dua insanın qəlbində parıldayan bir ümiddir ki, həyata nur saçaraq qaranlıqları aradan qaldırır. Beləliklə, dua edən şəxs özünü qüdrətli hesab edir və onun üçün hansısa bir problem çətinlik yarada bilmir. Eyni zamanda, bağlı qapıları açmaq onun üçün çox sadə bir məsələyə çevrilir. Dua edən şəxsin dua vasitəsilə əldə etdiyi ümid nəticəsində insanın damarlarından sanki təzə qan axır.
Dua, ümid ağacını suvarır. Bu ağac qızmar səhrada problemlər insanı əldən salan zaman, onun üzərinə gölgə salıb çalışmağa sövq etdirir. (32)
Bundan əlavə, insanın həyatında baş verən uğursuzluq və müvəffəqiyətsizlik insanı ümidsizliyə düçar edərsə, bu, yeni əsrin psixoloji gərginlik və problemlərindən irəli gələn bir çətinlikdir.
Dua bu problem və çətinlikləri aradan qaldıran əsas amildir, çünki bir tərəfdən, ünsiyyət və əxlaqın inkişafına səbəb olur, digər tərəfdən də, duanın bir qaydası da onun digərləri – cəmiyyət – üçün olduğundan, ictimai ruhiyyə yaradır , qeyri-münasib qarşı durmanı azaldır, həmçinin, ümid mənbəyi olan Allaha xatir bihudəlik və puç hissi insandan uzaqlaşdırır və insan yaşayış üçün özünə yeni sığınacaq və böyük hədəflər seçir.
Duanın qaydası və hacət istəmək
Hər bir ibadət özünəməxsus qayda-qanun və xüsusiyyətlərə malikdir. Quranda “dua” dedikdə ibadət nəzərdə tutulur və o, xüsusi bir ədəbtələb edir. Duanın qayda-qanununa riayət etmək və hacətlər istəmək duanın qəbul olmasında mühüm rol oynayır. İmam Sadiqdən (ə) belə nəql olunub:
إیَّاکُمْ أنْ یَسْأَلَ أحَدُکُمْ رَبَّهُ شَیْئَاً مِنْ حَوَائِجِ الدُّنْیَا وَ الآخِرَةِ حَتَّى یَبْدَءَ بِالثَّنَاءِ عَلَى اللّهِ وَ المِدْحَةِ لَهْ وَ الصَّلَوةِ” (33) “عَلَى النَّبِىِّ وَ آلِهِ ثُمَّ الاعْتِرَافِ بِالذَّنْبِ ثُمَّ المَسْألَةَ
“Sizlərdən hansısa biriniz ilk öncə Allaha həmd-səna etməmiş, Onun Peyğəmbəri (s) və Əhli-beytinə (ə) salavat göndərməmiş, günahlarınıza etiraf etməmiş Allahdan dünya və axirətlə bağlı hacət istəməkdən çəkinsin!”
İslami rəvayətlərin çoxunda duanın qayda-qanunlarına və hacət istəməyə işarə olunub. Biz o qayda-qanunlardan bir neçəsini aşağıda qeyd edirik:
1. Allahı adları və sifətləri ilə çağırmaq:
“Ğafir”surəsinin ilk ayələrində ilahi ərşi daşıyanlar dua etməyin metod və qayda-qanunlarını möminlərə öyrədir. İlk olaraq “Rəbbəna” deməklə Allahın adından yapışmaq, “وَسِعَتْ کُلَّ شَىْءٍ رَحْمَةً وَ عِلْماً” (vəsiət kullə şəy-in rəhmətən və ilmən) ifaədısi ilə Onu camal sifəti ilə çağırmaq və Onun sonsuz elmindən və rəhmətindən kömək istəmək, nəhayət, dua edərək hər bir məsələni tərtiblə istəmək, duanın qəbul olma şərtlərinə riayət etmək, camal sifətləri ilə duanı “فَاغْفِرْ لِلَّذِیْنَ تابُوا وَ اتَّبَعُوا سَبِیْلَکَ” (fəğfir lil-ləzinə təbu vət-təbəu səbilək) oxumaqla, sonda isə Onun rəhmətinə təvəssül etməklə sona çatdır. Maraqlısı budur ki, Allahın ərşini daşıyanlar Allahın əsasən “rübubiyyət”, “rəhmət”, “qüdrət”, “elm” və “hikmət” kimi beş xüsusiyyət və sifətinə istinad edirlər. (34)
Quranın ayələrini mütailə etdikdə , «اولیاء اللّه» (Allahın övliyaları) yəni Peyğəmbərlərdən, mələklərdən və saleh bəndələrdən tutmuş onların hamısı dua edən zaman «رَبَّنا»، یا «رَبِّى» (rəbbəna və ya rəbbi) ifadəsi ilə başlayıblar. Həzrət Adəm (ə) deyir:
“رَبَّنا ظَلَمْنا أَنْفُسَنا”
“İlahi! Biz (mən və mənim hıəyat yoldaşım) özümüzə zülm etdik!”
Həzrət Nuh (ə) deyir:
“رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ”
“İlahi! Məni, atamı və anamı bağışla!”
Həzrət İbrahim (ə) deyir:
“رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ وَ لِلْمُؤمِنِیْنَ یَومَ یَقُومُ الْحِسابُ”
“İlahi! Qiyamət günü məni, atamı, anamı və bütün möminləri bağışla!”
Həzrət Yusif (ə) deyir:
“رَبِّ قَدْ آتَیْتَنِى مِنَ الْمُلْکِ”
“İlahi! Öz hakimiyyətindən (hökmranlığından) mənə də bəxş etdin.”
Həzrət Musa (ə) deyir:
“رَبِّ بِما أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَکُونَ ظَهِیْراً لِلْمُجْرِمِیْنَ”
“İlahi! Mənə verdiyin nemətlərlə günahkarlara arxa-dayaq olmayacam”
İslamın sevilən peyğəmbəri həzrət Məhəmməd (s) buyurur:
“رَبِّ أَعُوذُ بِکَ مِنْ هَمَزاتِ الشَّیاطِیْنِ”
“İlahi! Mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirirəm!”
“Ali-İmran” surəsinin sonuncu ayələrinə əsasən, möminlər dəfələrlə bu ifadəni təkrar edirlər.
“رَبَّنا ما خَلَقْتَ هَذا باطِلًا”
“İlahi! Yeri və göyü əbəs yerə yaratmamısan!”
Belə ifadələrdən istifadə olunur ki, ən yaxşı dua Allahın rəbb olması ilə bağlı sözlərlə başlayan duadır.
1. Mübarək “Allah” kəlməsi yaradanın ən böyük adıdır. Rububiyyət məsələsində də Onun hüzurunda hacət diləyərkən Allahı bu adla çağırmaq daha yaxşı və bəyəniləndir. (35)
2. Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək duanın qəbul olmasında həddən artıq təsir qoyur. İmam Sadiq (ə) buyurur:
“Allahın hüzurundan hacət tələb edən şəxs, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə başlasa, sonra öz hacətini istəsə və duasının sonunda Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə onu bitirsə, onun duası qəbul olar. Ona görə ki, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərmək maneə və hicab sayılan bir şey deyil və Allah duanın əvvəli ilə sonundakı salavatı qəbul edərək duanın orta hissəsini geri çevirməkdən uzaq və daha kərimdir”. (36) Həmçinin, İmam (ə) buyurur:
“کُلُّ دُعاءٍ یُدْعَى اللّهُ عَزَّوَجَلَّ بِهِ مَحْجُوبٌ عَنِ السَّماءِ حتّى یُصَلَّى عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ”
“Dua edən şəxs, Peyğəmbərə (s) və Əhli-beytə (ə) salavat göndərənə qədər, onun duası səmada saxlanılar. (Yəni, salavat göndərməklə duası qəbul edilər).” (37)
3. Yalvarmaqla:
“Duanın qayda-qanunlarından biri də Allaha gizlində yalvarmaqla dua etməkdir.
(38)“اُدْعُواْ رَبَّکُمْ تَضَرُّعاً وَ خُفْیَةً”
Bir rəvayətə əsasən, imam Sadiq (ə) Əbu Bəsirə buyurub:
“Əgər bir şeyin baş verməsindən qorxsan və ya hacətin olsa, Allahın adı ilə dua etməyə başla, Ona layiqli sitayiş et və Peyğəmbərə (s) və Əhli-beytinə (ə) salavat göndər və öz hacətini istə və özünü ağlamağa vur. Atam həmişə deyərdi: “Bəndənin Allaha ən yaxın olduğu vaxt onun səcdədə olduğu və gözlərindən yaş axdığı zamandır.” (39)
Əlbəttə ki, belə bir yalvarış şükr etməklə birgə olmalıdır. Qurani-Kərimdə gəlmişdir ki, bir qrup problemlə üzləşən zaman Allahı yalvarışla çağırır, amma nicat tapan zaman Onu yaddan çıxarır. (40) Lakin möminlər belə deyillər. Möminlər Allaha həm çətin, həm də asayişdə olduqları zaman nemətlərinə görə şükr edirlər.
Allahın qarşısında yalvarmaq Ondan qorxmaq və Ona ümidlə olmaldır. Quranda buyurur:
(41) “وَادْعُوهُ خَوْفاً وَ طَمَعاً”
“Allahı həm qorxu, həm də ümidlə çağırın!”
İmam Baqir (ə) buyurur:
ما مِنْ قَطْرَةٍ أحَبُّ إلىَ اللّهِ عَزَّوَجَلَّ مِنْ قَطْرَةِ دُمُوعٍ فى سَوادِ اللَّیْلِ مَخافَةً مِنَ اللّهِ لایُرادُ بِها” “غَیْرُهُ(42)
“Gecə yarısı Allaha xatir tökülən göz yaşı ən sevilən göz yaşıdır.”
4. Başqaları üçün ümumi dua:
“Duanın qayda-qanunlarından biri də cəm şəkildə yerinə yetirilən duadır. İmam Sadiqdən (ə) belə buyurduğu nəql olunub:
“ما اجتمع اربعة قط علی امر واحد فدعوا الا تفرقوا عن اجابة”
“Dörd nəfər bir yerə yığışıb dua etdikləri zaman, onlar pırakəndə olmamış hacətləri qəbul olar.”
Bu üzdən dua məclislərində ümumi surətdə dua etməyə çox təkid olunub, çünki bu cür mərasimlərdə dua ümumi şəkildə olur və hamıya bu duadan nəsib olur və duanın qəbul olunmasında və hacətlərin yerinə yetirilməsində çox təsiri var. İslam peyğəmbəri (s) buyurur:
“اذا دعا احدکم فلیعم”
“Cəm şəkilində dua edin,”
Quranda da cəm şəkildə dua etməyə təkid olunub:
(43)“ربّنا آتِنا”
(44)، “ربّنا لا تؤاخِذنا”
(45)“ربّنا لا تُزِغْ قُلوبَنا”
(46)“فاغْفِر لنا ذُنوبنا”
(47)“واجْعَل لنا”
(48)“ربّنا ظَلَمْنا أنفُسَنا وإنْ لم تَغْفِر لنا وترْحَمْنا”
(49)“ربّنا افْرِغْ علینا صَبْراً”
Bundan əlavə, başqalarına, xüsusilə də, övladlara, valideynlərə, dostlara, qonşulara, əsgərlərə və bütün möminlərə dua etmək həm dua edənin, həm də dua olunanların duasının qəbul olmasına səbəb olur. Quranda qeyd edilən və Əhli-beytdən (ə) nəql edilən dualarda başqaları üçün dualar gözə çarpır.
(50)“ربّنا اغفر لی ولوالدیّ وللمؤمنین”
ربّنا اغفرْ لنا ولإخواننا الذین سبقونا بالإیمان ولا تجعل فی قلوبنا غِلاْ للذین آمنوا ربّنا إنّک رئوف” (51)“رحیم
(52)“ربّ اغفر لی ولأخی”
(53)“ربّ اغفر لی ولوالدیّ ولِمَن دخل بیتی مؤمناً، وللمؤمنین والمؤمنات”
(54)“ربّ اجعلنی مُقیم الصّلاه ومن ذرّیتی”
İmam Səccad (ə) “Səhifeyi-Səcadiyyə” kitabında əsgərlər üçün belə dua edir:
اَللَّهُمَّ صَلِّ عَلیََ مُحَمَّدٍ وَآلِهِ وَحَصِّنْ ثُغُورَ الْمُسْلِمیِنَ بِعِزَّتِکَ وَأَیِّدْ حُمَاتَهَا بِقُوَّتِکَ وَأَسْبِغْ عَطَایَاهُمْ مِنْ” جِدَتِکَ. اَللَّهُمَّ صَلِّ عَلیََ مُحَمَّدٍ وَآلِهِ وَکَثِّرْ عِدَّتَهُمْ وَاشْحَذْ أسْلِحَتَهُمْ وَاحْرُسْ حَوْزَتَهُمْ وَاَمْنَعْ حَوْمَتَهُمْ وَأَلِّفْ جَمْعَهُمْ وَدَبِّرْ اَمْرَهُمْ رَوَاتِرْ بَیْنَ مِیَرِهِمْ وَتَوَّحَدْ بِکِفَایَةِ مُؤَنِهمْ وَاعْضُدْهُمْ بِالنَّصْرِ وَأَعِنْهُمْ بِالصَّبْرِ وَالْطُفْ لَهُمْ فِی “الْمَکْرِ، اَللَّهُمَّ صَلِّ عَلیََ مُحَمَّدٍ وَآلِهِ وَعَرِّفْهُمْ مَا یَجْهَلُونَ وعَلِّمْهُمْ مَا لاَ یَعْلَمُونَ وَبَصِّرْهُمْ مَا لاَ یُبْصِرُونَ (55)
“İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və Öz izzətinlə müsəlmanların sərhədlərini qoru, sərhədlərdəki gözətçiləri öz qüdrətinlə gücləndir, bəxşişlərini sonsuz lütfünlə bol et! İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və onların sayını artır, silah və döyüş sursatlarına itilik ver, hərbi hissələrini hifz et, cəbhənin ətraflarını möhkəm və məğlubedilməz elə, onların hamısını can bir qəlbdə həmrəy et, işlərini sahmana sal, azuqələrini ardıcıl çatdır, ehtiyaclarını təklikdə özün ödə, Öz yardımınla onları gücləndir, səbrinlə kömək göstər, onlara çıxış yolu, çarə axtarmaqda təlim ver.”
Xanım Zəhra (s) öz ailəsindən qabaq qonşulara dua edir və buyururdu:
(56) “الجار ثم الدار”
“Gecə namazının qayda-qanunlarından biri də qırx nəfər möminə dua etməkdir. Əlbəttə, o qırx nəfərin adını yad etməklə bərabər olmalıdır. İmam Sadiq (ə) buyurur:
(57) “من قدم اربعین رجلا من اخوانه فدعا لهم ثم دعا لنفسه استجیب له فیهم و فی نفسه”
“Dua edərkən özündən qabaq qırx nəfər mömin qardaşını dua edən şəxsin həm öz duası, həm də onlara etdiyi dua qəbul olacaq.”
Əlbəttə ki, Qurandakı dualarının çoxunda günahlarının bağışlanmağını istəyən vaxtbaşqaları üçün dua edən şəxsin duasının tez qəbul olunacağı da qeyd edilmişdir. Nəhayətdə başqalarına dua etmək hacətlərin qəbul olmasından əlavə, cəmiyyət arasında problemlərin həll olmasına və cəmiyyətin həmrəy olmasına təsir qoyur.
5. Dua edrkən məkan və zamanı nəzərə almaq.
Duanın qayda-qanunlarından biri də onun hansı zamanda və hansı məkanda yerinə yetirilməsidir. Bəzi duaların xüsusi bir vaxtda və xas məkanlarda edilməsi tövsiyə edilmişdir. Misal üçün, Rəcəb, Şəban və Ramazan ayları üçün məsum imamlardan (ə) xüsusi dualar nəql olunmuşdur. Bundan əlavə, bəzi zaman və məkanlarda edilən dualar dəyərli və etibarlı olması ilə taınmışdır. Məsələn, həm cümə günü, həm də cümə axşamı xüsusi zaman və məkanlardan ibarətdir.
(58) “قالُوا یا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا کُنَّا خاطِئِینَ”
“Həzrət Yaqubun (ə) oğlanları atalarından onlar üçün Allahdan bağışlanmaq diləməsini istədilər”:
.(59) “قالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّی”
“Dedi: “Tezliklə sizin bağışlanmağınızı əzəmətli Allahdan istəyəcəyəm!””
Rəvayətlərə əsasən, həzrət Yaqub (ə) cümə gününün səhərçağı dua etmək istəyirdi, çünki cümə günü dua həm tez qəbul olar, həm də gözəl bir vaxtdır. (60) Həmçinin, bəzi günlər üçün də həddən artıq duaların olduğunu bildirən rəvayətlər mövcuddur.
Habelə Kərbəla da duanın qəbul olunması üçün gözəl bir məkandır. Hədisdə bildirilənlərə əsasən, Allah-taala imam Hüseynin (ə) şəhadətinin əvəzində ona dörd xüsusiyyət bəxş etmişdir. Əlbəttə ki, Onun qübbəsinin altında duanın qəbul olması o dörd xüsusiyyətlərdən biridir. (61)
Yuxarıda sadaladığımız qayda-qanunlar dua edilməsi və hacət istənilməsi üçün tövsiyə olunmuşdur. Bu barədə əlavə məlumat toplamaq üçün dua kitablarına müraciət edə bilərsiniz.
Duanın qəbul olmasının şərtləri
Allah-taala Qurani-Kərimdə insanların dualarının qəbul olunmasına vədə vermişdir. Amma bu vədəyə çatmaq üçün bəzi şərtlər lazımdır ki, insanın duaları Allah dərgahında məqbul sayılsın. Qeyd olunan şərtlərin ən mühümləri aşağıdakılardan ibarətdir:
1. Dua qaydalarına riayət edərək hacət istəmək. Əlbəttə, öncəki səhifələrdə bu haqdakı məlumatları nəzərinizə çatdırdıq.
2. Qəlbin saflığı.
Beləliklə qəlbin pak və saf olması duanın qəbul olma şərtlərindən biridir. Əmirəl-möminin Əlinin (ə) söhbətlərində onun belə buyurduğunu oxuyuruq:
(62 “لایَقْبَلُ اللَّهُ عَزَّوَجَلَّ دُعاءَ قَلْبٍ لاهٍ”
“Allah-taala qəflətdə qalan qəlblərin dualarını qəbul etmir.”
(63). “إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَایَسْتَجِیبُ دُعَاءً بِظَهْرِ قَلْبٍ قَاسٍ”
“Həqiqətən, Allah paslanmış və günahla dolu qəlblərin dualarını qəbul etməz.”
İmam Sadiq (ə) başqa bir hədisdə buyurur:
((64 “(إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لایَسْتَجِیبُ دُعاءً بِظَهْرِ قَلْبٍ ساهٍ”
“Həqiqətən, Allah qəflətdə qalan qəlblərin duasını qəbul etməz.”
Buna görə də, dua etdiyiniz zaman pak və saf qəlblə və diqqətlə dua edin və duanızın qəbul olunmasına yəqininiz olsun. Yenə də o həzrətdən nəql olunub ki, buyururb:
إِیَّاکُمْ أَنْ یَسْأَلَ أَحَدُکُمْ رَبَّهُ شَیْئاً مِنْ حَوائِجِ الدُّنْیا وَ الآْخِرَةِ حَتّى یَبْدَأَ بِالثَّناءِ عَلَى اللَّهِ وَ الْمِدْحَةِ لَهُ وَ” (65) “الصَّلاةِ عَلَى النَّبِیِّ وَ آلِهِ ثُمَّ الإِعْتِرافِ بِالذَّنْبِ وَ التَّوْبَةِ ثُمَّ الْمَسْأَلَةِ
“Allaha həmd-səna etməmişdən qabaq, Ondan nəyisə istıməyin və Ona dua etməyin. İlk öncə həzrət Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) salavat göndərin, öz günahınıza etiraf edin, sonra tövbə edərək dua edin.”
Çünki insan öz günahlarına etiraf və tövbə edərək pak, təmiz və saf qəlblə dua etməyə başlayır. Deməli, bu hədislərdən əlavə, “Ğafir” surəsinin on dördüncü ayəsinə əsasən (فَادْعُواْ اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ) (66)dində ixlaslı olmaq qəlbi və batini bir məsələ olduğundan bu ayə də ona dəlalət edə bilər.
3. Mal-dövlət və ruzinin halal olması.
Qəsbi mallardan və haram ruzidən uzaq olmağın özü duanın tez qəbul olunmasında təsir qoyur. Peyğmbərdən (s) belə nəql olunub:
(67) “مَنْ أَحَبَّ أَنْ یُسْتَجابَ دُعائُهُ فَلْیُطَیِّبْ مَطْعَمَهُ وَ مَکْسَبَه”
“Duasının tez qəbul olmasını istəyən şəxsin ruzisi və gəliri halal olmalıdır.”
Əmirəl-möminindən (ə) belə nəql olunub:
اِنَّ اللهَ تَبارَکَ و تَعالیا وحَی الَی المَسیح عیسَی بن مریم قُل للملأ مِن بَنِی اِسرائیل: اِنّی غیر مستجیب” (68)“لاحد منکم دعوة ولاحد مِن خلقی قبله مظلمة
“Allah-taala həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrailə desin: “Allah-taala boynunda həqqun-nas (başqalarının haqqı) olan şəxsin duasını qəbul etməyəcək!””
4. Təlaş və çalışmaq.
Duanın qəbul olunmasının kənarında onun qəbul olunması üçün təlaş göstərmək və çalışmaq da lazımdır. Allah-taaladan layiqli həyat yoldaşı və saleh övlad istəyən insan qüdrəti çatan qədər çalışmalı, amma öz gücündən xaric olanı Allaha tapşırmaldır.
(69) “أَمَّنْ یُجیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوء”
Qəbul olunan dua, elə duadır ki, iztirar və iztirab halında edilmiş olsun. Əmirəl-möminin (ə) sözlərində oxuyuruq ki, buyurub:
(70) “الدَّاعِی بِلا عَمَلٍ کَالرَّامِی بِلا وَتَرٍ!”
“Əməlsiz şəxsin duası oxsuz kamana bənzəyir.”
Beləliklə, hədəfə dəyməsi üçün oxun irəliləməsi də şərtdir. Buna diqqət yetirməklə əməlin duanın qəbul olması üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi məlum olur. (71)
İmam Sadiq (ə) buyurur:
أرْبَعَةٌ لَاتَسْتَجَابُ لَهُمْ دَعْوَةٌ:
“Dörd insanın duası qəbul olmaz.”
1- رَجُلٌ جَلَسَ فِى بَیْتِهِ یَقُولُ اللُّهُمِّ ارْزِقْنِى، فَیُقَالُ لَهُ ألَمْ آمُرُکَ بِالطَّلَبِ؟
1. Evdə oturub ruzisinin gəlməsini dua edən şəxsin.
2- وَ رَجُلٌ کَانَتْ لَهُ امْرَأَةٌ فَدَعَا عَلَیْهَا، فَیُقَالَ لَهُ: أَلَمْ اجْعَلْ أمْرَهَا إلَیْکَ؟
2. Həyat yoldaşının zərərinə dua edən şəxsin.
3- وَ رَجُلٌ کَانَ لَهُ مَالٌ فَأفْسَدَهُ، فَیَقُول: اللَّهُمَّ ارْزُقْنِى، فَیُقَالُ لَهُ أَلَمْ آمُرُکَ بِالإقْتِصَادِ؟ ألَمْ آمُرُکَ بِالإصْلَاح؟!
3. Əlində olan mal-dövlətini tələf edib ruzi istəyən şəxsin.
4- وَ رَجَلٌ کَانَ لَهُ مَالٌ فَاداته بِغَیْرِ بَیِّنَةٍ فَیُقُالُ لَهُ، ألَمْ آمُرُکَ بِالشَّهَادَةِ؟!»(72)؛
4. Şahid tutmadan malını borc verən şəxsin.
Duanın qəbul olmasına mane olan məsələlər
Bəzi insanlar dualarının qəbul olmamasından söhbət edirlər. Allahın dərgahından ümidsiz olub özlərini Onun rəhmətindən uzaq hesab edirlər. Buna baxmayaraq, Allah-taala bəndələrinin duasının qəbul olmasına görə vədə vermişdir. Belə isə, bəzi insanların duasının qəbul olmamasının səbəbi nə ola bilər? Nəql olunub ki, bir nəfər imam Əlinin (ə) yanına gəlib duasının qəbul olmamasın barədə şikayət etdi və dedi: “Allah buyurub ki, dua edin, mən sizin duanızı qəbul edərəm, amma nəyə görə mənim dualarım qəbul olmur?” Həzrət Əli (ə) onun cavabında buyurdu:
إنَّ قُلُوبَکُمْ خَانَ بِثَمَانِ خِصالٍ: أوّلُها: أنَّکُمْ عَرَفْتُمُ اللهَ فَلَمْ تَؤُدُوا حَقَّهُ کَمَا أوْجَبَ عَلَیْکُمْ فَمَا اغْنَتْ عَنْکُمْ” مَعْرِفَتُکُمْ شَیْئاً. وَ الثَّانِیَةُ: أنَّکُمْ امَنْتُمْ بِرَسُولِهِ ثُمَّ خَالَفْتُمْ سُنَّتَه وَ امنْتُم شَرِیعَتَهُ فَأیْنَ ثَمَرَةُ إیمَانِکُمْ؟ وَ الثَّالِثَةُ: أنَّکُمْ قَرَأْتُمْ کِتَابَهُ المُنْزَلَ عَلَیْکُمْ فَلَمْ تَعْمَلُوا بِهِ وَ قُلْتُمْ سَمِعْنَا وَ أطَعْنَا ثُمَّ خَالَفْتُمْ. وَ الرَّابِعَةُ: أنَّکُمْ قُلْتُمْ تَخَافُونَ مِنَ النَّارِ وَ أنْتُمْ فِى کُلِّ وَقْتٍ تُقَدِّمُونَ إلَیْهَا بِمَعَاصیکُمْ فَأیْنَ خَوْفُکُمْ؟ وَ الْخَامِسَةُ: أنَّکُمْ قُلْتُمْ تَرْغُبُونَ فِى الجَنَّةِ وَ أنْتُمْ فِى کُلِّ وَقْتٍ تَفْعَلُونَ مَا یُبَاعِدُکُمْ مِنْهَا فَأیْنَ رَغْبَتُکُمْ فِیهَا؟ وَ السَّادِسَةُ: أنَّکُمْ أکَلْتُمْ نِعْمَةَ المَوْلَى فَلَمْ تَشْکُرُوا عَلَیْهَا. وَ السَّابِعَةُ: أَنَّ اللّهَ أمَرَکُمْ بِعَدَاوَةِ الشَّیْطَانِ وَ قَالَ «إنَّ الشَّیْطَانَ لَکُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوّاً» فَعَادَیْتُمُوهُ بِلَا ثَوْلٍ وَ وَالَیْتُمُوهُ بِلَا مُخَالِفَةً. وَ الثَّامِنَةُ: أنَّکُمْ جَعَلْتُمْ عُیُوبَ النَّاسِ نَصْبَ أعْیُنِکُمْ وَ عُیُوبِکُمْ وَرَاءَ ظُهُورِکُمْ تَلوُمُونَ مَنْ أنْتُمْ أحَقُّ بِاللَّوْمِ مِنْهُ فَأىُّ دُعَاءٌ یُسْتَجَابُ لَکُمْ مَعَ هَذَا وَ قَدْ سَدَدْتُمْ أبْوَابَهُ وَ طُرُقَهَ فَاتَّقُوا اللّهَ وَ أصْلِحُوا أعْمَالَکُمْ وَ
“ أخْلَصُوا سَرَائِرَکُمْ وَ آمُرُوا بِالْمَعْرُوفِ وَ انْهُوَا عَنِ الْمُنْکَرِ فَیَسْتَجِیبُ لَکُمْ دُعَائُکُمْ)73(
“Sizin qəlb və fikriniz səkkiz şeydə xəyanətə səbəb olub. (ona görə də sizin duanız qəbul olmur”.
1. Siz Allahı tanımısınız, amma Onun haqqını əda etməmisiniz. Ona görə də, sizin tanımağınız (mərifətniz) vəziyyətinizə xeyir etməmişdir.
2. Onun göndərdiyinə iman gətirdiyiniz halda, onun sünnəsinə qarşı çıxmısınız. Bəs, sizin imanınızın səmərəsi hardadır?
3. Onun kitabını (Quranı) oxuyursunuz, lakin ona əməl etmirsiniz.
4. Siz deyirsiniz ki, Allahın cəzalarından qorxursunuz, amma həmişə elə işlər görürsünüz ki, sizi cəzaya yaxınlaşdırır.
5. Deyirsiniz ki, Allahın mükafatlarını sevirsiz, amma həmişə elə işlər görürsünüz ki, sizi o mükafatlardan uzaqlaşdırır.
6. Allahın nemətlərini yeyirsiz, amma şükr etmirsiniz.
7. Sizə əmr verilib ki, şeytanın düşməni olun, amma siz onunla dostluq planı cızırsınız.
8. Siz başqalarının eyblərini ifşa edir, amma öz eyblərinizi gizlədirsiniz. Belə olan halda, necə dualarınızın qəbul olmasını istəyirsiniz? Amma görürük ki, siz özünüz bütün qapıları öz üzünüzə bağlamısınız. Təqvalı və saleh əməllərlə məşğul olun. Yaxşılıqlara dəvət edin, pisliklərdən çəkindirin ki, dualarınız qəbul olsun.
Əmirəl-mömininin (ə) bəyanına görə duanın qəbul olmamasının səbəbini insan gərək özündə axtarsın. İnsanların Allahdan uzaq düşməsi, günah etməsi və pis işlərlə məşğul olması duanın geri çevrilməsinə səbəb olur. Peyğəmbərdən (s) nəql edilən bir hədisdə oxuyuruq ki, buyurub:
سَیَأْتِی عَلَى النَّاسِ زَمَانٌ تَخْبُثُ فِیهِ سَرَائِرُهُمْ، وَ تَحْسُنُ فِیهِ عَلاَنِیَتُهُمْ، طَمَعاً فِی الدُّنْیَا، لاَیُرِیدُونَ بِهِ مَا” عِنْدَ رَبِّهِم، یَکُونُ دِینُهُمْ رِیَاءً؛ لاَ یُخَالِطُهُمْ خَوْفٌ، یَعَمُّهُمُ اللّهُ بِعِقَاب، فَیَدْعُونَهُ دُعَاءَ الْغَرِیقِ، فَلاَ یَسْتَجِیبُ “لَهُمْ»(74)
“Elə bir vaxt gələcək ki, insanların batini və daxili pis, çirkin və zahirləri gözəl görünəcək. Bir işi ancaq dünyanı sevdiklərinə görə yerinə yetirəcəklər. Allahın savab və mükafatını istəməyəcəklər. Onların dini yalnız rihakarlıqdan başqa, bir şey olmayacaq. Onlarda Allahın qorxusu olmayacaq. Bu səbəbdən, Allahın onlara qəzəbi tutacaq. Onlar dua edəcəklər, amma duaları qəbul olmayacaq.”
Bir şəxs imam Sadiqdən (ə) soruşur:
أَلَیْسَ یَقُولُ اللَّهُ ادْعُونِى أَسْتَجِبْ لَکُمْ؟ وَ قَدْ نَرَى الْمُضْطَرَّ یَدْعُوهُ وَ لایُجابُ لَهُ، وَ الْمَظْلُومَ یَسْتَنْصِرُهُ عَلى عَدُوِّهِ فَلایَنْصُرُهُ
“Məgər Allah belə buyurmayıb ki, dua edin ki, sizin dualarınızı qəbul edim? İnsanlar dua edir, amma duaları qəbul olmur? Məzlum insanları görürük ki, düşmənə qalib gəlmək üçün Allahdan kömək istəyirlər, amma Allah onlara yardım etmir.”
İmam buyurdu:
وَیْحَکِ! ما یَدْعُوهُ أَحَدٌ إِلَّا اسْتَجابَ لَهُ، أَمَّا الظَّالِمُ فَدُعائُهُ مَرْدُودٌ إِلى أَنْ یَتُوبَ، وَ أَمَّا الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ، أَوِ ادَّخَرَ لَهُ ثَواباً جَزِیلًا لِیَومِ حاجَتِهِ إِلَیْهِ، وَ إِنْ لَمْ یَکُنِ الامْرُ الَّذِى سَئَلَ الْعَبْدُ خَیْراً لَهُ إِنْ أَعْطاهُ أَمْسَکَ عَنْهُ (75)
“Vay olsun sənin halına! Allah yalnız duasını qəbul etdiyi şəxsi çağırır. Zalımların duası Ona çatmır. Amma ləayqəti olan şəxs dua edərkən duası qəbul olar və bəlanı ondan uzaq edər, şəxsin özü də bəlanın ncə aradan qaldırılmasını bilməz, lakin Allah onun savabını qiyamət günü üçün saxlar. İnsan bilmədən öz zərərinə olan hacəti Allahdan istəyərsə, Allah onun duasını qəbul etməz.”
İmam Baqirdən (ə) nəql olunur ki, buyurub:
إِنَّ الْعَبْدَ یَسْأَلُ اللَّهَ الْحَاجَةَ فَیَکُونُ مِنْ شَأْنِهِ قَضَاؤُهَا إِلَى أَجَلٍ قَرِیبٍ أَوْ إِلَى وَقْتٍ بَطِیءٍ فَیُذْنِبُ الْعَبْدُ ذَنْباً فَیَقُولُ اللَّهُ تَبَارَکَ وَ تَعَالَى لِلْمَلَکِ لَاتَقْضِ حَاجَتَهُ وَاحْرِمْهُ إِیَّاهَا فَإِنَّهُ تَعَرَّضَ لِسَخَطِی وَ اسْتَوْجَبَ الْحِرْمَانَ مِنِّی (76)
“Bəzi vaxtlar insan Allahdan hansısa bir hacəti tələb edir. Sonra günah edir. Allah mələklərə buyurur: “Onun hacətini verməyin və onu bu hacətdən məhrum edin. Çünki mənim qəzəblənməyimə səbəb və mənim fəzlimdən məhrum oldu.””
Bəs, bu nəticəyə gəlirik ki, əgər insan pak, təmiz, saf, saleh əməllə, günahdan uzaq olan vaxt əllərini Allahın dərgahına uzatsa və duanın ədəblərinə riayət etsə, onun duası qəbul olunacaq.
İmam Sadiq (ə) öz sözlərində bəndənin duasının qəbul olmasını ən yaxşı formada bəyan etmişdir:
1. Ya müstəcəb olacaq.
«اسْتَجابَ لَهُ».
2. Günah və ya zülm etdiyinə görə qəbul olmayacaq.
أَمَّا الظَّالِمُ فَدُعائُهُ مَرْدُودٌ إِلى أَنْ یَتُوبَ.
3. Ya da duanın əvəzində hansısa bir bəlanı ondan uzaqlaşdıracaq.
صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ.
4. Yaxud, qiyamət günü üçün savabı çox olsun deyə onun dualarının savabını saxlayacaq.
أَوِ ادَّخَرَ لَهُ ثَواباً جَزِیلًا لِیَومِ حاجَتِهِ إِلَیْهِ.
Qaynaq:
1)“Bəqərə” surəsi, ayə 186.
“Qaf” surəsi, ayə 16.
3)“Bəqərə” surəsi, ayə 186.
4)“Ğafir” surəsi, ayə 60.
5)“Bəqərə” surəsi, ayə 186.
6)“Furqan” surəsi, ayə 77.
7)Peyğəmbər (s) buyurur: “Əd-Duau huvəl ibədətu” (dua ibadətdir.). “Nəhcül-fəsahə”, hədis. 1590, “Məhcətul-beyza”, c. 2, səh. 282.
8)İmam Baqir (ə) buyurub: “Əfzəlul ibadəti əd-duau” (İbadətlərin ən fəzilətlisi duadır). “Mizanul-hikmə”, bölmə 1189. Hədis 5516 və 5532.
9)Peyğəmbər (s) buyurur: “Əd-duau məxəl ibadəh” (dua, ibadətin əsasıdır (başıdır)”. Yenə orada.
10) Bu dua da ibadəti ilk olaraq dua kimi ifadə edib. Sonra ifadəni dəyişərək ibadət kimi qələmə vermişdir:
وَ قالَ رَبُّکُمُ ادْعونى اسْتَجِبْ لَکُمْ انَّ الَّذینَ یَسْتَکْبِرُونَ عَنْ عِبادَتى سَیَدْخُلُونَ جَهَنَّمَ داخِرینَ
“Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və zəlil şəkildə cəhənnəmə daxil olacaqlar.”
11) Dua və ehtiyaclı olduğunu bildirmək “ibadur-rəhmanın” (ilahi bəndələrin) on ikinci xüsusiyyətlərindəndir. Allah-taala “Furqan” surəsinin yetmiş dördüncü ayəsində on ikinci xüsusiyyəti belə vəsf edir:
وَ الَّذِینَ یَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَ ذُرِّیَّاتِنَا قُرَّةَ أَعْیُنٍ وَ اجْعَلْنَا لِلْمُتَّقِینَ إِمَاماً
“Və o kəslər ki, “ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları və təlimlərində) bizi təqvalılara başçı et!” deyirlər”.
12) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1.
13) “Məhəccətul-bəyza”, c. 2, səh. 282-283.
14) “Mizanul-hikmə”, bölmə 1189, hədis. 5516 və 5532.
15) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1.
16) “Biharul-ənvar”, cild. 90, səh. 30.
17) “Biharul-ənvar”, cild. 90, səh. 341 və “Üsuli-Kafi”, c. 2, səh. 468.
18) “Mizanul-hikmə”, bölmə. 1196, hədis. 5585.
19) “Biharul-ənvar”, cild. 90, səh. 341 və “Üsuli-Kafi”, c. 2, səh. 468.
20) “Biharul-ənvar”, cild. 90, səh. 30.
21) “Mizanul-hikmə”, bölmə. 1196, hədis. 5585.
22) “Üsuli-Kafi”, c. 2, səh. 468.
23) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1.
24) Cavab tapmaq üçün “Pəyame imam Əmirəl-möminin (ə)”, kitabı c. 2, səh. 519-a müraciət edə bilərsiniz.
25) Ayətullah Məkarim Şirazi, “Pəyame imam Əmirəl-möminin (ə)” c. 2, səh. 520.
26) Yenə orada, səh. 517.
27) Yenə orada, c. 3, səh. 266.
28) Ayətullah Məkarim Şirazi, “Valatərin bəndeqan”, səh. 234.
29) Ayətullah Məkarim Şirazi, “İstiftaate cədid”, c. 3, səh. 575.
30) “Təfsire Safi”, “Ğafir” surəsinin 60-cı ayəsinin təfsirində.
31) “Asarud-dua fid-dünya”, səh. 55.
رُوِىَ انَّ زَیْنَ الْعابِدِینَ مَرَّ بِرَجُلٍ وَ هُوَ قاعِدٌ عَلى بابِ رَجُلٍ، فَقالَ لَهُ: ما یَقْعَدُکَ عَلى بابِ هذَا الْمُتْرِفِ الْجَبَّارِ؟ فَقالَ: الْبَلَاءُ! فَقالَ:قُمْ فَارْشِدُکَ إِلى بابٍ خَیْرٍ مِنْ بابِهِ، وَ إِلى رَبٍّ خَیْرٍ لَکَ مِنْهُ. فَاخَذَ بِیَدِهِ حَتَّى انْتَهى بِهِ الى الْمَسْجِدِ مَسْجِدِ رَسُولِ اللَّهِ، ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ».
32) Ayətullah Məkarim Şirazi, “Peydayeşe məzahib”, səh. 101.
33) “Səfinətul-bihar”, c. 1, səh. 448-449.
34) “Təfsire nümunə”, c. 20, səh. 42.
35) Yenə orada, səh. 46.
36) “Üsuli-Kafi”, c. 2, səh. 494, . Əs-səlatu ələn-nəbiyyi Muhəmmədin və Əhli-beytihi (ə) bölməsi, hədis. 16. “Vəsailul-şiə”, c. 7, səh. 95, bölmə. 36, hədis. 8833.
37) “Üsuli-Kafi”, c. 2, səh. 493, bab. Əs-səlatu ələn-nəbiyyi Muhəmmədin və Əhli-beytihi (ə), hədis. 10. Vəsailul-şiə, c. 7, səh. 92, bölmə 36, hədis. 8823.
38) “Əraf” surəsi, ayə 55.
39) “Üsuli-Kafi”, c. 2, səh. 482, “Əl-buka” bölməsi, hədis. 6. “Vəsailul-şiə”, c. 15, səh. 228, bölmə 15, hədis. 20347.
40) “Ənam” surəsi, ayə 63-64.
تَدْعُونَهُ تَضَرُّعاً وَ خُفْیَةً لَئِنْ أَنْجانا مِنْ هذِهِ لَنَکُونَنَّ مِنَ الشَّاکِرینَ، قُلِ اللَّهُ یُنَجِّیکُمْ مِنْها وَ مِنْ کُلِّ کَرْبٍ ثُمَّ أَنْتُمْ تُشْرِکُونَ
“De: Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versən, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir, De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!”
41) “Əraf” surəsi, ayə 56.
42) “Üsuli-Kafi”, c. 1, səh. 484.
43) “Bəqərə” surəsi, ayə 201.
44) “Bəqərə” surəsi, ayə 286.
45) “Ali-İmran” surəsi, ayə 8.
46) “Ali-İmran” surəsi, ayə 16.
47) “Nisa” surəsi, ayə 75.
48) “Əraf” surəsi, ayə 23.
49) “Əraf” surəsi, ayə 126.
50) “İbrahim” surəsi, ayə 41.
51) “Həşr” surəsi, ayə 10.
52) “Əraf” surəsi, ayə 151.
53) “Nuh” surəsi, ayə 28.
54) “İbrahim” surəsi, ayə 40.
55) “Səhifeyi-Səccadiyyə”, dua. 27, “Osve” nəşriyyatından tərcümə və şərh.
56) “Biharul-ənvar”, c. 10, səh. 25.
57) “Mən la yəhzurəhul-fəqih”, Şeyx Səduq, c. 2, səh. 212.
58) “Yusif” surəsi, ayə 97.
59) Yenə orada 98.
60) “Təfsire nümunə”, c. 10, səh. 81.
61) “İrfane islami”, Hüseyn Ənsariyan, c. 6, səh. 235.
62) “Üsuli-Kafi, ” c. 2, səh. 473, “Əl-İqbalu ələd-dua” bölməsi. “Vəsailul-şiə”, c. 7, səh. 54. “Biharul-ənvar”, c. 90, səh. 314-323.
63) “Üsuli-Kafi”, c. 4, səh. 222.
64) “Səfinətul-bihar”, c. 1, səh. 448. “Üsuli-Kafi”, c. 2, səh. 473, hədis. 1. “Vəsailul-şiə”, c. 7, səh. 53, hədis. 8702. “Biharul-ənvar”, c. 90, səh. 305-323.
65) “Səfinətul-bihar”, c. 1, səh. 448-449.
66) “Ğafir” surəsi, ayə 14.
67) “Səfinətul-bihar”, c. 1, səh. 448-449.
68) “Müstədrəkul-vəsail”, c. 5, səh. 271.
69) “Nəml” surəsi, ayə 62.
70) “Nəhcül-bəlağə”, hikmət. 337. “Mən la yəhzuruhul-fəqih”, c. 4, səh. 416, hədis. 5904. “Vəsailul-şiə”, c. 7, səh. 145. “Biharul-ənvar”, c. 75, səh. 60.
71) “Təfsire nümunə”, c. 1, səh.
72) “Üsuli-Kafi”, c. 2, səh. 511.
73) “Səfinətul-bihar”, c. 1, səh. 449. “Biharul-ənvar”, c. 93, səh. 376, hədis. 17.
74) “Vəsailul-şiə”, c. 1, bölmə 11, “müqəddimətu ibadat” bölməsi, hədis. 16.
75) “Təfsire Safi”, “Ğafir” surəsinin 60-cı ayəsinin təfsiri.
76) “Vəsailul-şiə”, c. 7, səh. 144.