Şəri hökmlər (Fiqh)

Kriptovalyutanın İslam fiqhi baxımından hökmü

Kriptovalyutanın İslam fiqhi baxımından hökmü

Kriptovalyutanın (“rəqəmsal pul vahidi” ilə “rəqəmsal ticarət”) barəsində bir çox dostlar soruşurlar və İslami fiqhin məsələyə münasibətini və müctəhidlərin bu barədə fikirlərini bilmək istəyirlər.
Mən şəxsən özüm bu məsələdən tam agah deyiləm, bilmirəm nə baş verir və kim necə qazanır və ya itirir bu oyunda, amma müctəhidlərimizin sözügedən məsələyə münasibətlərini aşağıda qeyd edirəm.

Ayətullah Seyid Əli Xamenei: “Kriptovalyutaların istehsalı, alışı və satışı İran İslam Cümhuriyyətinin idarəetmə sisteminin qanun və qaydalarına tabedir”.

Ayətullah Məkarim Şirazi: “Bu məsələdə mövcud olan çoxsaylı qeyri-müəyyənliklərə, o cümlədən bu vasitə ilə dövrüyyədə olan pulun mənşəyinin bəlli olmaması, bu ticarət növünün dövlətlər tərəfindən rəsmi tanınmaması və bundan sui-istifadə edilməsini nəzərə alaraq kriptovalyutaların ticarəti icazəli deyil və onunla ticarət etmək problemlidir.”

Ayətullah Safi Gülpayqani:  “Kriptovalyutaların ticarəti haramdır və bu, batil yol ilə sərvət mənimsəməyin bir nümunəsidir.”

Ayətullah Nuri Həmədani: Bu ticarətə girməkdə problem var.

Ayətullah Vəhid Xorasani: Kriptovalyutalarla alış-veriş batildir.

Ayətullah Şübeyri Zəncani: Kriptovalyutaların ticarəti iqtisadi korrupsiya sayılırsa və ya qanuna ziddirsə, onunla alış-veriş (fiqhi baxımdan) problemlidir.

Ayətullah Seyid Əli Sistani: Kriptovalyutaların ticarəti icazəli deyil.

* Qeyd edək ki, sual və cavablar “islamquest.net” saytından götürülərək tərcümə edilmişdir.
https://t.me/mirmehemmed_beshir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir