Şəri hökmlər (Fiqh)

Qüsl verilməsi qaydası

Qüsl verilməsi qaydası

 

İki şey insanın “cünub” olmasına, yəni boynuna Cənabət qüslünün gəlməsinə səbəb olur:

  1. Cinsi əlaqə.
  2. Spermanın (məəni) hər hansı bir səbəblə insandan xaric olması.

 

Cənabətli insan ibadət etmək üçün mütləq qüsl verməlidir.

 

Cənabət qüslünün verilməsi qaydası:

  1. Niyyət – “Cənabət qüslü verirəm, qürbətən iləllah”.
  2. Başı və boyunu yumaq.
  3. Bədənin sağ tərəfini çiyindən ayağın altınadək yumaq.
  4. Bədənin sol tərəfini çiyindən ayağın altınadək yumaq.

 

Diqqət:

  1. Qüsl verərkən suyu bədənin bütün hissələrinə çatdırmaq vacibdir. İnsan arxayın olmalıdır ki, bədənində quru yer qalmayıb.
  2. Qüsl verməzdən öncə bədənə suyun çatmasına mane olacaq (mazot, rəng və sair) şeylər təmizlənməlidir.
  3. Bütün qüsllər eyni ilə Cənabət qüslü kimi verilir. Təkcə qüslün vacib olma səbəbi və niyyəti fərqlidir. Məsələn, əlini cənazəyə vuran insan “məshi-meyyit qüslü” niyyəti edərək qüsl verir, dünyaya yeni övlad gətirmiş ana “nifas qüslü” niyyət edərək qüsl verir və sair.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir