14-Məsum (Əhli-Beyt)İmam Rza (ə)

Səkkizinci imamət və vilayət günəşinin doğması

Səkkizinci imamət və vilayət günəşinin doğması

Səkkisinci hidayət ulduzu dinin ən əsas sütunlarından, hikmət və yəqinin ən coşğun bulaqlarından hesab edilir və nübuvvət sirləri, risalət və imamət əmanətləri o həzrətin əzəmətli atası imam Kazimdən (ə) sonra ona intiqal edilmişdir. Həzrət Əliyyibni Musər-Rza (ə) pak və təqvalı, öz zəmanəsinin müxalif xəlifələrinin siyasi təzyiq və müxtəlif fitnə və planlarına baxmayaraq, ilahi maarif və hökmləri yaymağa çalışan və Əhli-beytn (ə) qəyərli mirasını sonrakı əsrlərin ağıl sahiblərinin ixtiyarında qoyan bir rəhbərin övladıdır.
İmam Rzanın elmi məqam və şəxsiyyəti də dost və düşmənlər tərəfindən təsdiqlənmiş və təsdiqlənməkdədir. Bəzi saray alimləri və yollarını azmış siyasətçilər İslam mədəniyyətinə zərbə vurmaq ardınca olduqları zaman, o bədrlənmiş ay (imam Rza (ə)) ilahi təlimlərə əsasən, öz təqvalı ata-babalarının yolunu davam etdirərək dini meyarları inhiraf və azğınlıqdan xilas etmiş və cəmiyyətin fərdlərinin düşüncələrinin aydınlanması və Abbasi hakimlərinin həqiqi simasının insanlar tərəfindən tanınması, eyni zamanda, onların qeyri-şəri olması istiqamətində həddən artıq mühüm addımlar atmışdır. O həzrət dəyərli şagirdlərin yetişdirilməsi, camaata yol göstərmək, haqq hərəminin müdafiəsi və batil müqabilində müqavimət göstərməkdən bir an olsun belə, qafil olmamış və sonunda bu yolda da şəhadətə çatmışdı.
İmam Raza (ə) imam Musa ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əlinin (ə) övladıdır. Onun gözəl əxlaqlı anası Nəcmə xatundur və onun haqqıda aşağıda qısaca olaraq məlumat veririk:
Nəcmə xatun Şimali Afrika və ya Cənubi Avropadan olan bir kəniz idi və Mədinətun-Nəbiyə (Mədinəyə) gətirilmişdi. Onu “Təktum Mərsiyyə” adlandırırdılar. Yaqut Həməvi Mərsini Sicil adalarının şəhərlərindən biri hesab edir. (1) Amma bəziləri onun Fransanın cənubunda yerləşən həmin Marsel şəhəri olduğunu söyləmişlər. (2) Əlbəttə, imam Musa ibn Cəfərin (ə) evində onu “Təktum” deyə səsləmirdilər və yeddinci imamın anası öz gəlinini “Tahirə” adlandırmışdı və onun ləqəbinin “Nəcmə”olduğunu bildirmişlər.”Həsəni” adı ilə tanınan Haşim deyir: “İmam Rza (ə) Xeyzaran adlı bir qadından dünyaya gəlmişdir.” Sonra sözlərinə belə əlavə edir: O qadın Nubiyadan (İndiki Afrikanın şimalında yerləşən Sudan şəhərindən) olan və adı “Ərvi”, ləqəbi isə “Şəqra” olan bir qadındır. (3)
İmam Kazim (ə) onu məğrib (indiki Afrikanın şimalındakı Mərakeş) əhlindən olan bir kişidən alaraq  möhtərəm anası Həmidə Musfaha hədiyyə etmişdi.
Həmidə Musfah ona malik olduğu zamandan etibarən, ona ehtiram əlaməti olaraq heç zaman yanında əyləşməmişdi. Həmidənin oğlu imam Kazimə (ə) bəyan etdiyi təəccüblü məsələlərdən biri də belədir: “Mən heç zaman onun nəsli və özünün pak olması barədə şəkk eləməmişəm və onu sənə bağışladım. Həqiqətən, mən yuxu aləmində Allahın Rəsulunu (s) gördüm ki, mənə xitab edərək buyurdu: “Ey Həmidə, Nəcməni oğlun Musaya bağışla ki, o, teliklə yer üzünün ən yaxşı insanını dünayaya gətirəcək.”” (4)

İmamın dünyaya gəlməsi

O həzrətin anasının adından belə nəql edilir: “O həzrətə hamilə olduğum zaman, əsla hamiləliyin ağırlığını özümdə hiss eləmədim və yuxuya getdiyim zaman, öz qarnımda Allaha təsbih və təmcid deməsini və “La ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur)! zikrini söyləməsini eşidirdim. Elə ki, yuxudan oyanırdım, daha həmin səsləri eşitmirdim. Onu dünyaya gətirdiyimdə, iki əlini yerə qoyaraq başını yuxarı qaldırdı və dodaqlarını tərpətdi, sanki nəsə deyirdi.” (5)
Belə bir hadisənin oxşarı digər imamlar və bəzi peyğəmbərlərin dünyaya gəlməsi zamanı da nəql edilmişdir, o cümlədən, həzrət İsa (ə) dünyaya gəldiyi zaman, beşikdə olarkən camaatla danışmışdır və bu macəranın şərhi Quranda qeyd edilmişdir (6)
Sonunda hicri 153-cü ilin Rəbiül-əvvəl ayının on biri, cümə axşamı günü,altıncı imamın şəhadətindən beş il keçdikdən sonra, Mədinə şəhərində imam Rza (ə) dünaya göz açdı. Əlbəttə, Şeyx Kuleyni bu sevinc bəxş edən doğulmanın hicri 148-ci ildə baş verdiyini qeyd eləmiş və bu xəbərin daha düzgün olduğunu bildirmişdir. (7) Şeyx Müfid də bu məsələ ilə müvafiqdir. (8) Əllamə Məclisinin “Biharul-ənvar” və Kəfəminin “Misbahul-munir” kitabında belə bir nəzəriyyəsi vardır, amma İbn Şəhr Aşub Mazandarani Sərvi birinc nəzəriyyəni qəbul edir və sözlərinə belə əlavə edir ki, onu Qiyas ibn Ümid Mədinə əhalisindən eşitmişdir.
Beləliklə, imam Musa ibn Cəfərin (ə) otuz neçə övladı arasında ən böyük övladı olaraq imam Rza (ə) daha elmli, şərafətli, müqəddəs və zahid kimi Mədinə tarixini özünün mübarək vücudu ilə nur və sevincə qərq eləmişdi. (9)
Səkkizinci imam Əli adlandırılmışdır. Əbu Omarə belə deyir: “Mən yeddinci imama “Özünüzdən sonrakı imamı bizə tanıtdırın.” deyə söylədiyim zaman, o həzrət ilahi bir əmr olan imamət mövzusu və onun Allah tərəfindən təyin olunması məsələsi barədə izah verdikdən sonra buyurdu:
“Məndən sonra imamət adı həm birinci imam (Əli ibn Əbu Talib (ə)), həm də dördüncü imamla (Əli ibn Hüseyn (ə)) eyni olan oğlum Əliyə yetişəcəkdir.”” (10)
Səkkizinci imama “Rza” ləqəbi verildi. (11) O həzrət üçün mötəbər mənbələrdə “Sabir”, “Fazil”, “Vəfiyy”, “Mürtəza” kimi ləqəblər də qeyd edilmişdir. (12) Lüğət kitablarında “Rza” sözünün “dost”, “məhəbbət bəsləyən”, “razılıq” və buna bənzər müxtəlif mənaları qələmə alınmışdır. Amma şiə alimləri bu ləqəbin Allahın razılığına razı olan və ya Allah və onun peyğəmbərinin (s) razı olduğu mənasında olduğunu söyləmişlər.
Əllamə Məclisi “Cilaul-uyun” kitabında imam Rzanın (ə) avtobioqrafiyası ilə bağlı yuxarıda o həzrətin ad, ləqəb və künyələri haqda qeyd etdiklərimizdən əlavə, o həzrətə “Qurrətu əynil-muminin” və “Ğeyzul-mulhidin” də deyildiyini bildirmişdir.(13)

Saysız-hesabsız fəzilətlər

İmamların fəzilətləri barədə söhbət açıldıqda, əql heyrətdə qalır, dil tutulur və qələm yazmaqda acizləşir və hamı o tayı-bərabəri olmayan göy əhlinin fəzilətlərini bəyan etməkdə aciz olmasına etiraf edir və bizimlə birlikdə “Camiə” ziyarətinin bu ifadələrini zümzümə edir:

بِاَبی اَنْتُمْ وَ اُمّی وَ نَفْسی وَ اَهْلی وَ مالی، مَنْ اَرادَ اللّه بَدَءَ بِکمْ، وَ مَنْ وَحَّدَهُ قَبِلَ عَنْکمْ، وَ مَنْ قَصَدَهُ تَوَجَّهَ بِکمْ، مَوالِی لا احصی ثنائکم…

“Atam, anam, özüm, ailəm və mal-dövlətim sizə fəda olsun! Kim Allahı iradə elədisə (istəsə), sizdən başladı, kim Allahı yeganəliyi ilə tanıdısa, sizdən qəbul elədi və kim Allahı istədisə, sizə diqqət yetirmək sayəsində belə bir işə müvəffəq ola bildi. Ey mənim rəhbərlərim! Sizin kamal sifətlərinizi sayıb qurtara bilmərəm!…”
İmamların fəzilət məqamlarının zirvəsi o qədər uca və əlçatmazdır ki, alim və elm əhli o məqamın dərkində aciz və qüdrətsiz, aləmin fəsahət və bəlağətliləri onun bəyanında söz tapmaz və laldırlar. Müəllif aşağıda imkan daxilində onlaran bəzisinə işarə edir:

1. ALİ-MƏHƏMMƏDİN (Ə) ALİMİ

Səkkizinci imamın elmi o qədər aşkar və parlaq idi ki, ona Ali-Məhəmmədin (ə) alimi deyirdilər. Məhəmməd ibn İshaq atasından yeddinci imamın öz övladlarına belə buyurduğunu nəql edir:

اخوکم علی بن موسی عالم آل محمد فاسالوه عن ادیانکم واحفظوا ما یقول لکم، فانی سمعت ابی جعفر بن محمد غیر مرة یقول لی: ان عالم آل محمد لفی صلبک، ولیتنی ادرکته فانه سمی امیر المؤمنین علی

“Qardaşınız Əli ibn Musa Ali-Məhəmmədin (ə) alimidir. Öz dini məsələləriniz barədə ondan soruşun və onun söylədiklərini yadınızda saxlayın. Həqiqətən, atam Cəfər ibn Məhəmməddən (ə) dəfələrlə belə buyurduğunu eşitmişəm: ” Həqiqətən, Ali-Məhəmmədin (ə) alimi sənin sülbündədir, kaş ki, onu görə biləydim! Şübhəsiz, onun adı Əmirəl-möminin Əlinin (ə) adı kimidir.”” (15)
İmam Rzanın (ə) elm və biliyi o qıdır seçilən idi ki, əhli-sünnənin təəssübkeş alimlərindn olan İbn Həcər Əsqəlani və Səmani o həzrəti mədh edərək belə demişlər:

وکان الرضا من اهل العلم والفضل مع شرف النسب

“İmam Rza (ə) elm və fəzilət əhli idi və onun nəsli şərafətli nəslə çatırdı.” (16)

2. BƏNDƏLİK NÜMUNƏSİ

Elm və fəzilət baxımından məxluqatdan üstün olan imamƏliyyibni Musər-Rza (ə) Allaha bəndəçilikdə də hamıdan öndəidi, çünki mənəvi məqam və fəzilətlər  əldə etməyin rəmz və sirləri bu məsələdə gizlənmişdir.Hazırda o imamın ibadət nümunələrini xatırlatmaqla həzrətin əməli sünnəsini öz yolumuzun çırağı seçməyə çalışacağıq.

A) QURANLA MUNİS OLMAQ

İbrahim ibn Abbas deyir:

وکان المأمون یمتحنه بالسوال عن کل شیئ فیجیب فیه وکان کلامه کله و جوابه و تمثله انتزاعات من القرآن وکان یختمه فی کل ثلاث ویقول: لو اردت ان اختمه فی اقرب من ثلاثة لختمت و لکنی ما مررت بآیة قط الا فکرت فیها و فی ای شی‏ء انزلت و فی ای وقت، فلذلک صرت اختم فی ثلاثة ایام

“Məmun imam Rzanı (ə) yoxlamaq və imtahan etmək məqsədi ilə ona hər şey barəsində suallar verirdi və o həzrətin verdiyi cavablar və çəkdiyi misalların hamısı Qurandan götürülmüşdü. O həzrət hər üç gündə bir dəfə Quranı bir dəfə xətm edər və buyurardı: “Əgər istəsəm, üç gündən də az bir müddətdə quranı əvvəldən sona qədər oxuya bilərəm. Amma oxuduğum hər bir ayə üzərində düşünüb təfəkkür etdiyim və nə üçün və nəyin haqqında onun nazil olmasına diqqət yetirdiyim üçün bu məsələ Quranı üç gün ərzində xətm etməyimə səbəb olur.”” (17)

B) UZUN-UZADI SƏCDƏLƏR

İmam Rzanın (ə) kənizlərindən biri belə nəql edir: “Kufədən alınmış bir neçə kənizlə birlikdə Məmunun sarayına aparıldıq. Orada sanki cənnətə idik və yaxşı yemək və içməlilərdən istifadə edirdik. Daha sonra Məmun məni imam Rzaya (ə) bağışladı. İmamın evinə gəldiyim zaman, Məmunun sarayında sahib olduğum nemətlərin hamısı əlmindən çıxdı. Həmin gündən sonra hər gecə imam məni Abdullah ibn Abbasa bağışlayana qədər gecə namazı üçün oyanırdıq. Onun evinə gəldiyim zaman, sanki başqa bir cənnətə daxil oldum.” Ravi deyir: “Ondan səkkizinci imam barəsində soruşduqda, belə cavab verdi:

کان اذا صلی الغداة – وکان یصلیها فی اول وقتها – ثم یسجد فلا یرفع راسه الی ان ترفع الشمس

“İmam sübh namazını həmişə əvvəl vaxtda qılar və səcdəyə getdikdən sonra gün çıxana qədər başını səcdədən qaldırmazdı.”” (18)

C) NAMAZLA ÜNSİYYƏT

Əba Səlt deyir: “Sərəxsə, imam Rzanın (ə) zindana salındığı evə gedib qapıçıdan imamın yanına getmək üçün icazə istədim. Qapıçı mənə dedi ki, onun yanına gedə bilməzsən. Soruşdum ki, nə üçün onun yanına gedə bilmərəm? O dedi:

«لانه ربما صلی فی یومه ولیلة الف رکعة وانما ینتقل من صلاته ساعة فی صدر النهار وقبل الزوال وعند اضطرار الشمس، فهو فی هذه الاوقات قاعد فی مصلاه ویناجی ربه؛

“Ona görə ki, imam gecə və gündüzdə min rükət namaz qılır və yalnız günün başlanğıcında bir saat və zöhrdən əvvəl bir saat və gün batana bir saat qalmış namaz qılır. O, bu vaxtlarda səcdə etdiyi yerdə əyləşərək öz Allahı ilə münacat edir.”
Əba Səlt deyir: “Ondan bu vaxtlarda mənim üçün imamdan icazə almasını istədim və o da belə etdi və mən imamın yanına daxil olduqda, o həzrət təfəkkür etməkdə idi.”” (19)

3. TƏVAZÖKARLIQ

İmam Rza (ə) sahib olduğu bütün bu məqam və fəzilətlərə baxmayaraq, camaatla tamamilə təvazökarlıqla rəftar edirdi və öz şərafətli ömrünün bir qismini vəliəhd olaraq keçirdiyi üçün, o həzrəti bu əməli üslub və sünnəsi şiələr, xüsusilə də, hökumət məmurları üçün bəyənilən bir nümunə idi.
Bir gün imam hamamın içərisində bir kənarda əyləşmişdi. Br nəfər içəri daxil oldu və o həzrətə hörmətsizlik edərək dedi: “Mənim başıma su tök!” O həzrət də kamil bir təvazökarlıqla onun başına su tökdü. Gözlənilmədən imamı tanıyan şəxslərdən biri içəri daxil oldu və həmin kişinin üstünə qışqıraraq dedi:

هلکت واهلکت، اتستخدم ابن بنت رسول الله صلی الله علیه و آله و امام المسلمین

“Həlak oldun və həlak elədin (həmin cümlə “bu işin bizim də həlak olmağımıza səbəb olacağı”na dair bir kinayədir)! Sən Allah Rəsulunun (s) qızının övladını və müsəlmanların imamını özünə xidmətçi götürmüsən?!”
İmamı yenicə tanıyan şəxs özünü imamın ayaqlarına atıb o həzrətin ayaqlarından öpdü və dedi: “Nə üçün sizə belə dediyim zaman, nə üçün sözlərimə qulaq asdınız?” İmam buyurdu:

انها مثوبة ومااردت ان اعصیک فیما اثاب علیه

“Bu əməlin savabı var və mənə savab veriləcək əməli tərk etmək istəmədim.” (20)

4. KƏRİMLİK EDİLƏN BƏXŞİŞ VƏ EHSANLAR

Yəqub ibn İshaq Novbəxti deyir: “”Günlərin biriƏli ibn Musanın (ə) yanına bir şəxs gəldi və dedi:

اعطنی علی قدر مروتک

“Mənə öz mərdanəliyinə layiq olan qədər bəxşiş ver!”
İmam buyurdu:

لایسعنی ذلک

“Bu qədərini verə bilmərəm.”
Həmin şəxs dedi:

علی قدر مروتی

“Onda mənə mənə layiq olan qədər ver!”
İmam buyurdu: “Bu qədərini qəbul edirəm. Sonra qulamına həmin şəxsə iki yüz dinar verməsinə göstəriş verdi.” (21)
Həmçinin, Yəsə ibn Həmzə nəql edir: “Bi şəxs Əli ibn Musər-Rzanın (ə) yanına gəldi və dedi: “Salam olsun sizə, ey Allah Rəsulunun (s) övladı! Mən sizə və ata-babalarınıza məhəbbət bəsləyənlərdənəm. Həcc səfərindən gəlirəm. Pulum və ehtiyatım məni vətənə çatdıra bilməyəcək qədər azdır Əgər məsləhət bilirsinizsə, mənə yardım edin ki, öz vətənim və şəhərimə qayıdım. Allah mənə o qədər nemət və imkan vermişdir ki, əgər qayıtsam, mənə bəxş etdiyiniz qədər sizin adınızdan sədəqə verərəm və mənə sədəqə verməyinizə ehtiyac yoxdur.”
Bu zaman imam evə daxil oldu və bir müddətdən sonra qayıtdı və əllərini özü görsənməyəcək şəkildə qapıdan çölə uzatdı və buyurdu: “Bu iki yüz dinarı götür və ondan istifadə elə və mənim tərəfimdən onu sədəqə verməyinə ehtiyac yoxdur, gedə bilərsən, nə mən səni görürən, nə də sən məni görürsən.”
Həmin macəradan sonra həzrət evdən çölə çıxdı və o həzrətdən soruşdular ki, nə üçün ona bu şəkildə kömək etdiniz (öz simanızı ondan gizlədiniz)? O həzrət buyurdu:

مخافة ان اری ذل السؤال فی وجهه لقضاء حاجته . اما سمعت‏حدیث رسول الله (صلی الله علیه و آله) المستتر بالحسنة تعدل سبعین حجة والمذیع بالسیئة مخذول والمستتر بها مغفور

“Onun simasında ehtiyacını aradan qaldırmaqla bağlı kömək istəmək xarlığını görmək qorxusundan belə etdim. Peyğəmbərdən (s) belə buyurduğunu eşitməmisinizmi: “Kim gizlində yaxşı bir iş görsə, ona yetmiş həccin savabı verilər və kim aşkarda günah eləsə, xar və zəlil olar və ki öz günahlarını digərlərindən gizləsə, bağışlanar.”” (22)

İmam Rza (ə) ilə müasir olan xəlifələr

O həzrətin imamət müddəti iyirmi il olmuşdur və onun on ili Harun Ər-Rəşidin və beş ili Məhəmməd Əmin və sonuncu beş ili də Abdullah Məmunun xilafət illərinə təsadüf edir.
İmam Məmunun xilafətinin başlanğıcına qədər öz doğulduğu şəhərində, Mədinədə məskunlaşmışdı, amma Məmun hakimiyyətə gəldikdən sonra, Məmun onu Xorasan şəhəriə dəvət elədi və sonunda hicri 203-cü ildə (55 yaşında) şəhadətə çatdırıldı və həmin yerdə də dəfn edildi. (23)

İmam Rza (ə) Harunun zamanında

Hicri 183-cü ildə yeddinci imam Musa ibn Cəfər (ə) Bağdad zindanında Harunun göstərişi ilə zəhərlənib şəhadətə çatdıqdan sonra, səkkizinci imamın on illik imaməti Harunun dövründə başa vuruldu.
Harunun istibdad və zülm və öz mənfəətlərini güdməsi və qarışıqlıq əsri olan bu dövrü imam Rzanın (ə) nisbi azadlıq və mədəni və elmi sahədə o həzrətin fəaliyyət dövrü hesab etmək olar. Ona görə ki, bu dövrdə Harun imam Rzaya (ə) maeçilik törətmir və o həzrət də azad şəkildə fəaliyyət göstərirdi. Həmin səbəbdən, imamın tərbiyə edib yetişdirdi şagirdlər, elm və İslam maarifi və Quran həqiqətlərinin İslam sahəsində təlim və yayılması bir qayda olaraq bu dövrdə həyata keçmişdi.
Bəlkə də, bunun ən mühüm səbəbi Harun tərəfindən təzyiqlərin azaldılması və onun imam Musa ibn Cəfərin (ə) qətlindən narahat olması idi, çünki Harun bu məsələni gizlətməyə həddən artıq çox çalışmasına baxmayaraq, sonunda məsələnin üstü açıldı və camaatın nifrət və əzab-əziyətinə səbəb oldu. Harun çalışırdı ki, bu cinayətdən özünə bəraət qazansın. Bu məsələnin şahidi Harunun zalım məmurlarının əlindən o həzrətin cənazəsini alan və ehtiramla dəfn edən öz əmisi Süleyman ibn Əbi Cəfərə belə bir xəbər göndərməsidir:”Allah Sindi ibn Şahəkə lənət eləsin, o, bu işi mənim icazəm olmadan yerinə yetirib.” (24)
Bu məsələni təsdiqləyən digər məsələ Harunun Yəhya ibn Bərməkinin Əli ibn Musa (ə) barəsindəki cavabında söylədikləridir. Əvvəllər də imam Kazim (ə) barəsində nalayiq sözlər deyən Yəhya ibn Bərməki Haruna dedi:
“Musa ibn Cəfərdən (ə) sonra, indi onun oğlu onun yerində oturub və imamət iddiası edir.” Yəni, onun məqsədi bu idi ki, elə indidən Əli ibn Musanı (ə) xəlifənin məmurların nəzarəti altında saxlamaq lazımdır. İndiyə qədər Musa ibn Cəfərin (ə) qətlini unutmayan və onun nəticələrindən narahat olan Harun isə cavabında dedi:
“Onun atası ilə etdiklərim kifayət deyilmi? İstəyirsən əlimə qılınc alıb ələvilərin hamısını qırım?!” (25) Harunun qəzəblənməsi saray camaatını sakitləşdirdi və bundan sonra kimsə o həzrət barədə bir söz danışmağa cürət eləmədi.

İmam Rzanın (ə) Əmin zamanında nisbi azadlığı

Əminin hakimiyyəti və Harunun ölümü ilə Məmunun hakimiyyəti arasındakı fasilə illərində imamla Abbasi hökumətinin məmurlarıarasında hansısa bir rəftar nəzərə çarpmır. Məlum məsələdir ki, Abbasi xilafət aparatı daxili ixtilaflar və Əminlə Məmunun çəkişmələri və Məmunun vəliəhdlikdən uzaqlaşdırılaraq onun Əminin oğlu Musaya verilməsindən ibarət olan bu qısa müddətli illərdə, ələvilər üçün ümumən və imam Rza (ə) üçün də xüsusən hansısa bir tədbir tökməyə imkan və fürsət qoymamışdı. Biz bu illəri (hicri 193-198-ci illər) imam Rza (ə) üçün nisbi azadlıq və o həzrətin mədəni sahədəki fəaliyyətləri üçün münasib fürsətin yaranması dövrü adlandıra bilərik. (26)

İmam Rza (ə) Məmunun dövründə

Məmunun hakimiyyətə gəlməsi ilə imamın (ə) həyat kitabı dəyişildi və yeni bir səhifə açıldı. İmam Əliyyibni Musər-Rza (ə) bu yeni bir səhifədə uzun illəri həddən artıq qəm-kədər və narahatçılıqlarla keçirdi.
İstər qəsbkar Əməvi xəlifələri olsun, istərsə də, Abbasi xələifələri ən çox qorxu və vəhşəti camaatın, ya da camaatın əksər bir qupunun xilafətin onların aşkar haqqı olduğunu bildiyi və bundan əlavə, hər bir fəziləti onların vücundunda gördüyü bu kəslərdən – həzrət Əli (ə) xanədanından – hiss edir və ondan nigaran idilər. Həmin səbəbdən, həzrət Əlinin (ə) böyük şəxsiyyətli övladları dövrün xəlifələri tərəfindən əziyyət və işkəncəyə məruz qalır və sonunda da onların əli ilə şəhadətə çatdırılırdı.
Amma Məmun adətən, şiəliyə maraq göstərir və onun xilafət aparatındakı məmurlar da əksərən iranlılardan ibarət olduqlarından, onlar Ali-Əliyə (ə) və şiə imamlarına nisbətdə xüsusi məhəbbət və marağa malik idilər. Bu səbəbdən, Məmun öz atası Harun və babası Mənsur kimi imamı zindana saldıra və ona əzab-əziyyət və işkəncə edə bilmirdi. Beləliklə, o, yeni bir metoda əl atdı ki, o qədər də bənzərsiz deyildi və keçmiş xəlifələr dövründə də təcrübədən keçirilmişdi. Bununla yanaşı, həmin metod bir qədər xoşagəln və əziyyət edilməyən metod idi. Həmin səbəbdən, özündən sonrakı xəlifələr də bu metodu özləri üçün əsas metod olaraq seçdilər.
Məmun imamı Mərvə öz hökumətinin mərkəzinə gətirmək və o həzrətlə dostluq münasibətləri yaratmaq və onun elmi və ictimai mövqeyindən istifadə edərək həzrətin bütün işlərinə kamil şəkildə nəzarət etmək qərarına gəldi.

Məmunun imamı Xorasana dəvət etməsi

Məmun əvvəlcə imamı ehtiramla Ali-Əli (ə) xanədanının böyükləri ilə xilafətin paytaxtına gəlməyə dəvət etdi. İmam Məmuun dəvətini qəbul etməkdən imtina eləsə də, digər tərəfdən Məmun o həzrətə çoxlu təkid və israrlar edirdi. Onlar arasında çoxlu sayda yazışma və məktublaşmalar həyata keçdi  və sonunda imam Ali-Əli (ə) xanədanının bir sıra böyük şəxsiyyətləri ilə Mərvə tərəf hərəkət etdi. (27)
Məmun imamın karvanını müşayiət etmək və imamı gətirməklə vəzifələndirilmiş Culudiyə və ya başqa bir nəqlə əsasən, Rəca ibn Əbi Zəhhaka tapşırmışdı ki, karvandakılar və xüsusən də, imam Rzaya (ə) ehtiram etməkdə qüsura yol verməsin. Amma imam bu səfərdən camaatı agah etmək üçün onlara öz narazılığını bildimişdi.
Mədinədən hərəkət etmək istədiyi gün öz xanədanını bir yerə topladı və onlardan ona ağlamalarını istədi və belə buyurdu: “Mən bundan sonra ailəmin yanına qayıtmayacağam.” (28)
Daha sonra Peyğəmbər (s) məscidinə daxil oldu ki, o həzrətlə vidalaşsın. O həzrət bir neçə dəfə vidalaşdı və bir daha Peyğəmbərin (s) qəbrinə yaxınlaşaraq uca səslə ağlamağa başladı.
Muxəvvəl Sistani nəql edir:”Bu halda imamın yanına daxil oldum və salam verdim və o həzrətə xeyirli səfər arzuladım. İmam buyurdu:
“Ey Muxəvvəl! Mənə yaxşı nəzər sal, mən cəddimin yanından uzaqlaşacam və qürbətdə can verəcəm və Harunun kənarında dəfn ediləcəm.”” (29)
İmamın Mədinədən Mərvə hərəkəti Məmunun göstərişinə əsasən, Bəsrə və Əhvaz və Fars yolundan idi. Bəlkə də, bu məsələ şiələrin toplaşmış olduğu yerlərdən – Cəbəldən (İranın qərbindəki dağlıq ərzilərdən Həmədan və Qəzvinə qədərki məntəqə) və Kufə, Kirmanşah və Qumdan keçməmək səbəbi ilə idi. (30)

Paytaxda daxil olmaq

İmamın karvanı Şəvval ayının onunda Mərvə yetişdi. Şəhərə bir neçə fərsəng (məsafə vahidi) qalmış şəxsən Məmun, Fəzl ibn Səhl və Abbasilərin böyük şəxsiyyətləri, vəzir və əyan-əşrafı imamı qarşılamaq üşün o həzrətin yanına gəldilər. İmam böyük bir ehtiramla şəhərə daxil oldu və Məmunun göstərişi ilə imamın məskunlaşması və rifahı üçün hər cür şərait o həzrətin ixtiyarında qoyuldu.
İmamın istirahəti və yorğunluğunu aradan aldırılması üçün bir neçə gün keçdikdən sonra, Məmunla o həzrət arasında müzakirələr başlandı və Məmun xilafəti tamamilə o həzrətin ixtiyarında qoymağı təklif elədi. İmam bu təklifi qəbul etməkdən ciddi şəkildə imtina elədi. Fəzl ibn Səhl dedi: “Həmin gündəki kimi xilafətin bu qədər dəyərsiz və xar bir şey olduğunu görməmişdim. Məmun xilafəti Əli ibn Musanın (ə) ixtiyarında qoydu, amma o həzrət onu qəbul etmədi.” (31)
Bəlkə də, əvvəlcədən imamın xilafəti qəbul etməyəcəyini ehtimal edən Məmun dedi: “İndi ki, belədir, onda vəliəhdliyi qəbul edin.” İmam buyurdu: “Məni bu işdən üzürlü hesab elə.” Məmun imamın üzrünü qəbul etmədi və imama sərt və qəzəblə elə bir cümlə dedi ki, o həzrəti təhdid etmək kimi idi. O, belə dedi:
“Ömər ibn Xəttab dünyadan gedəcəyi zaman, altı nəfərin arasında şura təyin elədi və onlardan biri Əmirəl-möminin Əli (ə) idi və belə tövsiyə elədi ki, kim müxalifətçilik eləsə, onun boynunu vursunlar…Siz də mənim təklifimi qəbul etməlisiniz, çünki mən də bundan başqa, digər bir çarənin olduğunu bilmirəm.” (32)
O, bundan da daha aşkar və aydın şəkildə imamı təhdid elədi və dedi: “Daima mənim istəyimi əleyhinə çıxır və özünüzü mənim qüdrətimdən amanda hesab edirsiniz. Allaha and olsun, əgər vəliəhdliyk təklifini qəbul etməsəniz, sizi buna məcbur edəcəyəm, əgər yenə də qəbul etməsəniz, sizi öldürəcəyəm!” (33)
İmam məcbur olaraq Məmunun təklifini qəbul etdi və belə dedi: “Mən bu şərtlə xülafəti qəbul edirəm ki, hökumət və ölkənin işlərindən heç birinə dəxalət etməyim, hakim və ya qazilərin təyin edilməsi və ya vəzifədən azad edilməsi, yaxud fətva verilməsi il bağlı heç bir hökm verməyim.” (34)
Ramazan ayının yeddisi bazar ertəsi günü Məmunun xətti ilə vəliəhdlik məsələsi yazıldı və həmin kağızın arxasına Əliyyibni Musər-Rza (ə) öz şərtlərini həddən artıq çox işarə və eyhamlarla yazdıqdan sonra elan etdi və xatırlatdı ki, bu iş həyata keçməyəcək. Daha sonra həmin yazının kənarında ölkənin böyükləri və qoşun başçılarından Yəhya ibn Əksəm, Abdullah ibn Tahir, Fəzl ibn Səhl bu əhdnaməyə şahid olduqlarını bildirdilər.
Daha sonra Ramazan ayının onunda əzəmətli şəkildə olan bir beyət mərasimi tşkil olundu və imam vəliəhdlik taxtına əyləşdi. Xəlifənin göstərişi ilə beyət etmək üçün əlini imam Rzaya (ə) uzadan ilk şəxs Məmunun oğlu Abdullah oldu. Ondan sonra baş vəzir Fəzl ibn Səhl, sarayın müftisi Yəhya ibn Əksəm, qoşun başçısı Abdullah ibn Tahir və daha sonra Bəni-Abbasdan olan əyan-əşraflar o həzrətlə beyət etdilər. (35)
Təbii olaraq, səkkizinci imamın vəliəhdlik məsələsi şiələr və o həzrətin dostları üçün şadlıq və sevincə səbəb oldu, amma o həzrətin özü bu məsələdən qəmgin və pərişan idi və həddən artıq xoşhal olan bir şəxsi gördüyü zaman, onu öz yanına çağırdı və buyudu: “Bu işə bel bağlama və sevinmə, çünki davamı yoxdur.” (36)

İmam Rzanın (ə) şəhadəti

O həzrətin şəhadəti barədə təqribən, bütün şiə alimləri və əhli-sünnə alimlərinin çoxu imamın zəhərləndirilərək şəhadətə çatması məsələsinə etiqadlıdırlar. O həzrətin şəhadətə Çatdiranin kimliyi barədə müxtəlif nəzəriyyələr vardır və onları diqqətinizə çatdıracağıq
Məşhur nəql budur ki, o həzrət Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Bəzi əhli-sünnə alimləri Məmunun imam Rzanı (ə) zəhərləmədiyi etiqadına malikdirlər. Özlərinin bu sözlərinə dəlillər də gətirmişlər. O cümlədən, onların dəlillərindən biri Məmunun öz qızını imam Cavada (ə) verməsi məsələsidir. Həmçinin, Məmun imam Rzanın (ə) üstünlüyünə alimlərin hüzurunda etiraf edirdi. İmam Rzanın (ə) vəfatından sonra həddən artıq qəmgin və narahat idi…Bəhsimizin davamında bildirəcəyik ki, bu dəlillərdən heç birinə istinad etmək olmaz. Əhli-sünnə alimlərindən bir qrupu imamın zəhərləndirilməsi və bu cinayətin (Məmundan başqa,) digər Abbasilər tərəfindən törədilməsi inancına malikdir. Misal olaraq İbn Covzi deyir:
Abbasilər xialfətin onların əlindən çıxdığını və vəliəhd və ələvilərin əlinə keçdiyini  gördükləri zaman, imam Rzanı (ə) zəhərlədilər. (37)
Bu nəql o qədər də düzgün nəzərə çarpmır, ona görə ki, tarixçilərin əksəriyyəti və ravilər başqasının deyil, məhz Məmunun o həzrətə zəhər verməsi məsələsi baərədə fikir birliyinə malikdirlər. (38) Bundan əlavə, Məmunun özünün də bu məsələdə hədəf və marağının olmasına iaşrə edəcəyik. İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə o həzrət öz şəhadəti barədə öncədən xəbər vermiş və həmin cinayəti törədənin Məmun olacağını vurğulamışdır. İmam Rza (ə) Hərsəmə ibn Əyuna buyurur:
“Mənim ölümüm yaxınlaşıb. Bu zalım (Məmun) məni zəhərləmək qərarına gəlib…” (39)
Şəhid Mütəhhəri deyir: “Şahidlər imam Rzanın (ə) zəhərləndiyini nişan verir və onun əsas səbəblərindən biri də Bağdadda Bəni-Abbasın Məmumun əleyhinə baş verən qiyamı idi. O, imam Rza (ə) Xorasandan Bağdada hərəkət etdiyi zaman həzrəti zəhərləmişdi və ona daim Bağdadd barədə məlumat verilirdi. Məmun gördü ki, imam Rzanı (ə) vəliəhdlikdən azad edə bilmir və bu vəziyyətlə ora (Bağdad) getsə, iş həddən artıq çətinləşəcək. Həmin səbəbdən, ora getmək zəminəsini yaratmaq və Bəni-Abbasa məsələnin bitdiyini söyləmək üçün imam Rzanı (ə) zəhərlədi. Söylənilən və qəbul edilən, eyni zamanda, tarixlə də uyğunluq təşkil edən əsas səbəb bu olmuşdur.” (40)
Təbəri yazır: “Məmun Bəni-Abbasa Bağdadda bir məktub yazdı və onlara Əliyyibni Musanın (ə) ölüm xəbərini onlara elan elədi və onlardan ona itaət etməsini tələb elədi. Belə ki, onların Məmunla düşmənçiliyi Əliyyibni Musər-Rza (ə) ilə beyətdən başqa bir şeyə görə olmamışdı.” (41)
İmam Rzanın (ə) qətlə yetirilməsi barədə tarixçilərin qeyd etdikləri mühüm məsələlərdən biri də Məmunun o həzrətə qarşı qəlbində kininin yaranması idi. Təbərsi belə yazır: “Məmunun imam Rzanı (ə) şəhadətə çatdırmasının ən əsas səbəblərindən biri də o həzrətin qorxub çəkinmədən Məmunun qarşısında haqqı elan etməsi idi. Əksər hallarda Məmuna qarşı çıxırdı ki, bu da onun əsəbləşməsi və qəlbində kinin yaranmasına səbəb olurdu…” (42)
Bəyan etdiyimiz kimi, şiə rəvayətləri baxımından, Məmunun o həzrəti zəhərləməsi barədə heç bir şəkk-şübhə yoxdur. (43) Amma  bu məsələnin keyfiyyəti haqda bir neçə rəvayət mövcuddur və onlara işarə edəcəyik. Şeyx Müfid Abdullah ibn Buşeyrdən belə bir rəvayət nəql etmişdir:
“Məmun mənə göstəriş verdi ki, öz dırnaqlarımı uzadım. Sonra mənə hind xurmasına oxşayan bir şey verib mənə dedi: “Bunları hər iki əllərinə sürt…” Daha sonra imam Rzanın (ə) yanına getdi və göstəriş verdi ki, bizim üçün nar gətir.. Mən bir neçə nar gətirdim və Məmun dedi: “Öz əllərinlə onları sıx!” Mən narı sıxdıqdan sonra,onun suyunu Məmun öz əlləri ilə imama içirtdi və həmin məsələ o həzrətin ölümünə səbəb oldu və nar suyunu içdikdən sonra, o həzrət iki gündən artıq yaşamadı.” (44)
Digər bir rəvayəti Şeyx Müfid Məhəmməd ibn Cəhmdən nəql edir: ” İmam Rza (ə) üzümü sevirdi. O həzrətə bir qədər üçüm gətirdilər. Onun dənlərinə bir neçə gün müddətində zəhərli iynə batırdılar. Daha sonra zəhərli iynələri çəkdilərvə o həzrətin yanına apardılar…. O həzrət həmin zəhərli üzümlərdən yedi və bu, onun şəhadətinə səbəb oldu.” (45)
Əba Səlt Hərvi deyir: “Mən imam Rzanın (ə) xidmətində idim. Mənə belə buyurdu: “Ey Əba Səlt! Mən sabah bu günahkar şəxsin yanına gedəcəm. Onun yanından xaric olduğum zaman, əgər başımı əba ilə örtmüş olsam, onda mənimlə danışma və bil ki, məni zəhərləmişdir.”
Sabah sübh imam öz mehrabında oturub gözləməkdə idi. Bir müddət sonra Məmun öz qulamını göndərdi ki, gəlib imamı Məmunun yanına aparsın. İmam Məmunun məclisinə getdi və mən də o həzrətin ardınca yollandım. Onun qarşısında xurmaya oxşar meyvələr və digər meyvə növləri vardı.  Məmunun özü əlində bir dənə üzüm salxımı saxlamışdı və onlardan bir qədərini yemiş və bir qədəri qalmışdı.
İmamı görən kimi, yerindən qalxdı və o həzrəti qucaqladı, həzrətin alnından öpdü və öz yanında oturtdu. Sonra əlindəki üzümdən imama da təklif edərək dedi: “Mən bu üzümdən daha yaxşısını görməmişəm.” İmam buyurdu:
“Cənnət üzümləri nə qədər də gözəldir!” Məmun dedi: “Bu üzümlərdən yeyin.” İmam buyurdu: “Məni üzürlü say!” Məmun dedi: “Heç bir çarəsi yoxdur, yoxsa, bizi ittiham etmək istəyirsiniz?, Xeyr, hökmən yeyin!”
Sonra özü üzüm gilələrindən götürüb yedi və onu imama verdi. İmam üç üzüm dənə si yedi və yerdə qalanlarını yerə tullayıb dərhal ayağa qalxdı. Məmun soruşdu: “Hara gedirsiniz?” İmam buyurdu: ” Məni göndərdiyin yerə gedirəm.” Daha sonra əbasını başına atdı və evə getdi və mənə buyurdu: “Qapını bağla!”
Sonra yatağa düşdü. Mən evin ortasında kədərli halda ayaq üstə dayanmışdım ki, birdən həddən artıq gözəl bir cavanın mənim qarşımda dayandığını gördüm. O, imam Rzaya (ə) ən çox oxşayan kəs idi. Qabaga gedib dedim: “Qapılar bağlı olduğu halda, siz içəri haradan daxil oldunuz?”
Buyurdu: “Məni Mədinədən buraya gətirən kəs məni qapısı bağlı evə daxil elədi.” Soruşdum: “Siz kimsiniz?” Buyrdu: “Mən sənə Allahın höccətiyəm, ey Əba Səlt! Mən Məhəmməd ibn Əliyul-Cavadam.”
Sonra atasınıa tərəf getdi və mənə buyurdu ki, sən də içəri daxil ol! İmam Rzanın (ə) mübarək gözləri oğluna sataşdıqda, onu qucağına tərəf çəkdi və alnından öpdü.
İmam Cavad (ə) özünü imam Rzanın (ə) üstünə atdı və onu öpdü. Sonra yavaşca danışmağa başladılar ki, mən heç bir şey eşitmədim. O həzrətlə oğlu arasında həzrətin ruhu mələkut aləminə pərvaz edənə qədər sirli bir danışıq oldu.

İmam Rzanın (ə) cənazəsinə imam Cavadın (ə) qüsl verməsi

İmam Cavad (ə) buyurdu: “Ey Əba Səlt, içəri gedib oradakı taxtın içindən su və qüsl üçün lazım olan əşyaları gətir.”
Mən dedim: “Orada belə bir əşya yoxdur.”
Buyurdu: “Nə deyirəmsə, onu elə!”
Mən xəzanənin (anbarın) içinə daxil oldum və gördüm ki, bəli, hərşey var. Mən onların hamısını gətirdim və imamın qüslündə kömək etmək üçün qollarımı çırmaladım.
İmam Cavad (ə) buyurdu: “Ey Əba Səlt! Kənara çəkil! Mənə kömək edənlər səndən başqalarıdır!”
Sonra sevimli atasına qüsl verdi və buyurdu: “Xəzanənin içində bir zənbil və onun da içində kəfən və hənut var. Onları gətir.” Mən getdim və indiyə qədər görmədiyim zənbilin içindən kəfən, kafur və hənutu gətirdim.İmam Cavad (ə) atasını kəfənlədi və ona namaz qıldıqdan sonra yenə də buyurdu: “Tabutu gətir.”
Mən soruşdum: “Dülgərdən gedim alım?”
Buyurdu: “Xəzanədə tabut var.” Daxil olduqda, gördüm orada tabut var. Onu gətirdim.
İmam Cavad (ə) atasını tabuta qoydu və daha sonra namaza dayandı. Məmun qulamları ilə birlikdə ağlar və yaxasını cırdığı halda imamın hücrəsinə daxil oldu. Əlini başına vurduğu halda, imam rzanın (ə) mübarək başı tərəfində oturdu və imam Rzanın (ə) dəfn edilməsinə göstəriş verdi. İmam Rzanın (ə) mənə söylədiyi şeylərin hamısı həyata geçdi. (46)
İmam Rzanın (ə) şəhadətindən sonra şiələr o həzrətin mübarək bədənini torpağa tapşırdılar və onun dəfnində camaatın izdihamı o qədər çox idi ki, həmin zamanda onun tayı-bərabəri görünməmişdi. Camaatın bütün təbəqələri imamın dəfnində iştirak edirdi. (47) İmam rza (ə) hicri-qəməri 203-cü ildə tus şəhərində dəfn edilmişdir.

İstifadə edilən mənbələr
1. Yaqut Həmuvi, “Mucəmul-buldan”, Mərsi sözünün altındakı izahlar.
2. Cavad Fazil, Doqquzuncu məsum, səh. 62.
3. “Həsəni” kimi məşhur olan Hişam, “Əl-Əimmətu isna əşərə”, c.2, səh. 359.
4. Əli ibn İsa İrbili, “Kəşful-ğummə fi mərifətil-əimmə”, Fəxrəddin Əi ibn Həsən Zəvvarinin “Əl-Mənaqib” adı ilə tərcüməsi, c.3, səh. 131.
5. “Uyuni-əxbarir-Rza”, c.1, səh. 14, “Məxəze qəbl”, səh. 459.
6. “Məryəm” surəsi, ayə 30.
7. “Üsuli-kafi”, c.6, səh. 238.
8. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 360.
9. “Üsuli-kafi”, c.5, səh. 288.
10. “Üsuli-kafi”, c.1, səh. 316; “Elamul-vəra”, səh. 305.
11. İbn xəraz Qumi, “Kifayətul-əsər”, səh. 306; Əllamə Müqərrim, “Əl-İmamur-Rza”, səh. 26.
12. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 366.
13. Əllamə Məclisi, “Cəlalul-uyun”, səh. 542.
14. “Məfatihul-cinan”, “Camiə” ziyarəti.
15. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 100; İrbili, “Kəşful-ğummə”, “Məktəbətu Bəni-Haşim” nəşriyyatı, c.3, səh. 107.
16. (Əhli-sünnə alimi) İbn Həcər Əsqəlani, “”Təhzibut-təhzib, Darul-kutubil-elmiyyə nəşriyyatı, c.7, səh. 328; (Əhli-sünnə alimi) Səmani, “Əl-İnsab”, c.3, səh. 74.
17. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 90.
18. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 89-90.
19. Şeyx Səduq, “Uyuni-əxbarir-Rza”, c.2, səh. 183-184; Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 91.
20. Əs-Səfdiyy, “Əl-Vafi bil-vəfiyyat”, c.22, səh. 251.
21. İbn Şəhr Aşub, “Mənaqibu Ali-ƏbiTalib”, c.3, səh. 470.
22. İbn Şəhr Aşub, “Mənaqibu Ali-ƏbiTalib”, c.3, səh. 470.
23. Kuleyni, “Əl-Usulu minəl-kafi”, səh. 486; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 304.
24. Əllamə Məclisi, “Biharul-ənvar”, Tehran, “Əl-Məktəbətul-islamiyyə” nəşriyyatı, qəməri 1385, c.48, səh. 227; Səduq, “Uyuni-əxbarir-Rza”, Tehran, “Darul-kutubil-islamiyyə”, nəşriyyatı, c.1, səh. 100.
25. Səduq, “Uyuni-əxbarir-Rza”, Tehran, “Darul-kutubil-islamiyyə”, nəşriyyatı, c.2, səh. 226, Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 105.
26. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan nəşriyyatı”, səh. 60.
27. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 65; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 309; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 247.
28. Əllamə Məclisi, “Biharul-ənvar”, Tehran, “Əl-Məktəbətul-islamiyyə” nəşriyyatı, qəməri 1385, c.49, səh. 117; Həmçinin, müraciət edin: Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 95;
29. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 117.
30. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan” nəşriyyatı, səh. 70-74.
31. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 66; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 248.
32. Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310; Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 65; Təbərsi, “Əlamul-vəra bi əlamul-huda”, 3-cü çap, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, səh. 333; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 248.
33. Şeyx Səduq, İləluş-şəraye, Qum, təbatəbai nəşriyyatı, c.1, səh. 266; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 247.
34. Təbərsi, “Əlamul-vəra bi əlamul-huda”, 3-cü çap, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, səh. 334; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310
35. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan” nəşriyyatı, səh. 82-87.
36. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 67; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 312; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 249.
37. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 371.
38. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 371.
39. Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri, “Dəlailul-əimmə”, Qum, “Rza” nəşriyyatı, 1363-cü il, səh. 178.
40. Mürtəza Mütəhhəri, “Seyri dər sireye əimmeye əthar”, Tehran, “Sədra” nəşriyyatı, 27-ci çap, 1384-cü il, səh. 210.
41. Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri, “Təbəri tarixi”, Əbülqasim Payandenin tərcüməsi, Tehran, 1364-cü il, c.13, səh. 5676.
42. Fəzl ibn Həsən Təbərsi, “Elamul-vəra”, Qum, “Alul-Beyt müəssissi” nəşriyyatı, 1417-ci il, c.2, səh. 80; Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 260.
43. Mürtəza Mütəhhəri, “Seyri dər sireye əimmeye əthar”, Tehran, “Sədra” nəşriyyatı, 27-ci çap, 1384-cü il, səh. 211.
44. Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 261-262.
45. Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 262.
46. Biharul-ənvar, c.49, səh. 300; 10-cu hədis; Uyuni-əxbarir-Rza, c.2, səh. 242; Fəzl ibn Həsən Təbərsi, “Elamul-vəra”, Qum, “Alul-Beyt müəssissi” nəşriyyatı, 1417-ci il, c.2, səh. 82-83.
47. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 375.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir