14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Təqi (ə)

Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?

Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir:
«Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm.» Soruşdum:«Nəolub?»Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu görməliyəm.»O dişi (və yaerkək)bir qatırın üstündə göründü. Öz-özümə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki,Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.»
O mənə tərəf dönüb dedi:«EyQasim ibn Əbdürrəhman:
«Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən öz-özümə dedim:«Vallah o cadugərdir.»Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?!Xeyr,o,yalançının,lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir:
«Mən qayıtdım vəimamətə etiqad bəslədim və şəhadət verdim ki,o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim.»

( Kəşful-Ğummə, c.3, səh.153(

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir