Bir nəfər Əmirül-möminin İmam Əlidən (ə) soruşur:
– Allahını görmüsənmi?
– Görmədiyim Allaha əsla, ibadət etmərəm!
– Onu necə görmüsən? Bizim üçün təsvir et!
– Vay olsun sənə! Onu heç kəs gözləri ilə görməyib, ancaq qəlblər imanın həqiqəti ilə onu görüb[1].
Hisslərin yanılmalarını əqli mühakimə qoruyur. Əqli mühakimə özü isə hisslərin fövqündə olan bir qüvvədən qaynaqlanır. Buna gör də də hisslər həqiqətləri görə biləcək dəyərə malik deyil (onların təkcə elmi dəyəri var). Araşdırmalarında təkcə hisslərə əsaslanan insanlar varlıq poroblemlərini həll edə və yaradılış müəmmasını aşkara çıxara bilməzlər.
Hisslərin həqiqəti göstərən imkanları ilə bağlı araşdırmalardan belə nəticəyə gəldik ki, hətta hiss və təcrübə çərçivəsində də hisslər təklikdə insanı əmin ola biləcəyi bilgiyə nail edə, həqiqətə doğru yöləndirə bilmədiyi halda, onlar dərk çərçivəsindən kənar məsələlərdə ümumiyyətlə, acizdirlər.
Metafizik məktəbin davamçıları hesab edirlər ki, emprik elmlərdə tədqiqat və bilik əldə etmə metodu təcrübə və sınaq olduğu halda, metafizik məsələlərin tədqiqində həqiqətlərin kəşf vasitəsi rasional metoddur.
[1] Mizanul-hikmə.