Bu ay tövbə üçün ən gözəl fürsətdir
Bu ay tövbə üçün ən gözəl fürsətdir
عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ، فَلْيَتُبْ إِلَى اللَّهِ تَبَارَكَ وَ تَعَالَى مِنْهُ فِي شَهْرِ رَمَضَانَ، فَإِنَّهُ شَهْرُ التَّوْبَةِ وَ الْإِنَابَةِ وَ شَهْرُ الْمَغْفِرَةِ وَ الرَّحْمَةِ. وَ مَا مِنْ لَيْلَةٍ مِنْ لَيَالِيهِ وَ لِلَّهِ تَبَارَكَ وَ تَعَالَى فِيهَا عُتَقَاءُ مِنَ النَّارِ، كُلُّهُمْ قَدِ اسْتَوْجَبُوا بِذُنُوبِهِمُ النَّارَ.
İmam Rza (ə) buyurdu: Hər kəs hər hansı bir günahdan tövbə etmək istəyirsə, həmin günahdan Ramazan ayında Allah qarşısında tövbə etsin. Çünki həqiqətən bu ay tövbə,* inabə, məğfirət və rəhmət ayıdır.
Bu ayın elə bir gecəsi yoxdur ki, o gecədə Allah-Taala Cəhənnəm odundan kimlərisə azad etməsin, hansılar ki, onlar öz günahları ilə Cəhənnəmdə yanmağı qazanmışdılar.
Şeyx Səduq, Üç ayın fəziləti, hədis:96.
*Töbvə, yəni: *Pis işlərdən peşiman olmaq, onları tərk etmək və Allahdan bağışlanmaq diləmək və sirati-müstəqimə qayıdış icazəsi almaq. Yaxşı əməllər və gözəl xüsusiyyətlər qazanmaqla Allaha qayıdış yolunda hərəkət etmək.
@mirmehemmed_beshir