Belə nəql olunubdur ki, “Merac” gecəsi Allah təala Öz əziz Peyğəmbərinə (s) iyi və rəngi mələkləri təəccübləndirən bir alma hədiyyə verdi. Allah Peyğəmbərə (s) almanı yeməsini əmr etdi. Həzrət (s) almanı böləndə ondan bir nur parıldadı. Cəbrail (ə) dedi: “Ya Rəsuləllah, bu Fatimənin (s.ə) nurudur. O sənin sülbündən gələn bir qızdır”. (Məaniul-Əxbar; səh-376. Biharul-Ənvar; c. 42, s.18).
Besətin 4-cü ili şaban ayının 10-u, Cəbrail (ə) Peyğəmbərə (s) Fatimənin (s.ə) dünyaya gəlməsinə zəmin yaratmaq üçün müqadimə olaraq həzrət Xədicədən (s) qırx gün uzaq qalmasını dedi. Bundan sonra Həzrət (s), qırx gün gündüzlər oruc tutur, hər axşam iftar vaxtı Fatimə binti Əsədin evinə gedir və cənnət yeməkləri ilə iftar edirdi. Beləliklə qırxıncı axşam əmr gəldi ki, Xədicənin (s) evinə get. Allah, bu gecə sənin sülbündən pak bir zürriyyə yaradacağına görə Öz zatına and içib. Həzrət yerindən qalxıb Xədicənin (s) evinə getdi. (Əl-ədədul-qəviyyə; səh-220. Biharul-ənvar; c-16, səh-78).
Ana bətnində
Hamiləlik dövründə, həzrət Zəhra (s.ə) anasının bətndə onunla söhbət edirdi. Anasına təsəlli verir, onu səbirli və dözümü olmağa dəvət edirdi. Peyğəmbər (s) Xədicəyə (s) buyurdu: “Cəbrail (ə) mənə müjdə verdi ki, dünyaya gələcək körpə, qızdır, vücudu pak və bərəkətlidir. Mütəal Allah mənim nəslimi ondan (Fatimədən (s.ə) tər.) və vəhy sona çatandan sonra yer üzündə Öz canişini etsin deyə ümmətin imamlarını (ə) onun nəslindən qərar verəcək”. (Biharul-Ənvar; cild-16, səh-78).
Tarixdə yazlıb: Həzrət Xədicədə (s) doğuş ağrılarının təsirləri özünü göstərəndə, Qureyş qadınlarının çağırmaq üçün xəbər göndərdi. Amma kimsə onun köməyinə gəlmədi. Çünki onlar Xədicənin (s) Peyğəmbərlə (s) evlənməsinə razı deyildi. Həzrət Xədicə (s) bu hərəkətdən qəmgin oldu. Elə bu vaxt dörd qadın onun başı üzrində zahir olub dedilər: “Ey Xədicə (s)! Kədərlənmə! Biz Allahın elçiləriyik! Biz sənin bacılarınıq. Mən Sara və səninlə cənnətdə bir olan bu xanım Məzahimin qızı Asiya (Fironun həyat yoldaşı tər.), bu İmranın qızı Məryəm və bu da, Şüeybin qızı Səfuradır. Allah bizi sənə kömək etmək üçün yanına göndərdi”.
Fatimə (ə.s) dünyaya gəldi!
Həzrət Xədicə (s) Fatimeyi-Zəhranı (s.ə) pak və pakizə dünyaya gətirdi. Bu vaxt onun vücudunun parlaq nuru parıldayaraq Məkkənin bütün evlərini işıqlandırdı. O nur bütün aləmə yayıldı. Xədicəyə (s) köməyə gələn qadınlar, yeni doğulmuş körpəni Kövsər suyu ilə yuyub müşk və ənbər iyli ağ parçaya bükdülər. Fatimənin (s.ə) ilk kəlamı bu oldu: “Əşhədu ən la ilahə illəllah. Və ənnə əbi rəsulullah. Seyyidul-ənbiya və ənnə bə`li seyyidul-əvsiya. Və ənnə vələdi, seyidul-əsbat”. Sonra o cənnət xanımlarına adları salamladı. Onlar təbəssüm etdilər. Bu vaxt, asimanda indiyə kimi misli görünməmiş bir nur parladı. Ona görə də, onun adını Zəhra (s.ə) qoydular. (Biharul-ənvar; c-16, səh-80. Əl-ədədul qəviyyə; səh-222).
Veb-saytın materiallarından istifadə zamanı istinad (www.Ehlibeyt-AkA.com) edilməlidir!!!