Sualımı İzlə & Redaktə Et
Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.
Status & Məlumat
Sualınızı və Adınızı Redaktə Edin
Əməllər və davranışlar
Ziyarətlərə gedib gəlmiş birinin gəldikdən sonra daimi olaraq hansı əməllərə riayət etməlidir?
Şəri Cavab
Ziyarətdən qayıdan insan çalışmalıdır ki, Kərbəla və digər müqəddəs məkanlarda qazandığı mənəvi nuru həyatında qorusun.
Ziyarətin hörməti insanın davranışında görünməlidir. Elə yaşamalıdır ki, insanlar onun əxlaqına, dürüstlüyünə, mərhəmətinə və gözəl rəftarına baxıb desinlər: Maşallah, bu insan Kərbəla ziyarətində olub, həqiqətən Hüseynin (ə) yolunu tanıyıb.
Ziyarətdən sonra:
Namazlarını vaxtında qılsın.
Günahlardan uzaq durmağa çalışsın.
Heç kimin haqqına girməsin.
Dilini qeybətdən, yalandan və böhtandan qorusun.
Ailəsinə, valideynlərinə və insanlara qarşı mehriban olsun.
Təvazökar olsun, özünü başqalarından üstün görməsin.
İmam Hüseynin (ə) əxlaqını və ədalət yolunu yaşatsın.
Etdiyi yaxşılıqları nümayiş etdirməkdən çəkinsin.
Unutmayaq: Ziyarətə getmək böyük səadətdir, amma ziyarətin həqiqi bəhrəsi insanın ziyarətdən sonra dəyişməsindədir. İnsan elə yaşamalıdır ki, onun əməlləri Kərbəlanın hörmətini ucaltsın, öz davranışları ilə ziyarətin hörmətini aradan aparmasın.
Həqiqi Hüseyni olmaq dildə deyil, əməldə bəlli olar.
SonÜmid TV Şəriət Heyəti
Mütəxəssis / Cavabdeh
- Təhsil BİU
- İxtisas İslam Fiqhi Və Əxlaqı