Sualımı İzlə & Redaktə Et
Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.
Status & Məlumat
Sualınızı və Adınızı Redaktə Edin
Xüms nədir, zəkat nədir
Salam, zəhmət olmasa xüms və zəkat verilmə qaydası, kimlərə düşü, necə hesablanır izzah edəsiniz. Amma mümkünsə qısa dolğun cavab olsun. ALLAH İBADƏTLƏRİNİZİ QƏBUL ETSIN
Şəri Cavab
Salam. Allah sizdən də qəbul etsin. 🤲
Xüms
Xüms beşdə bir (20%) deməkdir. Əsasən insanın il ərzində qazandığı gəlirdən, illik adi yaşayış xərcləri çıxıldıqdan sonra artıq qalan məbləğə düşür. Məsələn, il ərzində 20.000 manat qazanc olub, 15.000 manat halal və normal yaşayış xərclərinə sərf edilibsə, qalan 5.000 manatın 20%-i = 1.000 manat xüms olur.
Xümsün başqa halları da var: mədən, xəzinə, haramla qarışmış halal malın bəzi halları, dənizdən dalğıclıqla əldə edilən qiymətli daşlar və s.
Xümsün sərf olunması isə xüsusi qaydalara tabedir; xüsusilə səhm-i İmam (ə) və səhm-i sadat məsələsində insan öz təqlid etdiyi müctəhidin hökmünə əməl etməlidir.
Zəkat
Cəfəri fiqhində zəkat hər mala aid deyil. Əsasən buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, qoyun, inək, dəvə və bəzi hallarda ticarət malına aid edilir.
Məsələn:
40 qoyun → 1 qoyun zəkat
121 qoyun → 2 qoyun
201 qoyun → 3 qoyun
301 qoyun → 4 qoyun.
Müasir dövrdə istifadə olunan adi kağız pul və bankdakı pulun özünə qızıl-gümüş zəkatı vacib deyil.
Kimlərə verilir?
Zəkat əsasən fəqir və miskinlərə, həmçinin şəriətdə müəyyən edilmiş digər səkkiz istiqamətə verilə bilər.
Sualınız hazırda cavablanma mərhələsindədir. Mütəxəssis məlumatları cavabla birlikdə burada görünəcəkdir.