Sualımı İzlə & Redaktə Et
Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.
Status & Məlumat
Sualınızı və Adınızı Redaktə Edin
Kolbasa barəsində
Assalamu aleykum va rəhmətullah və Barakatuh. Ustad bilmək istərəm Hacı Turqaydan başqa hansı ət məhsulları halaldır? Toyuq həmcinin Mərcan məhsulundan başqa hansılar halaldır. Ola bilsin Mırcan olmasın evin yaninda və başqa məhsul hansına baxa bilərəm? Birdə nənə dən adət qalıb hər cumə axşamı Peygəmbırlırin İmamların adını sadalayaraq həmdsurə oxunur sonda ritual və xorıyı adna axşamı deyilir loru dildedir ya yox bilmirəm uzur istəyirəm səhv etsım. İzahat istıyirəm vı bu rotual duzgundursə dogru halda istərəm yazili şəkildə əldı edim
Şəri Cavab
Ətin halal olması üçün əsas şərt onun şəri qaydada kəsilmiş olmasıdır. Toyuq, mal, qoyun və digər halal heyvanların əti də bu qayda ilə halal sayılır. Əgər ətin haram qaydada kəsildiyinə dair məlumat yoxdursa və halal olmasına əsaslı etimad varsa, istifadə etmək olar.
2. Cümə axşamı Həmd oxumaq
Hər cümə axşamı Peyğəmbər (s) və İmamların (ə) adını çəkib Həmd surəsi oxumaq və savabını onlara, eləcə də dünyasını dəyişmiş möminlərə hədiyyə etmək caizdir və savab işdir. Bunu vacib dini ritual kimi deyil, Allah rizası və savab hədiyyə etmək niyyəti ilə etmək düzgündür.
SonÜmid TV Şəriət Heyəti
Mütəxəssis / Cavabdeh
- Təhsil BİU
- İxtisas İslam Fiqhi Və Əxlaqı