Sualımı İzlə & Redaktə Et

Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.

Status & Məlumat

Qəbul edildi
Baxılır
Cavab hazırlanır
Cavablandırıldı
Bölmə: Namaz

Qəza

Göndərilib 03.09.2026 05:08

Salam şam xiftən namazı vaxtı gecə yarısından keçibsə namazdar hansı niyyətlə qılınmalıdır?

Şəri Cavab

Cavablandırılıb 03.09.2026 10:09

Əgər gecə yarısına qalan vaxt ancaq işa namazını qılmağa kifayət edirsə, mükəlləfin vəzifəsi nədir?

Cavab 1: Əvvəlişa namazını qılmalı, məğribi qılmalıdır. Vacib ehtiyata əsasən, (məğribi) «ma fiz-zimmə» qəsdi ilə, əda və qəza niyyəti etmədən qılsın. Əgər işa namazını qılandan sonra hələ gecə yarısına bir rükət, ya ondan artıq namaz qılmaq qədərində vaxt qaldığı məlum olsa, məğrib namazı ədadır və dərhal yerinə yetirilməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.756

Cavab 2: Gecə yarısına ancaq işa namazını qılmaq miqdarında vaxt qalıbsa, işa namazını qılmalı və sonra məğrib namazını qəza etməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.676

Cavab 3: Dörd rükətə yetəcək qədər, yaxud daha az vaxtı qaldığı təqdirdə öncə işa namazını qılmalı, sonra məğrib namazını (mafiz-zimmə niyyətilə) qılmalıdır. Daha sonra tərtibə riayət etmək üçün ehtiyata vacibə əsasən, işa namazını mafiz-zimmə niyyətilə təzədən qılmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.900/istiftaat

Cavabı Paylaş:
WhatsApp Telegram

SonÜmid TV Şəriət Heyəti

Mütəxəssis / Cavabdeh

  • Təhsil BİU
  • İxtisas İslam Fiqhi Və Əxlaqı

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...