Sualımı İzlə & Redaktə Et

Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.

Status & Məlumat

Qəbul edildi
Baxılır
Cavab hazırlanır
Cavablandırıldı
Bölmə: Digər Samira

Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalını bağlatdırmaq olarmı?

Göndərilib 17.09.2026 19:49

Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalını bağlatdırmaq olarmı?

Şəri Cavab

Cavablandırılıb 17.09.2026 15:51

Qadın cərrahiyyə əməliyyatı ilə uşaqlıq borusunu - hərçənd bu iş onun sonradan bir daha hamilə qalmayacağına gətirib çıxarsa belə - bağlatdıra bilər. Lakin bu iş üçün bədənin örtülməsi vacib olan bir hissəsinin açılmasından başqa yol olmasa və yaxud bədənin əlcəksiz əl vurulması haram olan bir yerinə əl vurmaq lazım gəlsə, bu əməliyyat icazəli deyil. Yalnız zərurət halında, məsələn, əgər uşağa qalmağın qadına ziyanı olsa, buna icazə verilir. Amma uşaqlığı və yaxud yumurtalığı götürmək və buna bənzər (üzvün kəsilməsi kimi) mühüm zərəri olan cərrahiyyə əməliyyatı etmək icazəli deyil. Əlbəttə xəstəlik bu zərurəti tələb edərsə, icazəlidir. Bu hökm tam şəkildə kişilərə də aiddir.  https://www.sistani.org/azari/qa/02727/#25969

Cavabı Paylaş:
WhatsApp Telegram

SonÜmid TV Şəriət Heyəti

Mütəxəssis / Cavabdeh

  • Təhsil BİU
  • İxtisas İslam Fiqhi Və Əxlaqı

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...