Qurani-Kərimin nurani ayələri, Rəsulullah (s) və Əhli-Beyt (ə) məsumlarının hikmətli hədislərinin, ərəbcə mətn və Azərbaycan dilində tərcümələri toplusu.
أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ(صلى الله عليه وآله وسلم)فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.
"İmam Həsən Əskəri (ə) öz şiələrinə xitabən belə buyurur:
“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!”"
مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ
"İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə belə buyurur:
“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.”"

قُولُوا لِلنّاسِ حُسْناً، مُؤْمِنُهُمْ وَ مُخالِفُهُمْ، مَّا الْمُؤْمِنُونَ فَيَبْسِطُ لَهُمْ وَجْهَهُ، وَ مَّا الْمُخالِفُونَ فَيُكَلِّمُهُمْ بِالْمُداراةِ لاِجْتِذابِهِمْ إلَى الاْ يِمانِ
"İmam Həsən Əskəri (ə) daim şiələri və tərəfdarlarına bu əxlaqi fəzilətə sahib olmağı tövsiyə edər və buyurardı:
“İnsanlarla – istər dost olsun, istər müxalif – gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.”"
قَالَ الإِمَامُ عَلِيٌّ (ع): الِفُرَصُ تَمُرُّ مَرَّ السَّحَابِ
Oxunuşu: Al-furasu tamurru marras-sahab
"İmam Əli (ə) buyurur: Fürsətlər buludlar kimi ötüb keçir. Odur ki, yaxşı işlər görmək üçün fürsətləri qənimət bilin."