İmam Əli (ə) – Həzrət Peyğəmbərin (s) həm canişini, həm qardaşı və həm də İmamların (ə) atası idi.
Onun Quranda zikr olunanməqamları barəsində az-çox xəbərimiz vardır. Bu ayələrdə birbişa Həzrətin (ə) adı çəkilməsə də, ancaq ondan bəhs olunduğunu hamımızyaxşı bilirik.
İmam Əli (ə) Quranın nəzərində:
1. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”. (“Maidə” 55).
2. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207).
3. “Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir”. (“Rəd” 43).
Bu cür Quran ayələri çoxdur. Ancaq onu da qeyd etmək istəyirik ki, İmam Əli (ə) haqqında ancaq Quran deyil, İncil və Tövrat da məlumatlar vermişdir.
Təbərsi nəql edir: “Birinci xəlifənin dövründə bir xristian Mədinəyə gəlir. Suallar verir ki, ona cavab verə bilmirlər. Bu zaman İmam Əli (ə) gəlir və onun verdiyi bütün sualları cavablandırır. Rahib soruşur: “Ey cavan! Adın nədir?”.
Həzrət (ə) buyurur: “Mənim yəhudilər yanındakı adım İlya, xristianlar yanındakı adım İliya, atamın yanındakı adım Əli, anamın yanındakı adım Heydərdir”.
Rahib deyir: “Həqiqətən də Tövrat və İncildə o dediyin adları tapmışıq””.
İncil Yəsunun adı ilə İmam Əli (ə) haqqında deyir: “O kəs ki, (sonuncu peyğəmbərə) iman gətirdi, mübarək olacaqdır. Mən layiq deyiləm ki, onun ayaqqabısının bağını belə açam. Əgər onu görsəm – Allahın rəhmət və nemətinə çataram”.
Bir çoxları ehtimal verir ki, bu sözlər İmam Əliyə (ə) işarə edir”.
Başqa yerdə deyir: ““Ey İbrahim! Sənin İsmayil (ə) barəsində etdiyin duanı eşitdim. İndi ona bərəkət verib, ali məqama çatdıracağıq. Onun nəslindən olacaq Muhəmmədi (s) və on iki İmamı (ə) böyük ümmət edəcəyik”.
Bundan sonra Peyğəmbərin (s) canişini olan İmam Əliyə (ə) işarə edilmişdir”.
Həzrət İdris (ə) nəql edir: “Adəm övladları hansılarının daha üstün olması barəsində fikir ayrılığına düşmüşdülər. Nəhayət bu fikirləriniataları ilə bölüşdülər. Adəm (ə) buyurdu: “O zaman ki, Allah məni xəlq etdi və Öz ruhundan mənə üfürdü və əyləşdiyim yerdən İlahi ərşi gördüm.
Ərşdə görünən beş nur var idi. Allaha dedim: “Pərvərdiagara! Bu əzəmətli nurlar kimlərdir?”.
Xitab gəldi: “Onlar – Mənim ən üstün məxluqlarım, Mənimlə xəlq arasında olan vasitələrimdir. Əgər onlar olmasaydı, Mən səni xəlq etməzdim. Nə behişti, nə cəhənnəmi, nə səmanı və nə də göyü xəlq edərdim”.
Soruşdum ki, onların adı nədir? Allah buyurdu: “Ərşin gövdəsinə nəzər sal!”.
Baxanda orada beş mübarək adın yazıldığını gördüm: “Parğəlit (Muhəmməd (s)), İliya (Əli (ə)), Təytəhə (Fatimə (s.ə)), Bəşər (Həsən(ə)), Bəşşir (Hüseyn (ə))”.
Nəql olunur ki, bir gün Həzrət İsa (ə) yüksək səslə fəryad çəkir: “İliya, İliya, fəryadıma çat və mənə yardım et!”.
Orada olanların bəzisi dedi ki, Allahı çağırır, bəzisi dedi ki, İlyası çağırır. Ancaq təfsirçilər İliya adlı peyğəmbər adına rast gəlmədilər.
Məgər Tövrat və İncildəİmam Əliyə (ə) işarə edən İliya adından başqa.