Həsəd və paxıllıq

İmam Sadiq (ə) buyurmuşdur:

الْحَاسِدُ‍ مُضِرٌّ بِنَفْسِهِ قَبْلَ أَنْ يُضِرَّ بِالْمَحْسُودِ

“Həsəd edən paxıllıq etdiyi şəxsə zərər yetirməzdən qabaq özünə zərər vurar.”[1]

Qısa izah

Həsəd amilinin həqiqəti insanın digərlərinin nemət içərisində olduğunu görmək istəməməsi, həmin nemətlərin onların əlindən çıxması uğrunda səy və təlaş etməsi və yaxud onlara ziyan dəyməsini arzulamaqdan ibarətdir.

Həqiqətdə, həsəd aparan şəxs həmişə bir növ lider və öndərlik amilinin deyil, əksinə geriqalma amili uğrunda fəaliyyət göstərir. Digər tərəfdən, həsəd əxlaqi xəstəlik və rəzilə sifətlərdən sayılır.

Həsəd edən şəxs psixoloji cəhətdən digərlərindən öncə, özünü oda ataraq yandırır və başqa bir ifadə ilə desək, hamıdan geriyə qalaraq təhqir edilir. Belə olduğu halda, həsəd aparan şəxs digər insanların inkişafına mane olmaq üçün deyil, əksinə onlardan önə keçmək uğrunda çalışmalıdır.

Bəli! Həsəd aparan kəs, başqalarına zərər yetirməzdən qabaq, ilk öncə özünü həsəd atəşində yandırır.

[1] “Biharul-ənvar”, c. 70, səh. 255.