İmam Əli (ə): “Nemətlərin nümunələri sizə gəlib çatdıqda, şükrün azlığı ilə onun qalan hissəsini özünüzdən uzaqlaşdırmayın”.
Qısa şərh:
1. Nemətlər insana tədrici sürətdə nazil olur, insanın da onları qoruyub saxlamaq üçün şükr etməsi labüddür. Şükrün isə mərhələləri vardır: qəlbən edilən şükür, dil ilə olan şükür və əsası da əməldə göstərilən şükür. Yəni hər bir neməti öz lazımi yerində sərf etmək. Həmçinin bir çox nemətlər tədricən aradan gedir, əgər insan vaxtinda maneələri aradan qaldırarsa, nemət yenidən öz yerinə qayıdar.
2. Necə ki, Allah Quranda buyurur: “Əgər şükür etsəniz, (sizə olan nemətlərimi) artıraram”. (“İbrahim” ,7)
Başqa ayədə buyurur: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin”. (“Səbə”, 15)
3. Allahın isə Öz bəndələrinin şükrünə ehtiyacı yoxdur, insanın o nemətlərə ehtiyacı var və əgər insan Allahın bəxş etdiyi nemətləri yerindəcə sərf etməsə, həqiqətdə Allahın verdiyi nemətə şükür etməmiş olur və İlahi xeyirdən məhrum qalır.
4. Deməli İlahi nemətlərin nazil olmasının qarşısını alan amillərdən biri şükür etməməkdir. Şükür etmək vasitəsi ilə insan Allahın gələcəkdə ona bəxş edəcəyi nemətlərin nazil olması üçün də zəmin yaratmış olur.
Ayətullah Məkarim Şirazi
“Pəyame-İmam”, cild: 12, səh: 100-104