Xanım #Məsumənin (ə) atası yeddinci imam həzrət #Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi #Məsumədir. Digər ləqəbləri isə belədir: #Tahirə, Həmidə, #Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, #Mərziyyə, #Səyyidə, #Uxtur-Riza. Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. #Fatimeyi-Kubra; 2.# Fatimeyi-Suğra; 3. #Fatimeyi-Vusta; 4. #Fatimeyi-Uxra. Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. “#Bibi Heybət” adı ilə məşhur olan #Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.
Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış
Oxşar yazılıar
Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış
#Zilqədə ayının 1-i Həzrət #Məsumənin (ə) mübarək viladət günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o Xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Xanım #Məsumənin (ə)…
ƏZIZ PEYĞƏMBƏRIN (S) HƏYAT YOLDAŞI XƏDICEYI-KUBARININ (əs) VƏFATI
ƏZIZ PEYĞƏMBƏRIN (S) HƏYAT YOLDAŞI XƏDICEYI-KUBARININ (əs) VƏFATI Besətin onuncu ili, ramazan ayının 10-cu günü, həzrət Xədicə (əs) 65 yaşında vəfat etdi. (Məsarüş-şiə, s.6- Feyzül-Əllam, Vəqayeül-əyyam, s. 32) Qüreyşin sərvətli…