Əvvəla: nəsəb və soy baxımdan Peyğəmbərdən(s) sonra heç kim Hz Əlinin(ə) şərafətinə yetişə bilməz . İmamın əsil-nəcabətinin təmizliyi bütün ağıl sahibləri, hətta Əlauddin mövla Əli ibn Məhəmməd ibn Quşçi ,Əbu Osaman Əmr ibn Bəhr Cahiz Nasibi və Səduddin Məsud ibn Ömər Təftazani kimi təəssüb əsiri olan alimləriniz tərəfindən belə qəbul olunmuşdur.Sadaladığım alimləriniz bu haqda belə demişlər; «Biz, Hz Əlinin(ə) «Heç kim biz Əhli-beytlə müqayisə edilə bilməz» sözü qarşısında heyran qalmışıq».
Həmçinin ,Hz Əli(ə) zahiri xilafət məqamına yetişdikdən sonra belə buyurur; «Bu ümmətdən heç kim Məhəmmədin Əhli-beyti ilə müqayisə edilə bilməz;
Elmlərindən yararlandıqları kimsələr ,heç şübhəsiz ,onlarla bərabər ola bilməz.
Onlar(Əhli-beyt) dinin əsası ,yəqinin dirəyidirlər.İrəli gedərək haqq yoldan çıxanlar onlara dönər;geri qalanlar isə onlara qatılar. Vilayət məqamının xüsusiyyətləri onlara məxsusdur.Vəsiyyət və vərasət də (Rəsulallahın(s)onların haqqındakı vəsiyyəti və O həzrətdən miras almaları da) onlarda sabitdir.Haqq indi əhlinə döndü və intiqal etməsi lazım olan yerinə intiqal olundu »( «Nəhcul–Bəlağə»,xütbə 2)
Hz Əlinin (ə) bu sözləri özünün və Əhli-beytin(ə) xilafətə daha layiq və qabaqcıl olduğunu göstərir.
Təkcə Hz Əli(ə) deyil,müxalifləri belə bunu təsdiq etmişlər . Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 7-ci məvəddəsində Əbu Validən nəql edərək Abdullah ibn Ömərin belə dediyini rəvayət edir; «Biz Peyğəmbərin(s) əshabını sayarkən Əbu Bəkr,Ömər və Osmanı sadaladıq.Bir nəfər ;«Əlinin adını
heç kim onunla müqayisə edilə bilməz ;O,Rəsulallah(s) ilə birlikdədir və onun dərəcəsindədir».
Həmçinin ,Əhməd ibn Məhəmməd Kərəzi Bağdadi belə rəvayət edir ; «Abdullah ibn Hənbəlinin belə dediyini eşitdim; «Atam ,Əhməd ibn Hənbəldən (hənbəlilərin imamı) əshabın fəzilətlərini soruşdum.O ,Əbu Bəkr,Ömər,və Osmanın adını çəkdi .Mən ,Əli ibn Əbu Talibi soruşduqda belə
dedi; «O,Əhli-beytdəndir;bunlar onunla müqyisə edilə bilməz».
Bundan da maraqlı olanı,Hz Əlinin (ə) nurani və cismani iki xüsusiyyətinin olmasıdır.Hz Əli(ə) bu baxımdan Peyğəmbərdən(s) sonra şəxsiyyətdə
mühhəcirdir.(Yalnız bir adama həsr edilmiş)