İslam Peyğəmbəri (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur? Bəziləri iddia edirlər ki, Peyğəmbər (s) bu dünyadan təbii ölümü ilə getmişdir və heç kəs ona sui-qəsd etməmişdir. Halbuki, əgər tarixə nəzər salsaq, Həzrətin (s) neçə dəfə sui-qəsdə məruz qaldığının şahidi olarıq. Həm Məkkədə və həm də Mədinədə Peyğəmbərə (s) dəfələrlə ziyan vurmaq istəmişdilər. Xüsusilə də Mədinədə hakimiyyət başına keçmək arzusunda olan münafiqlər Həzrətə (s) dəfələrlə sui-qəsd etmişdilər. (Tebyan/Deyerler)
Bizim əqidəmiz belədir ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndiyi üçün şəhid olmuşdur. Bu məlun münafiqlər nəhayət öz hədəflərinə çata bilmişdilər.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Heç bir peyğəmbər və onun vəsisi yoxdur, məgər o halda ki, şəhid olmasın”.
İmam Rzanın (ə) buyurduğu hədisdə də bu mövzuya toxunulmuşdur və Həzrət (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Ona görə də deyə bilərik ki, Peyğəmbərin (s) şəhadətlə dünyasını dəyişmək xəbəri daha səhih xəbərdir. Həzrət (s) Xeybər döyüşündə zəhərləndikdən sonra narahatlığı gedib-gəlirdi və nəhayət şah damarını kəsdi və onu şəhid etdi.
İmam Həsən (ə) atası Əmirəl-möminin (ə) şəhid olduqdan sonra buyurmuşdu: “Peyğəmbəri-Əkrəm (s) mənə xəbər vermişdi ki, imamət onun Əhli-beytinin (ə) on iki İmamının (ə) ixtiyarındadır ki, seçiliblər. Bizlərdən eləsi yoxdur, məgər o halda ki, ya zəhərlənək və ya qətl edilək”.
Həzrət Peyğəmbərin (s) zəhərlənməsinə dair iki nəzər vardır. Bir nəzərə görə Həzrəti (s) yəhudi qadın zəhərləmişdir, ancaq bu zəhərlənmədən çox zaman keçir. İkinci nəzər isə budur ki, Peyğəmbəri (s) münafiqlər zəhərləmişdi.
Cəbrayil (ə) “Ənkəbut” surəsini nazil edir və Həzrətə (s) buyurur ki, onu oxusun. “Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3).
Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?” Cəbrayil (ə) deyir: Ey Muhəmməd (s)! Həqiqətən, Allah Təala sənə salam göndərir və buyurur: “Mən səndən əvvəl elə bir peyğəmbər göndərməmişəm, məgər o halda ki, ömrünün sonunda yerində əyləşəcək canişinini seçsin. Yolunu və əhkamını diriltsin. Ona görə də düz danışanlar – o kəslərdir ki, Peyğəmbərin (s) əmrini yerinə yetirərlər. Onlar ki, itaətsizlik edirlər – yalançılardırlar. Ey Muhəmməd! Həqiqətən sənin Allaha tərəf getməyin yaxınlaşmışdır və sənə əmr edir ki, özündən sonra Əli ibni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir ki, ümməti hidayət etməyə qiyam edər. Əgər ümmət onun ardıcılı olsa, sağlam qalar”.
Həzifə nəql edir ki, Həzrət Peyğəmbər (s) Əlini (ə) çağırtdırdı və onunla xəlvət etdi. Həmin gündüzü və gecəni Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrayilin (ə) dediklərindən agah etdi.
Həzrət Peyğəmbərin (s) vəfatının yaxınlaşması xəbəri xəbis münafiqlərin qulağına çatır və onlar agah olurlar ki, Peyğəmbər (s) özündən sonra Əlini (ə) canişini qərar verəcəkdir. Ona görə də onu zəhərləməyi qərara alırlar.
“Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şüəra” 227)