Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab imamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir.Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir.Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi.Bu kitab imamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.
İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?
Oxşar yazılıar
Hz.Peyğəmbərin (ə)həyatı
İslam Peyğəmbəri (s) — Bioqrafiya İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili)…
Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında dünya mütəfəkkirlərinin fikirləri;
Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında dünya mütəfəkkirlərinin fikirləri; 1. Corc Jordak (Xristian alim və yazıçı) Corc Jordak Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında belə deyib: “Fatimənin şəxsiyyəti insanlıq aləmində özünəməxsus bir…