Hicri təqvimi ilə 57-ci il, rəcəb ayının ilk cümə günü imamət və vilayətin parlaq günəşi həzrət imam Baqir (ə) Mədinə şəhərinin üfüqündən doğdu.
(Misbahi- Kəfəmi, c. 2, s. 599- Biharül-ənvar, c. 46, s. 212)
O həzrətin mübarək adı: Məhəmməd, künyəsi: Əbu Cəfər, ləqəbləri: Baqirül-ülum, Əş-Şakirüllah, Hadi, Əmin və Şəbihdir. Sonuncu ləqəbi onun islamın əziz peyğəmbərinə (s) bənzəməsi ilə bağlıdır.
(Mənaqibi-Ali-Əbi Talib (ə), c.4, s. 227)
Onun uca şəxsiyyətli atası həzrət Zeyn-Əl-Abidin Əli ibn Hüseyn (ə), anası imam Həsən Müctəbanın (ə) qızı Ümmi Əbdüllahdır ki, imam Sadiq (ə) onun haqqında buyurub: ” İmam Həsənin (ə) övladları arasında onun kimisi olmayıb”.
(Üsuli-Kafi, c.1, s. 469)
İmam Baqirdən belə rəvayət olunub: “Anam divarın yanında oturmuşdu. Birdən divar çatladı və onun yarılmasının) səsi eşidildi. Anam divara işarə edib buyurdu: Müstəfa həqqinə, Allah sənə yıxılmağa icazə verməsin!” O zaman anam oradan keçinədək divar o halda qaldı”. (Üsuli-Kafi, c.1, s. 469)
İmam Baqir (ə) də aşura günü Kərbəlda olub. O zaman o, dörd yaşlı uşaq idi. Əhli-beytin (ə) ağır müsibət və bəlaları dərk edirdi. Qadın və uşaqların üzləşdiyi qəm-qüssəyə o da şərik olub dözdü.
İslamın əziz peyğəmbərdən (s) nəql olunan rəvayətdə həzrət buyurub: “Əli ibn Hüseynin (ə) sülbündən bir uşaq doğulacaq. Onun adı mənim adımdır. Yaradılşda mənə bənzəyir. Əkinçi yeri (parçalayıb) açdığı kimi o da elmi açacaq.”
(Kifayətül-Əsir, s. 12, Biharül-ənvar: c. 36, s. 312)
Əhli-sünnə alimlərindən biri İbn Həcər, o həzrətin şəxsiyyəti haqqında deyir: “O, ona görə Baqir adlanıb ki, cəvahir mədəni, qiymətli daş-qaşlar üçün yeri yarıb çıxardıqları kimi o da əhkamın incəlik və həqiqətini açıb çıxardı. Ö üzdən onu elmin Baqiri, yayanı və onu inkişaf etdirəndir. Bu məsələ, qəlbi kor olanlardan başqa heç kimə məxfi deyil.” (Ə`yanüş-şiə, c. 1, s. 650)
İmam Baqirin uca atası şəhadətə çatıdıqdan sonra imamlıq mənsəbi onun öhdəsinə düşdü. Onun imamlıq dövrü bəni-üməyyə hakimiyyəti dövrünün son illərinə təsadüf edirdi. Müxtəlif yerlədə əməvilərin əleyhinə başlayan qiyamlar dövlətin başını qatmışdı. Ona görə də imam Baqir (ə) və onu böyük övladı imam Sadiqin (ə) dövründə peyğəmbərin (ə) unudulmuş sünnəsini, peyğəmbərin (ə) saf dinini dirildib üçün çox münasib şərait yaranmışdı. O iki imam (ə) dinin gözəl çöhrəsini bəni-üməyyə və yəhudi xürafatının qübarından təmizlədirlər.
Deyiləsi nöqtə odur ki, bəzi rəvayətlərə əsasən imam Baqirin (ə) təvəllüdü hicri təqvimi ilə səfər ayının 3- cü gününə təsadüf edir. Maraqlananlar təqvimdə səfər ayının mətninə müraciət edə bilərlər.
İmam Baqirin (ə) təvəllüdü günü
Oxşar yazılıar
Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı
(Rəbiül-əvvəl ayının 10-u – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin…
Əzadar klassiklərimizi tanıyırıqmı?
Əzadar klassiklərimizi tanıyırıqmı? Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə…