Mərifət və irfan əhli deyirlər ki, bir şeyi dəlilsiz inkar etmək, şübhə etmək, həqiqətdən kənar saymaq və ağıl və məntiqdən uzaq bilmək (istib`ad) insanın mənəvi inkişafı və kamalı yolunda ən böyük maneədir, çünki insanı süst və motivasız edir.
Həzrət İmam Hüseynin (ə) əzadarlığı və o həzrətə ağlamaq və yas saxlamaq barədə verilən mükafat vədələri də inkar ediləsi və ağıl və məntiqdən kənar bir məsələ deyil.
Mömin insan ismət və təharət Əhli-Beytinin (ə) vədələri qarşısında inkar, təəccüb və istib`ad mövqeyində durmamalıdır. İstib`ad yəni bir şeyi həqiqətdən kənar və mənfi mənada təəccüblü hesab etmək.
Təharət və ismət sülaləsi olan Əhli-Beyt (ə) imamları barədə verilən vədələr və onların buyurduqları məsələləri mömin insan qəbul etməlidir, nə ki, təəccüblənməli və həqiqətdən uzaq saymalıdır.
Bundan da daha pisi mömin insanın inkar mövqeyində olmasıdır. Buna görə mərifət və irfan əhli deyirlər ki, bir şeyi dəlilsiz inkar etmək, şübhə etmək, həqiqətdən kənar saymaq və ağıl və məntiqdən uzaq bilmək (istib`ad) insanın mənəvi inkişafı və kamalı yolunda ən böyük maneədir, çünki insanı süst və motivasız edir. Və nəticədə insan Allahın İmam Hüseyni (ə) yad etmək barədə verdiyi mükafatları əldə edə bilmir və kamilliyə gedən yoldan azır.
Buna görə də İmam Hüseynin (ə) əzadarlığına veriləcək mükafatlar barədə hətta istib`ad etmək olmaz, nə ki inkar. Çünki əvvələn bu barədə kifayət qədər hədis və rəvayətlər var. Bu hədislər mütəvatir həddədir və inkar və istib`ad üçün yer saxlamır.
İkincisi, öz fərdi və ictimai həyatımızda İmam Hüseyni (ə) və əshabını yad etməyin təsir və nəticələrinə baxsaq, vədər verilən mükafatlar elə də çox və təəccüblü deyil.
Üçüncüsü, İmam Hüseyn (ə) və ənsarının Allah yolunda etdikləri və göstərdikləri fədakarlıqlar hədislərdə deyiləndən daha çox mükafata və daha böyük məqama layiqdir.
Bundan əlavə, biz Allaha aid olan işləri öz tərəzimizlə ölçməməliyik. Allah yanında olan ölçü meyarları bizim düşüncəmizdəkindən çox fərqlidir.
Məsələn, Qurani-Kərim bir buğda dənəsi infaq edənə bir neçə bərabərini verirsə, bunda təəccüb yeri varmı? İmam Hüseynin (ə) məsələsi də belədir. İnfaq edilən və sədəqə verilən bir buğda dənəsinin 700 bərabər mükafatı varsa, hər şeyini Allah yolunda verən şəhidlərə axıdılan bir damla göz yaşına bu qədər mükafat verilməsi niyə təəccüblü olsun ki? /shia.az