14-Məsum (Əhli-Beyt)İmam Hüseyn (ə)

İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri

Mən o həzrətin qəbrini ziyarət edəndə almanın iyi qəbirdən gəlirdi.
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirriİmam Hüseynin (ə) hərəmindən alma iyinin gəlməsinin sirrini hədislər vasitəsiə açıqlamaq mümkündür.

Ümmü Sələmə deyir: “Həsən və Hüseyn Peyğəmbərin (s) yanına gəldilər. Bu zaman Cəbrail də Peyğəmbərin (s) yanında idi. Cəbrail Dihyə Kəlbinin surətində idi. Həsən və Hüseyn onu Dihyəyə oxşatdılar. Cəbrail səmaya tərəf işarə etdi. Elə bil, nəyisə götürmək istəyirdi. Sonra birdən gördüm ki, onun əlində alma, heyva və nar var. Onların hamısını Həsən və Hüseynə verdi. Onların nurani üzü işıqlandı. Sevinə-sevinə babalarının yanına gəldilər. Peyğəmbər (ə) onları öpdü və buyurdu: İndi evinizə gedin və evdə əvvəl atanızın yanına gedin. Onlar Peyğəmbər deyən kimi əməl etdilər. Peyğəmbər (s) onların yanına gələnə qədər alma, heyva və narı yemədilər. Həzrət gəldikdən sonra birlikdə oturub o meyvələrdən doyunca yedilər.
Nə qədər yesələr də meyvələrin heç birindən azalmırdı və əvvəlki vəziyyətinə qayıdırdı. Peyğəmbər (s) dünyadan gedənə qədər belə oldu. Fatimeyi-Zəhra da dünyada olduğu zaman meyvələrdən heç nə azalmadı.

İmam Hüseyn (ə) buyurur: “Anam dünyadan gedəndə nar yoxa çıxdı. Alma və heyva isə atamın zamanında qalırdı. Atam Əli (ə) şəhid olduqdan sonra heyvanı görmədim və ancaq alma öz şəklində qalmışdı. (Kərbəlada) su içmək mənə qadağan olduqdan sonra hər vaxt almanı iyləsəydim, susuzluğum aradan qalxırdı. Ölümüm yaxınlaşanda almanın dəyişildiyini gördüm. Şəhid olacağıma əmin oldum”.
İmam Səccad (ə) buyurur: “Atam bu mövzunu şəhid olmazdan bir saat qabaq danışdı. Atam şəhid olduqdan sonra almanın iyi qətligahdan gəlirdi. Alma iyinin ardınca getdim, ancaq ondan bir əsər tapa bilmədim. Amma bu iy həmişə qaldı. Mən o həzrətin qəbrini ziyarət edəndə almanın iyi qəbirdən gəlirdi. Bizim şiələrimizdən olan hər bir ziyarətçi o almanın iyindən faydalanmaq istəsə, səhər (sübh namazından qabaqkı vaxt nəzərdə tutulur) vaxtı ziyarətə gəlsin. Əgər ixlaslı olsa, almanın iyidən bəhrələnəcək”.

Qaynaq: “Mənaqibi Ali Əbi Talib (ə)”, c. 391. “Biharul-ənvar”, c. 43, səh. 289.
Hazırladı: Seyid Zahir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir