1. Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. (“Vəsailuş-şiə”, c. 7, səh. 44)
2. Mömin həmişə xeyir və səadətdədir. Əgər (çətinliyə düşsə və) bədənini tikə-tikə doğrasalar da onun üçün xeyirdir; dünyanın bütün şərq və qərbini də ona versələr, yenə xeyirdir.
3. Əli şiəsi əməli sözünü təsdiq edən şəxsdir. (“Biharul-ənvar”, c. 64, səh. 242)
4. İmam Kazim (ə) bu duanı çox oxuyardı: “Pərvərdigara! Ölüm zamanı rahatlığı, hesab zamanı əfvi Səndən istəyirəm.”
İmam Kazimin (ə) davranışlarından faydalı dərslər
İmam Musa ibn Cəfərin (ə) çətinliklər qarşısında dözümü, Əhli-beytin (ə) cihad və mübarizə yolunun davamı 250 illik imaməti təfsir etməkdən əlavə, İmam Zamanın (əc) zühurunadək cihadı açıqlamaq idi. Bu cihad hal-hazırkı zamanda da davam edir və onun sirri çətinliyə dözməkdir.
Çətinliklərə dözməkdə İmam Kazimin (ə) məqsədi
1. Xalis İslamın açıqlanması, Quranın düzgün təfsiri, saxtalaşdırılmış İslam qarşısında həqiqi İslamın aydın təsvirini təqdim etmək;
2. Ədalətli olmayan hökumətlər tərəfindən qəsb olunmuş İslam camiəsində imamət və siyasi hakimiyyəti açıqlamaq;
3. İslami camiə formalaşdırmaq, Peyğəmbəri-Xatəm (s) və bütün ilahi peyğəmbərlərin hədəflərini gerçəkləşdirmək, yəni Allah-Taalaya şərik çıxmaq istəyənləri hökumət səhnəsindən məhv etmək, hökuməti ilahi xəlifələrə və Allahın saleh bəndələrinə tapşırmaq.