Həzrəti İbrahim(ə) Allah-təalaya belə xitab etdi: Pərvərdigara! Mənə göstər ki ölüləri necə dirildirsən.
Allah-təala buyurdu: Dörd dənə quş tut və ətlərini bir-birinə qatışdır. Sonra hər tikəsini bir dağın üstünə qoy. Sonra da onları öz yanına çağır, sürətlə sənin yanına gəlsinlər.
Yusif ibn Zibyan deyir: Camatla birlikdə, İmam Sadiqin (ə) yanında idim. Ondan Allah-təalanın İbrahimə buyrduğu söz barəsində sual etdim. Sualım bundan ibarət idi ki, görəsən o quşlar hamısı bir növdən idilər ya müxtəlif növlərdən idilər.
İmam (ə) buyurdu: İstəyirsən o dörd quşun dirilməyini sənə göstərim?
Dedim: Bəli. O zaman İmam (ə) buyurdu: Ey Tovuz! Tovuz quşu onun yanına gəldi. Sonra qarğanı çağırdı və qarğa onun hüzuruna gəldi. Sonra qırğını çağırdı, qırğı da gəldi. Nəhayət, göyərçini çağırdı, göyərçin də İmamın hüzuruna gəldi. İmam əmr etdi ki, onların başını kəssinlər, qanadlarını yolsunlar və ətlərini tikə-tikə edib, bir-birinə qarışdırsınlar, sonra İmam (Ə) tovuzun başını tutdu və biz gördük ki, onun əti sümüyü və qanadları başqa quşlardan ayrılıb ona birləşdi və tovuz quşu həzrətin qarşısında dayandı. (Mənaqib, 3-cü c.) Bundan sonra qarğanı, qırğını və göyərçini nida etdi, onlarda İmamın qarşısında hazır oldular. Beləcə İmam (ə) bu quşları diriltdi.
UZAQ MƏSAFƏNİ GÖRMƏK
Əbu Bəsir deyir: İmam Sadiqin (ə) yanında idim, istəyirdim bəzi hacətlərimi ondan istəyim. İmam (ə) mənə buyurdu: Niyə səni belə kədərli görürəm?
Ərz etdim: İraqa vəba xəstəliyinin gəlməsi xəbərindən və ailəmin orada olmasına görə kədərliyəm.
İmam (ə) buyurdu: Üzünü çevir! Üzümün çevirdim, sonra buyurdu: Öz evinə daxil ol, daxil oldum və gördüm bütün ailəm böyükdən-kiçiyə qədər hamısı evdə salamatdırlar. Evdən bayıra çıxdım. O zaman İmam (ə) mənə buyurdu: Üzünü çevir, üzümü çevirdim və artıq gördüklərimini heç birini müşahidə etmədim.
SU BULAĞININ YARANMASI
Davud Nili deyir: İmam Sadiq (ə) ilə birlikdə həcc əməllərini yerinə yetirmək üçün Allahın evi tərəfinə hərəkət edirdik. Zöhr namazın əvvəl vaxtı çatdı. İmam (ə) mənə buyurdu: Ey Davud yoldan qırağa çəkil, namaz üçün hazırlıq görək. Ərz elədim: Sənə qurban olum məgər bura susuz və bitkisiz olan bir yer deyilmi?
İmam (ə) ayağını yerə sürtdü. Yerdən buz kimi soyuq bir bulaq suyu qaynadı. Bulaq suyu ilə dəstəmaz aldı. Mən də dəstəmaz alıb, vacib namazı qıldıq. (Biharul-Ənvar, 46-cı cild, səh.250- Biharul-Ənvar, 46-cı cild, səh. 344.) Hərəkət etmək istədiyimiz zaman gözüm qurumuş bir xurma ağacına toxundu. Həzrət buyurdu: Ey Davud! İstəyirsən bu qurumuş xurma ağacından sənə xurma verim?
Ərz etdim : Bəli. Öz əli ilə xurma ağacına vurub, onu öz tərəfinə çəkdi və iki-üç növ xurma ondan yedik. Sonra əlini ona çəkib dedi: Allahın izni ilə əvvəlki halına qayıt və ağac yenədə öz qurumuş halına döndü.
YERİN XƏZİNƏLƏRİNƏ TƏSƏLLÜT
Dörd nəfər İmam Sadiqin (ə) şiələrindən deyirlər: Biz İmamın(ə) yanında idik. O, buyurdu: Bütün yerin xəzinələri və onların açarı bizim ixtiyarımızdadır. Əgər ayağımın altında olan bir tikə yerə desəm qızıllarını bayıra tök, tökəcək. O zaman ayağı ilə yerdə bir xətt çəkdi və yer ayrıldı və oradan bir külçə qızıl çıxardıb buyurdu: Yaxşıca buna baxın ki, şəkkiniz olmasın. Sonra buyurdu: Yerin içinə baxın! Baxdıq və orada üst-üstə yığılıb parıldayan çoxlu qızıl külçələrini müşahidə etdik. Səhabələrindən biri ərz etdi: Sənə fəda olum! Sizin bu qdər çoxluvar-dövlətiniz var, halbuki şiələriniz möhtacdırlar.
İmam buyurdu: Allah dünya və axirəti bizim şiələrimiz üçün cəm edib, cənnətə daxil edəcək. Bizim düşmənlərimizi cəhənnəmə vasil edəcək. (Biharul-Ənvar, 47-ci cild, səh.11.)
MƏHDİNİN(Ə) DOSTLARININ MÜŞAHİDƏSİ
Əbu Bəsir deyir: İmam Sadiqin(ə) yanında idim, Xorasanlı bir kişi də orada hazır idi. O, mən başa düşmədiyim bir dildə danışırdı. Sonra bir şey dedi, mən onu başa düşdüm. Eşitdim ki, imam(ə) buyurur: Ayağını yerin üzündə tərpət. Birdən özümü bir yerdə gördüm ki, orada atlılalar başlarını atlarını yəhərinə söykəmişdilər.
İmam (ə) buyurdu: Bunlar Məhdinin(ə.c) səhabələrindəndir. (Bəsairüd-dərəcat, 8-ci hədis, 12-ci bab, səh.119.)
HEYVANLARIN DİLİNİ BİLMƏK
Salim deyir: Biz İmam Sadiqin (ə) evinin həyətində idik. Sərçələr cikkildəşirdilər. Həzrət buyurdu: Başa düşürsünüz nə deyirlər?
Ərz etdik: Sənə fəda olaq! Biz ki, onların dilini bilmirik ta dediklərini başa düşək.
Buyurdu: Deyirlər İlahi! Biz sənin məxluqatından biriyik və sənin rizqinə möhtacıq, bizi yedirdib, sirab et.
KÖVSƏR HOVUZUNU GÖSTƏRMƏSİ
Abdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) Kövsər hovuzu barəsində soruşdum.
İmam (ə) buyurdu: Böyük bir hovuzdur. Bəsrə və Səna arası qədər. Onu görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum!
İmam (ə), mənim əlimi tutub Mədinədən xaric etdi. O zaman öz ayağını yerə vurdu. Birdən axar bir çayı gördüm ki, onun sahili mənim durduğum yerdən başqa görsənmirdi və o, bir adaya oxşayırdı. Mən və İmam (ə) durduğumuz halda gözüm bir çaya toxundu ki, onun bir tərəfində qardan daha ağ olan bir su axırdı. Onun başqa tərəfində qardan ağ olan bir süd axırdı, ortada yaqutdan yaxşı olan bir şərab idi ki, indiyə qədər bu şərabdan gözəl bir şey görməmişdim ki süd və su arasında qərar tapsın.
Ərz etdim: Sənə fəda olum! Bu çayın mənbəyi haradır və hansı tərəfə axıb gedir?! İmam (ə) buyurdu: Allah-təalanın öz Quran kitabında zikr etdiyi bu bulaqlar cənnətdə olan çaylardır və bu çaydan su, süd və şərab bulaqları axır. (Biharul-Ənvar, 47-ci cild, səh.139. – Bəsairud-dərəcat, 7-ci cild, 2-ci bab, səh. 109. Üsule-Kafi molode Əbi Əbdillah Cəfər ibn Mühəmməd (ə))
Çayın kənarında bir ağaclar gördüm ki, behişt huriləri özlərini onlardan asmışdılar. Onların bir hbrükləri var idi ki, o cür hörük indiyə qədər görməmişdim. Əllərində qablar var idi ki, onların gözəlliyində olan qab dünyada müşahidə etməmişdim.
İmam (ə) onların birinin yanına yaxınlaşdı. İşarə etdi ki, ona su versinlər. Mən ona baxırdım. Çaydan su götürmək üçün əyildiyi halda ağacda onunla birlikdə suya tərəf əyildi. Qabı çaya salıb, su götürdü və ona verdi. O qədər dadlı idi ki, ömrümdə görməmişdim. Onun iyi müşk iyi idi. Qaba baxdığım zaman üç cür içməli rəng var idi.
Ərz etdim: Sənə qurban olum heç vaxt bu gün gördüyüm kimi şeylər görməmişdim!
İmam (ə) buyurdu: Bu ən az olan şeydir ki, Allah öz şiələri üçün hazırlayıb. Mömin vəfat etdiyi zaman ruhu bu çaya gəlir, bu çayın ətrafında olan bağlarda dincəlir və onun şərabından içir. Düşmənimiz vəfat etdiyi zaman ruhu bərəhut vadisinə gedib həmişəlik əzabda qalır və oranın «Zəqqum»undan (cəhənnəmdə acı meyvəsi olan bir ağacın adıdır) ona yedizdirəcəklər və onun qaynar içkilərindən ona içirdiləcək. Bu yerdə Allaha pənah aparın. (Əlamül-vəra, 268-ci səh. Biharul-Ənvar, 47-ci cild, səh.72.)
BİR QEYBİ XƏBƏR
Südeyr Seyrəfi deyir: Allahın rəsulunu (s) yuxuda gördüm ki, onun qarşısında dəsmal ilə örtülmüş bir qab var. Ona yaxınlaşdım və salam verdim. Həzrət mənim cavabımı verdikdən sonra, dəsmalı qabın üzərindən götürdü. Gördüm onun içində təzə xurma var. Onu götürüb, yeməyə başladı. Ona yaxınlaşıb dedim: Ya Rəsuləllah, Mənə də xurma verin! Mənə bir dənə xurma verdi. Onu yeyib yenədə ərz etdim: Ya Rəsuləllah! Mənə yenə də xurma verin. O yenə də mənə xurma verdi. Onu da yedim. Yeyən kimi yenə də istəyirdim, ta ki, səkkiz dənə götürüb yedim. Təzədən yenədə istədim. Həzrət buyurdu: Kifayətdir.
Yuxudan durdum. O günün səhəri İmam Sadiqin (ə) hüzuruna yetişdim. Gördüm ki, onun qabağında üstü dəsmal ilə bağlı olan bir qab var. Yuxuda Rəsululahın yanında gördüyüm üstü bağlı xurma qabı kimi idi. İmam (ə) salam verdim. O, mənim cavabımı verdi. O zaman qabın üstündən dəsmalı götürdü. Mən təəccübləndim və ərz etdim: Sənə qurban olum! Mənə də xurma verin. O da mənə xurma verdi və mən yeyib, təzədən xurma istədim. Götürüb mənə verdi. Onu yeyib, yenə də istədim, ta səkkizinci xurmaya yetişdi o zaman yenə də istədim.
İmam (ə) buyurdu: Əgər cəddim Rəsulullah sənə bundan çox versəydi, mən də verərdim. Həzrətin təbəssümü mənim yuxumdan xəbərdar olduğunu bildirirdi. (Bəsairüd-dərəcat, 7-ci cild, 14-cü bab, səh. 99. Biharul-Ənvar, 47-ci cild, 86-cı səh.)
BƏRZƏX ALƏMİNDƏN BİR CİLVƏ
Davud ibn Kəsir deyir: İmam Sadiqin(ə) evində idik. Peyğəmbərlərin fəzilətləri haqqında müxakirə edirdik. İmam(ə) bizim cavabımızda buyurdu: And olsun Allaha! Allah Mühəmməddən (s) üstün və fəzilətli bir peyğəmbər yaratmayıb, sonra üzüyünü çıxarıb, yerə qoydu və bir zikr dedi. Birdən yer Allahın qüdrəti ilə onun ortasında yaşıl rəngli bir gəmi var. Onun üstündə yazılmışdı. (La ilahə illillah, Mühəmməd rəsulullah, Əli əmirəl-möminin və bəşşir əl-Qaim…! 102) Qaimə (ə) müjdə ver ki, o düşmənləri ilə döyüşəcək, möminlərin fəryadına yetişəcək və Allah ona çoxlu mələk ilə kömək edəcək. 103
KORUN ŞƏFASI
Əbu Bəsir ki, kor idi deyir: İmam Sadiqin (ə) dalınca gedirdim ta onun qolunu tutum.
İmam(ə) buyurdu: Məni görmək istəyirsən?
Ərz etdim: Bəli. Sənə fəda olum! O zaman həzrət əlini gözümə sürtdü. Birdən gözlərim onun vücudunu görməyə başladı. Sonra mənə buyurdu: Əgər camaatın söz-söhbəti olamsaydı, səni bu halda buraxardım. Amma belə eltməyim düz deyil. Sonra əlini gözümə sürtdü və əvvəlki kor halıma qayıtdım.
(İxtisase Şeyx Müfid, səh. 325. – Əmaliye Şeyx Tusi, səh. 70. Biharul-Ənvar, 47-ci cild, səh. 64.)
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.