BİR QOCA ŞAMLI
Ravi deyir: Əhli-beytəsirlərini şəhərin ən böyük məscidinin yanına gətirdilər. Bu vaxt qoca bir kişi əsirlərini yanına gəəlib dedi: Allaha şükür olsun ki, sizi öldürdü, həlak etdi; sizin kişilərinizin ölümü ilə bütün şəhərlərdə əmin-amanlıq yaratdı və əmirəl- möminin Yəzidi sizə hakim etdi. Əli ibn Hüseyn (ə) (İmam Zəynəlabidin) ona dedi: Ey qoca! De görüm Quran oxuyubsanmı? Dedi: Bəli. İmam (ə) buyurdu: De görüm bu ayani oxumusanmı?
قُلْ َ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ
(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. ” Şura” surəsinin 23-cü ayəsi
Dedi: Bəli, oxumuşam. İmam (ə) buyurdu: Peyğəmbərin (s) ən yaxın adamları bizik. De görüm
«Beni-İsrail» surəsindəki وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ » Qohum-əqrəbaya da haqqını ver .” Əl-İsra” surəsinin 26-cı ayəsi
ayəsini oxumusanmı? Dedi: Bəli, oxumuşam. İmam (ə) buyurdu: Rəsulullahın (s) ən istəkli adamları bizik. De görüm
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
«Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Əhzab-33).
ayesini oxumusanmı? Dedi: Bəli, oxumuşam. İmam (ə) buyurdu: Əhli-beyt bizik və bu ayə yalnız bizə aiddir. Qoca kişi bu sözləri eşidəndən sonra susdu və dediklərinə peşman oldu. Sonra o, İmama (0ə) dedi: Sizi Allaha and verireəm, deyin görüm doğrudanmı Qurandakı bu ayələr sizin barənizdədir? İmam (ə) buyurdu: Allaha, ceddimRasulullahın (s) haqqma and olsun, bu ayalar bizim haqqımızdadır. Qoca kişi ağladı, Əmmaməsini çıxardıb yerə vurdu, başını göyə qaldıraraq dedi: Ya Allah, mən Ali-Muhəmmədin (s) düşmənlərindən sənə şikayət edirəm! Sonra qoca kişi İmam Zeynəlabidin (ə)-a dedi: Mənim tövbəm qəbul olarmı? Həzrət buyurdu: Bəli, əgər tövbə etsən, Allah-taala qəbul edər və sən bizdən olarsan. Qoca kişi dedi: Mən tövbə etdim. O qoca kişinin başına gələn bu hadisəni Yezid eşidəndən sonra ona ölüm hökmü verdi.
Mənbə: Seyid Ibn Tavus “Əl-Luhuf” s 125
Hazırladı:Vüsal Əli
v.vusal@gmail.com