Allah dinin qoruyucuları, həmişə İlahi şüarların əbədiləşdirilməsi üçün çalışmışlar. Allah-təala Qurani kərimdə, “Həc” surəsinin 32-ci ayəsində buyurur:

“…Hər kəs Allahın mərasiminə hörmət etsə, şübhəsiz ki, bu (hörmət), qəlblərin təqvasından hasil olur.”

Cəmiyyətimizdə mədəni və mənəvi əlamətdar hadisələrin xatırladılmasına daim ehtiyac var. Allahın Rəsulu (s), bu sahədə hamıdan irəlidə addımlayaraq öz əməlləri ilə islami toplumun yolunu aydınlatdı.
Qədir-xum gününün  bayram olmasına əsas dəlilimiz “hənnəuni” (yəni, “məni təbrik edin”) hədisidir.
Bu hədis müxtəlif ifadə və sənədlərlə qeyd olunub.
Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl musnəd kitabının 4-cü cild 281-ci səhifəsində, Təbəri öz təfsirinin 3-cü cild 428-ci səhifəsində bu hədisi Hafiz Əbu Səiddən belə nəql etmişjər: İslam Peyğəmbəri (s.ə.v.a) buyurdu: “Məni təbrik edin ,məni təbrik edin, çünki Allah-təala məni peyğəmbərliklə və Əhli beytimi (ə) də “imamətlə” seçib (imtiyaz qazandırıb.)
Sünni alimlərindən nəql olunan digər rəvayətə əsasən bu hədisin davamı belə qeyd olunub: “Sonra peyğəmbər (s.ə.v.a) özünü xüsusi çadırında oturub İmam Əli (ə)-a əmr etdi ki, başqa bir çadırda otursun. Camaata əmr ətdi ki, Əli (ə)-ın yanına çatanda təbrik etsinlər. Camaat dağıldıqdan sonra peyğəmbər (s.ə.v.a) öz xanımlarına əmr etdi ki , Əli (ə)-ni təbrik etməyə getsinlər. Onlar da itaət etdilər.
Qədir-xum gününün islamın əziz Peyğəmbərinin (s.ə.v.a) sünnətində bayram olmasının digər sübutu, qədir-xum günündə, İmam Əli (ə)-ın öz xütbəsidir. İmam Rza (ə) öz atasından nəql edir: “İmam Əli (ə)-ın xilafətdə olduğu günlərdən birində, Qədir-xum günü cümə gününə təsadüf edirdi. İmam Əli (ə) sözünü. Allahı vəsf etməklə başladı … “Allah-təala (əzzə və cəl) bu günü sizin üçün iki bayram qərar verib. O iki bayramdan biri olmasa, digəri yerində qalmaz.”
Sonra həzrət, “Qədir-xum” hadisəsinə işarə edərək, o günün xüsusiyyətləri saydı: “Bu gün çox böyük bir gündür. Bu gün (müşküllər üçün) açılış oldu, layiqləti olanrın məqamı ucaldı və Allahın dəlili aşkar oldu. Bəli bu gün “məsum rəhbər” pak məqamı tərəfindən haqqın açıqlanması, açıq tərzdə və  ”Nəs” (Allahın əmrinin yerinə yetirildiyi) sözün  deyildiyi gündür. dinin kamil olduğu gündür. Bu gün əhd-peyman günüdür. Bu gün şahidlərə şahidlik günüdür.” Bu gün, nifaq və inkarı üzə çıxarmaq günüdür.” Həzrət, xütbənin sonunda buyurub: “Bir-birinizi gördükdə (əl verib) görüşün və Allahın sizə verdiyi bu nemtə görə bir-birinizi təbrik edin. Gərək bu sözləri eşidənlər eşidməyənlərə çatdırsınlar. Gərək imkanlılar ehtiyaclıların sorağına getsinlər.Qüdrətlilər, zəifləri axtarsınlar. Peyğəmbər (s.ə.v.a) bizi buna (bunu yernə yetirməyə) əmr edib.” (3)
MƏSUMLAR VƏ İSLAMIN ƏN BÖYÜK BAYRAMI
İmam Sadiq (ə) öz atasından nəql edir ki ,peyğımbər (s.ə.v.a) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əli (ə)-ın canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.(4)
Başqa rəvayətə əsasən İmam Sadiq (ə)-dan soruşandaki: “müsəlmanların qurban və fitr bayramından başqa digər bayramı var” imam cavabında: “bəli, o bütün bayramlardan  uca və   əzəmətlidir, o gün, “möminlərin əmir”inin peyğəmbərin canişini təyin olunduğu gündür.(5)

İlahi övliyalar və məsumlar (ə) bu gündə xüsusi olaraq bayram tədarükü görürdülər.Buna misal olaraq bir neçə rəvayəti diqqətinizə çatdırırıq.
1-Əllamə Məclisi öz kitabında belə yazır: Əli (ə)-ın xəlifəliyi dövründə  Qədir-xum günü  cümə gününə təsadüf edirdi. İmam Əli (ə) cümə xütbəsinidən sonra oğlanları və şiələri ilə birlikdə İmam Həsən (ə)-ın “Qədir-xum” bayramı münasibəti ilə onlar üçün hazırladığı qonağlığa getdilər.(6)
2-Fəyaz ibn Məhəmməd ibn Tusi deyir: Günlərin birində İmam Rza (ə)-ın yanına getmişdim. Gördüm ki, İmam Rza (ə), qonaqlıq vermək üçün dostlarını evində saxladı və onların evinə də yemək,  paltar, üzük və  ayaqqabı hədiyyə göndərdi. İmam (ə), başqa günlərdən fərqli olaraq yalnız bu gündə dostlarına və xidmətçilərinə bu köməkliyi göstərirdi.(7)
QƏDİR-XUM GÜNÜNÜN BAYRAM OLMA SƏBƏBİ
a)    İmamlar (ə)  ilahi qanunların təbliğatçılarıdır.
Həm sünni həmdə şiə alimləri “təbliğ” (maidə-67) ayəsinin İmam Əli (ə)-ın haqqında nazil olduğunu bildirmişlər ki , peyğəmbərin (s.ə.v.a) canişinliyi haqqındadır. Bu ayə elə bir vaxtda nazil olmuşdur ki, bir tərəfdən münafiqlərin digər tərəfdəndə imanı zəif olanların fitnə salacağı təhlükəsi vardı. Bu ayənin nazil olması bütün nigarançılıqları aradan qaldırdı və ayənin çox mühüm olmasını göstərdi.
Təbliğ ayəsi: “Ey peyğəmbər Allah tərəfindən sənə nazil olanı təbliğ et ,əgər təbliğ etməsən risaləti tamam etmiş olmarsan və Allah səni camaatdan  (tənəsindən) qoruyacaq. (Əl-maidə surəsi,  ayə 67)
Əllamə Əmini sünni alimlərindən 30-a yaxın mənbəyə istinad edərək sübut edir ki, bu mənbənin hamısı Əli (ə)-ın vilayəti haqqındadır. Sünni alimlərindən Cəlaləddin Siyuti və Fəxrəddin Razi öz təfsirlərində buna işarə etmişlər.(8)

Bu ayədə diqqət çəkən  “risaləti təbliğ etmiş olmarsan” cümləsidir. Bu ayə  haqqında bunu demək olar ki  “imamət”-i camaata çatdırmamaq dinimizdə risaləti tamamlamamaq  deməkdir.
b)    Dinin kamilliyi  “imamlıqdır”
Kafirlər peyğəmbər (s.ə.v.a)-ə sonsuz (əbtər) deyirdilər. Onlara elə düşünürdülər ki, peyğəmbər (s.ə.v.a) rəhmətə getdikdən sonra  oğlu olmadığına görə  İslam dini başçısız qalıb aradan gedəcək  və kafirlər yenidən öz dinlərinə qayıda biləcəklər.
İmam Əli (ə)-ın xəlifəliyə seçildiyini gördükdən sonra kafirlər ümidsiz oldular. Kafirlər yaxşı bilirdilər ki, Əli (ə) peyğəmbərin yolunu kamil şəkildə davam etdirə biləcək yeganə şəxsdir.
Əli (ə) xəlifəliyə seçildikdən sonra bu ayə nazil olur: “bu gün sizin üçün dinivizi kamil etdim” (  ( maidə surəsi 3-cü ayə) .İmamların (s.ə.v.a)  əsas vəzifəsi ilahi qanunların camaata  düzgün çatdırılması üçün seçilmişlər. Peyğəmbər (s.ə.v.a)-dan həm süni həmdə şiə alimləri hədis nəql edirlər: “mən elm şəhəriyəm Əli (ə) o şəhərin qapısıdır, şəhərə daxil olmaq istəyən gərək ki Əli (ə)-ın yolu ilə getsin.(9)
Sünni alimlərihdən  Buxari, Müslim, Malik, Nəsayi və Tirmizi deyirlər: “kitab əhli olan Tariq ibn Şəhab xəlifə Ömərə deyir :əgər “ikmal” (dinivizi kamil etdim) ayəsi bizim dinimizdə nazil olsaydı  bu günü qiyamətə qədər həmişə bayram keçirərdik.(10)  Ömər sakit durmaqla öz razılığını bildirdi.
c)    İmamlıq, İslam düşmənlərinin ümidsizlik amilidir
d)    Maidə surəsinin 3-cü ayəsi də Əli (ə) barəsində qədir xum çölündə nazil olmuşdur. “Bu gün kafirlər dinivizdən əllərini üzdülər  bəs onlardan qorxmayın məndən qorxun”.
Bu ayə subut edir ki, dinin kamil olması (Əli (ə)-ın xəlifəliyi) İslam düşmənlərini narahat edirdi. Əllamə Təbatəbai öz kitabında yazır: səhabə, tabein və onlardan sonra gələnlərdə yek dilliklə bu fikirdədirlər ki, hər iki ayə bir-birinə bağlıdır və biri digərini tamamlayır.(11)
Ayələrdən bu nəticəyə gəlmək olar ki, gərək “qədir xum” gününü bayram kimi qeyd edək.
c)İmamlıq vəzifəsi İslam dininin vəhdəti naminədir.
Qurani kərimdə Allah-təala, İsa (ə) peyğəmbərin asimandan süfrə (maidə) istəyərək dua etməsinə işarə edərək, gələcək nəsillər üçün bayram olmasını zikr edir və buyurur:  Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. (Maidə surəsi, ayə: 114)
1) “Əl-qədir” kitabı Əllamə Əmini  c.1,s.274
2) “Əl-qədir” kitabı Əllamə Əmini  c.1,s.271
3) “Biharul ənvar” Əllamə Məclisi c.94,s.118
4) Həmin mənbə s.110
5) Həmin mənbə s.111
6) Həmin mənbə c.94,s.118
7) Həmin mənbə c.94, s.112 və c.95, s.322
8) “Darul mənsur” kitabı Siyuti c.2, s.457; “Təfsire Fəxri Razi” c.12, s.49
9) “Əl-qədir” c.6, s.61-77
10) “Əl-qədir” c.1, s.283
11) “Əl-mizan” kitabı Əllamə Təbatəbai c.5, s.179

Çevirən: Emil Cəfər Bərməki