İstədiyin kimi yaşa, amma unutma ki, bir gün bu dünya ilə vidalaşacaqsan.
Allah buyurur:
“Hər kəs ölümü dadacaqdır. Sonra Bizə qaytarılacaqsınız.”
— Ənkəbut surəsi, 57-ci ayə
Sevdiklərini sev, amma bil ki, bir gün onlardan ayrılacaqsan.
Allah buyurur:
“Yer üzündə olan hər kəs yox olacaq. Əbədi qalan yalnız əzəmət və kərəmin sahibi olan Rəbbinin zatıdır.”
— Rəhman surəsi, 26-27-ci ayələr
Dildə və əməldə sərbəst ol, lakin unutma ki, bir gün etdiklərin üçün hesab verəcəksən.
Allah buyurur:
“Kim zərrə qədər xeyir iş görmüşsə, onu (qarşılığını) görəcəkdir. Kim zərrə qədər pis iş görmüşsə, onu (qarşılığını) görəcəkdir.”
— Zilzal surəsi, 7-8-ci ayələr
Hər bir davranışının qarşılığını mütləq alacaqsan.
Allah buyurur:
“Bu, mükafat günüdür. Sizə dünyada etdiklərinizin qarşılığı veriləcəkdir.”
— Casiə surəsi, 22-ci ayə