Kərbəlada İmam Hüseyni (ə) şəhid edənlər Ömər bin Xəttab qurduğu KUFƏ şəhərində yaşayan şiələr deyil, arvad minən dəvənin dalına düşüb İmam Əliyə (ə) CƏMƏL döyüşündə qılınc çəkənlərin qalıqları idi.
P.S: Kufə şəhəri 15-19-cu hicri-qəməri illəri arasında Ömər bin Xəttabın göstərişi əsasında hərbi şəhərcik olaraq tikildi. Paytaxt Mədinə ilə müharibə meydanları arasında yerləşən bu şəhərə İslam xilafətinin hər yerindən insanlar toplaşmışdı. Onların arasında Əhli-Beytə (s) sədaqətləri ilə tanından yəmənlilər də çox idi. Amma bu, Kufənin mütləq şəkildə şiə şəhəri olması demək deyildi.
İmam Əli (ə) Cəməl döyüşünə Kufədən hərəkət edəndə başında 1000 nəfər əslən Mədinə şəhərindən olan xüsusi döyüşçü var idi.
İmam Əli (ə) şəhid edildikdən sonra şiələr Kufədə Süfyanilər (müaviyə) hakimiyyəti tərəfindən sıxışdırıldılar. Şiələrin çoxu Kufədən qaçıb xilafətin müxtəlif şəhərlərinə pərakəndə olmuş və gizli yaşayırdılar.
İmam Hüseynə (ə) məktub yazanlar isə “osmani” və “süfyani” sülaləsinin vücuda gətirdiyi kafir yezidin hakimiyyətini qəbul etmək istəməyən ümumi müsəlmanlar (öməri və ələvi) idilər. Onların əksəriyyəti İMAMƏT və VİLAYƏT məsələsini Peyğəmbərin (s) dediyi kimi qəbul etməmişdilər. Sadəcə xilafət üçün axtardıqları yeganə ədalətli namizəd Əhli-Beytdən olan İmam Hüseyn (ə) idi. Amma iş çətinə düşən məqamda Əbu Bəkr, Ömər və Osmanın yetişdirdiyi bu müsəlmanlar İmam Əlini (ə) tək qoyduqları və İmam Həsənə (ə) xəyanət etdikləri kimi İmam Hüseyni (ə) də tək qoyaraq xəyanət yolunu tutdular.
Sonra da Süfyani və Əməvi hakimlərinə nökərlik edən səhabə, tabei və mühəddislər Kufə əhlini xəyanətkar, vəfasız və yalançı adandırdılar ki, İmam Əlinin (ə) və Əhli-Beytin (ə) fəzilətlərini yayan ravilərə zərbə endirsinlər, Əhli-Beytin (ə) fəzilət hədisləri yayılmasın. t.me/mirmehemmed_beshir