Fikir Və Təhlil Köşəsi

11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün

Vüsal Əli Köşə Yazarı
Yazara Sual Göndər
18.08.2026 00:29 7 baxış
11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün

11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün, Bir ömür yaşayırıq, bir gün torpağa qovuşmaq üçün. Nə mal, nə mülk, nə şöhrət qalır, Sonda hər şey – 7 metr ağ kəfən olur. Uca Allah buyurur: "Siz harada olursunuzsa olun, hətta uca qalalarda olsanız belə, ölüm sizi haqlayacaqdır..." (Nisa, 78). Dünyanın nemətləri əlimizdən axıb gedir, Zamanı saxlamaq mümkünsüzdür, Həyat bir göz qırpımı qədər qısadır, Əbədilik isə – özünlə apardığın əməllərdədir. Unutma: hər bir addım, hər bir an sənin üçün sınaqdı. Ömrünü mənasız xərcləmə, Çünki bu yolun sonu – 7 metr ağ kəfəndir.