Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir:
بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ إِقَامِ الصَّلَاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ حِجِّ الْبَيْتِ وَ صَوْمِ شَهْرِ رَمَضَانَ وَ الْوَلَايَةِ لَنَا أَهْلَ الْبَيْتِ فَجُعِلَ فِي أَرْبَعٍ مِنْهَا رُخْصَةٌ وَ لَمْ يُجْعَلْ فِي الْوَلَايَةِ رُخْصَةٌ مَنْ لَمْ يَكُنْ لَهُ مَالٌ لَمْ يَكُنْ عَلَيْهِ الزَّكَاةُ وَ مَنْ لَمْ يَكُنْ عِنْدَهُ مَالٌ فَلَيْسَ عَلَيْهِ حَجٌّ وَ مَنْ كَانَ مَرِيضاً صَلَّى قَاعِداً وَ أَفْطَرَ شَهْرَ رَمَضَانَ وَ الْوَلَايَةُ صَحِيحاً كَانَ أَوْ مَرِيضاً أَوْ ذَا مَالٍ أَوْ لَا مَالَ لَهُ فَهِيَ لَازِمَةٌ وَاجِبَةٌ.
“İslam beş sütunun üzərində qurulmuşdur: namaz qılmaq, zəkat vermək, Evi həcc etmək, Ramazan ayında oruc tutmaq və biz – Əhli-Beytin vilayəti. Onlardan dördündə rüxsət var, lakin vilayətdə rüxsət (və bəhanəyə yer) yoxdur. Belə ki, malı olmayana zəkat və həcc vacib deyil. Kim xəstə olsa, oturan halda namaz qılacaq və Ramazan ayının orucunu tutmayacaq. Lakin sağlam və ya xəstə, eləcə də var-dövlət sahibi və ya fəqir olduqda belə, vilayət lazım və vacibdir”.[1]
[1] əl-Xisal, s. 278