Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#17

ADİYAT SURƏSİ

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

بسم الله الرحمن الرحيم
وَالْعَادِيَاتِ ضَبْحًا (1) فَالْمُورِيَاتِ قَدْحًا (2) فَالْمُغِيرَاتِ صُبْحًا (3) فَأَثَرْنَ بِهِ نَقْعًا (4) فَوَسَطْنَ بِهِ جَمْعًا (5) اِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ (6) وَاِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ (7) وَاِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ (8) أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ (9) وَحُصِّلَ مَا فِي الصُّدُورِ(10) اِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ (11).

Oxunuşu / Transkripsiya və İzahı

Bağışlayan və mehriban Allahın adı ilə
1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,
2. (And ol¬sun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,
3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə
4. Hücumla¬rı ilə toz-tor¬paq qaldıranlara,
5. O hücumla (düş¬mən¬lərin) mərkəzi¬nə yol tapan¬la¬¬ra (and olsun) ki,
6. Həqiqətən, insan öz Rəbbinə qar¬şı çox nan¬kor, xə¬sis və itaətsizdir!
7. Və şübhəsiz, o özü də buna şa¬hiddir.
8. Hə¬qi¬qə¬tən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.
9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarıla¬ca¬ğı zaman (qiyamət günü),
10. Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,
11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.
Adiyat surəsinin fəziləti
Hədisdə deyilir ki, hər kim onu oxumağı həmişə davam etdirsə, Qiyamət günü Əmirəl-möminin Əli (ə) ilə məhşur olar.

Azərbaycan Dili Tərcüməsi

Bismillahir rəhmanir rəhim
Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl muğirati subha 3. Fəəsərnə bihi nəq`a 4. Fəvəsətnə bihi cəm`a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə`ləmu iza bu`sirə ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11.
Əvvəlki: #16. ZƏLZƏLƏ SURƏSİ Bütün Dualar ↑ Növbəti: #18. KAFİRUN SURƏSİ