Oxunuşu / Transkripsiya və İzahı
Bilmək lazımdır ki, fəzilət baxımındın “Kufə” məscidindən sonra “Səhlə” məscididir ki, həzrət İdris (ə), həzrət İbrahim (ə) və həzrət Xızr (ə)-ın evi, sakin olduqları yerdir. İmam Sadiq (ə) Əbu Bəsirə belə buyurdu: “Ey Əba Məhəmməd! Mən sanki Sahibəzzaman Məhdi (ə)-ı əhli-əyalı ilə birlikdə “Səhlə” məscidinə enib, orada sakin olduqlarını və yaşadıqlarını görürəm. Allah taalanın göndərdiyi hər bir peyğəmbər orada namaz qılmışlar. Hər kəs o məsciddə namaz qılsa, sanki həzrət Peyğəmbəri-Əkrəm (s)-in xeyməsində namaz qılmışdır. Elə bir mömin kişi və qadın yoxdur ki, qəlbi ona meyilli olmasın. O məsciddə hər bir peyğəmbərin şəkli çəkilmiş bir daş vardır. Hər kəs orada xalis və saf niyyətlə namaz qılıb, dua etsə, dərhal hacəti qəbul olunar, qorxduğu şeydən aman istəyənə aman verilər.” Dedim: “Bu məscidin fəzilətləri elə bu qədərdimi?” Buyurdu: “Sənə bundan da çox deyimmi?” Dedim: “Bəli!” Buyurdu: “Bu məscid o məkanlardan sayılır ki, Allah taala Onu bu məsciddə çağırıldığını çox sevir. Hər gecə-gündüz mələklər onu ziyarət etmək üçün enib, Allaha ibadət edirlər.” Sonra o həzrət əlavə edərək buyurdu: “Əgər mən yaxın olsaydım, bütün namazlarımı orada qılardım.” Ey Əba Məhəmməd! Mənim bu məscidin fəziləti ilə bağlı demədiklərim dediklərimdən olduqca çoxdur.” Dedim: “Sənə qurban olum! Həzrət Qaim Məhdi (ə) həmişə bu məsciddə olacaqmı?” Buyurdu: “Bəli!”