Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#261

Altıncı ziyarət

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صِفْوَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ السَّلامُ عَلَى مَنِ اصْطَفَاهُ اللَّهُ وَ اخْتَصَّهُ وَ اخْتَارَهُ مِنْ بَرِيَّتِهِ السَّلامُ عَلَيْكَ يَا خَلِيلَ اللَّهِ مَا دَجَا اللَّيْلُ وَ غَسَقَ وَ أَضَاءَ النَّهَارُ وَ أَشْرَقَ السَّلامُ عَلَيْكَ مَا صَمَتَ صَامِتٌ وَ نَطَقَ نَاطِقٌ وَ ذَرَّ شَارِقٌ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى مَوْلانَا أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ صَاحِبِ السَّوَابِقِ وَ الْمَنَاقِبِ وَ النَّجْدَةِ وَ مُبِيدِ الْكَتَائِبِ الشَّدِيدِ الْبَأْسِ الْعَظِيمِ الْمِرَاسِ الْمَكِينِ الْأَسَاسِ سَاقِي الْمُؤْمِنِينَ بِالْكَأْسِ مِنْ حَوْضِ الرَّسُولِ الْمَكِينِ الْأَمِينِ السَّلامُ عَلَى صَاحِبِ النُّهَى وَ الْفَضْلِ وَ الطَّوَائِلِ وَ الْمَكْرُمَاتِ وَ النَّوَائِلِ السَّلامُ عَلَى فَارِسِ الْمُؤْمِنِينَ وَ لَيْثِ الْمُوَحِّدِينَ وَ قَاتِلِ الْمُشْرِكِينَ وَ وَصِيِّ رَسُولِ رَبِّ الْعَالَمِينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى مَنْ أَيَّدَهُ اللَّهُ بِجَبْرَئِيلَ وَ أَعَانَهُ بِمِيكَائِيلَ وَ أَزْلَفَهُ فِي الدَّارَيْنِ وَ حَبَاهُ بِكُلِّ مَا تَقِرُّ بِهِ الْعَيْنُ وَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَى آلِهِ الطَّاهِرِينَ وَ عَلَى أَوْلادِهِ الْمُنْتَجَبِينَ وَ عَلَى الْأَئِمَّةِ الرَّاشِدِينَ الَّذِينَ أَمَرُوا بِالْمَعْرُوفِ وَ نَهَوْا عَنِ الْمُنْكَرِ وَ فَرَضُوا عَلَيْنَا الصَّلَوَاتِ وَ أَمَرُوا بِإِيتَاءِ الزَّكَاةِ وَ عَرَّفُونَا صِيَامَ شَهْرِ رَمَضَانَ وَ قِرَاءَةَ الْقُرْآنِ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ يَعْسُوبَ الدِّينِ وَ قَائِدَ الْغُرِّ الْمُحَجَّلِينَ السَّلامُ عَلَيْكَ يَا بَابَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا عَيْنَ اللَّهِ النَّاظِرَةَ وَ يَدَهُ الْبَاسِطَةَ وَ أُذُنَهُ الْوَاعِيَةَ وَ حِكْمَتَهُ الْبَالِغَةَ وَ نِعْمَتَهُ السَّابِغَةَ وَ نِقْمَتَهُ الدَّامِغَةَ السَّلامُ عَلَى قَسِيمِ الْجَنَّةِ وَ النَّارِ السَّلامُ عَلَى نِعْمَةِ اللَّهِ عَلَى الْأَبْرَارِ وَ نِقْمَتِهِ عَلَى الْفُجَّارِ السَّلامُ عَلَى سَيِّدِ الْمُتَّقِينَ الْأَخْيَارِ السَّلامُ عَلَى أَخِي رَسُولِ اللَّهِ وَ ابْنِ عَمِّهِ وَ زَوْجِ ابْنَتِهِ وَ الْمَخْلُوقِ مِنْ طِينَتِهِ السَّلامُ عَلَى الْأَصْلِ الْقَدِيمِ وَ الْفَرْعِ الْكَرِيمِ السَّلامُ عَلَى الثَّمَرِ الْجَنِيِّ السَّلامُ عَلَى أَبِي الْحَسَنِ عَلِيٍّ السَّلامُ عَلَى شَجَرَةِ طُوبَى وَ سِدْرَةِ الْمُنْتَهَى السَّلامُ عَلَى آدَمَ صَفْوَةِ اللَّهِ وَ نُوحٍ نَبِيِّ اللَّهِ وَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ وَ مُوسَى كَلِيمِ اللَّهِ وَ عِيسَى رُوحِ اللَّهِ وَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ وَ مَنْ بَيْنَهُمْ مِنَ النَّبِيِّينَ وَ الصِّدِّيقِينَ وَ الشُّهَدَاءِ وَ الصَّالِحِينَ وَ حَسُنَ أُولَئِكَ رَفِيقا السَّلامُ عَلَى نُورِ الْأَنْوَارِ وَ سَلِيلِ الْأَطْهَارِ وَ عَنَاصِرِ الْأَخْيَارِ السَّلامُ عَلَى وَالِدِ الْأَئِمَّةِ الْأَبْرَارِ السَّلامُ عَلَى حَبْلِ اللَّهِ الْمَتِينِ وَ جَنْبِهِ الْمَكِينِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى أَمِينِ اللَّهِ فِي أَرْضِهِ وَ خَلِيفَتِهِ وَ الْحَاكِمِ بِأَمْرِهِ وَ الْقَيِّمِ بِدِينِهِ وَ النَّاطِقِ بِحِكْمَتِهِ وَ الْعَامِلِ بِكِتَابِهِ أَخِ الرَّسُولِ وَ زَوْجِ الْبَتُولِ وَ سَيْفِ اللَّهِ الْمَسْلُولِ السَّلامُ عَلَى صَاحِبِ الدَّلالاتِ وَ الْآيَاتِ الْبَاهِرَاتِ وَ الْمُعْجِزَاتِ الْقَاهِرَاتِ [الزَّاهِرَاتِ‏] وَ الْمُنْجِي مِنَ الْهَلَكَاتِ الَّذِي ذَكَرَهُ اللَّهُ فِي مُحْكَمِ الْآيَاتِ فَقَالَ تَعَالَى وَ اِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ السَّلامُ عَلَى اسْمِ اللَّهِ الرَّضِيِّ وَ وَجْهِهِ الْمُضِي‏ءِ وَ جَنْبِهِ الْعَلِيِّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَى حُجَجِ اللَّهِ وَ أَوْصِيَائِهِ وَ خَاصَّةِ اللَّهِ وَ أَصْفِيَائِهِ وَ خَالِصَتِهِ وَ أُمَنَائِهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ قَصَدْتُكَ يَا مَوْلايَ يَا أَمِينَ اللَّهِ وَ حُجَّتَهُ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُتَقَرِّبا إِلَى اللَّهِ بِزِيَارَتِكَ فَاشْفَعْ لِي عِنْدَ اللَّهِ رَبِّي وَ رَبِّكَ فِي خَلاصِ رَقَبَتِي مِنَ النَّارِ وَ قَضَاءِ حَوَائِجِي حَوَائِجِ الدُّنْيَا وَ الْآخِرَةِ سَلامُ اللَّهِ وَ سَلامُ مَلائِكَتِهِ الْمُقَرَّبِينَ وَ الْمُسَلَّمِينَ [الْمُسْلِمِينَ‏] لَكَ بِقُلُوبِهِمْ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ النَّاطِقِينَ بِفَضْلِكَ وَ الشَّاهِدِينَ عَلَى أَنَّكَ صَادِقٌ أَمِينٌ صِدِّيقٌ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ طُهْرٌ طَاهِرٌ مُطَهَّرٌ مِنْ طُهْرٍ طَاهِرٍ مُطَهَّرٍ أَشْهَدُ لَكَ يَا وَلِيَّ اللَّهِ وَ وَلِيَّ رَسُولِهِ بِالْبَلاغِ وَ الْأَدَاءِ وَ أَشْهَدُ أَنَّكَ جَنْبُ اللَّهِ وَ بَابُهُ وَ أَنَّكَ حَبِيبُ اللَّهِ وَ وَجْهُهُ الَّذِي يُؤْتَى مِنْهُ وَ أَنَّكَ سَبِيلُ اللَّهِ وَ أَنَّكَ عَبْدُ اللَّهِ وَ أَخُو رَسُولِهِ [رَسُولِ اللَّهِ‏] صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أَتَيْتُكَ مُتَقَرِّبا إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ بِزِيَارَتِكَ رَاغِبا إِلَيْكَ فِي الشَّفَاعَةِ أَبْتَغِي بِشَفَاعَتِكَ خَلاصَ رَقَبَتِي مِنَ النَّارِ مُتَعَوِّذا بِكَ مِنَ النَّارِ هَارِبا مِنْ ذُنُوبِيَ الَّتِي احْتَطَبْتُهَا عَلَى ظَهْرِي فَزِعا إِلَيْكَ رَجَاءَ رَحْمَةِ رَبِّي أَتَيْتُكَ أَسْتَشْفِعُ بِكَ يَا مَوْلايَ وَ أَتَقَرَّبُ بِكَ إِلَى اللَّهِ لِيَقْضِيَ بِكَ حَوَائِجِي فَاشْفَعْ لِي يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِلَى اللَّهِ فَإِنِّي عَبْدُ اللَّهِ وَ مَوْلاكَ وَ زَائِرُكَ وَ لَكَ عِنْدَ اللَّهِ الْمَقَامُ الْمَحْمُودُ وَ الْجَاهُ الْعَظِيمُ وَ الشَّأْنُ الْكَبِيرُ وَ الشَّفَاعَةُ الْمَقْبُولَةُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ عَبْدِكَ الْمُرْتَضَى وَ أَمِينِكَ الْأَوْفَى وَ عُرْوَتِكَ الْوُثْقَى وَ يَدِكَ الْعُلْيَا وَ جَنْبِكَ الْأَعْلَى وَ كَلِمَتِكَ الْحُسْنَى وَ حُجَّتِكَ عَلَى الْوَرَى وَ صِدِّيقِكَ الْأَكْبَرِ وَ سَيِّدِ الْأَوْصِيَاءِ وَ رُكْنِ الْأَوْلِيَاءِ وَ عِمَادِ الْأَصْفِيَاءِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ يَعْسُوبِ الدِّينِ وَ قُدْوَةِ الصَّالِحِينَ وَ إِمَامِ الْمُخْلِصِينَ الْمَعْصُومِ مِنَ الْخَلَلِ الْمُهَذَّبِ مِنَ الزَّلَلِ الْمُطَهَّرِ مِنَ الْعَيْبِ الْمُنَزَّهِ مِنَ الرَّيْبِ أَخِي نَبِيِّكَ وَ وَصِيِّ رَسُولِكَ الْبَائِتِ عَلَى فِرَاشِهِ وَ الْمُوَاسِي لَهُ بِنَفْسِهِ وَ كَاشِفِ الْكَرْبِ عَنْ وَجْهِهِ الَّذِي جَعَلْتَهُ سَيْفا لِنُبُوَّتِهِ وَ آيَةً لِرِسَالَتِهِ وَ شَاهِدا عَلَى أُمَّتِهِ وَ دِلالَةً عَلَى حُجَّتِهِ [لِحُجَّتِهِ‏] وَ حَامِلا لِرَايَتِهِ وَ وِقَايَةً لِمُهْجَتِهِ وَ هَادِيا لِأُمَّتِهِ وَ يَدا لِبَأْسِهِ وَ تَاجا لِرَأْسِهِ وَ بَابا لِسِرِّهِ وَ مِفْتَاحا لِظَفَرِهِ حَتَّى هَزَمَ جُيُوشَ الشِّرْكِ بِإِذْنِكَ وَ أَبَادَ عَسَاكِرَ الْكُفْرِ بِأَمْرِكَ وَ بَذَلَ نَفْسَهُ فِي مَرْضَاةِ رَسُولِكَ وَ جَعَلَهَا وَقْفا عَلَى طَاعَتِهِ فَصَلِّ اللَّهُمَّ عَلَيْهِ صَلاةً دَائِمَةً بَاقِيَةً السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ الشَّهَابَ الثَّاقِبَ وَ النُّورَ الْعَاقِبَ يَا سَلِيلَ الْأَطَائِبِ يَا سِرَّ اللَّهِ اِنَّ بَيْنِي وَ بَيْنَ اللَّهِ تَعَالَى ذُنُوبا قَدْ أَثْقَلَتْ ظَهْرِي وَ لا يَأْتِي عَلَيْهَا إِلا رِضَاهُ فَبِحَقِّ مَنِ ائْتَمَنَكَ عَلَى سِرِّهِ وَ اسْتَرْعَاكَ أَمْرَ خَلْقِهِ كُنْ لِي إِلَى اللَّهِ شَفِيعا وَ مِنَ النَّارِ مُجِيرا وَ عَلَى الدَّهْرِ ظَهِيرا فَإِنِّي عَبْدُ اللَّهِ وَ وَلِيُّكَ وَ زَائِرُكَ صَلَّى اللَّهُ عَلَيْكَ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلَيْكَ مِنِّي سَلامُ اللَّهِ أَبَدا مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ أَتَيْتُكُمَا زَائِرا وَ مُتَوَسِّلا إِلَى اللَّهِ تَعَالَى رَبِّي وَ رَبِّكُمَا وَ مُتَوَجِّها إِلَى اللَّهِ بِكُمَا وَ مُسْتَشْفِعا بِكُمَا إِلَى اللَّهِ فِي حَاجَتِي هَذِهِ
يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ وَ يَا كَاشِفَ كَرْبِ الْمَكْرُوبِينَ
السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ السَّلامُ عَلَى أَبِي عَبْدِ اللَّهِ الْحُسَيْنِ مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنِّي لِزِيَارَتِكُمَا وَ لا فَرَّقَ اللَّهُ بَيْنِي وَ بَيْنَكُمَا

Oxunuşu / Transkripsiya və İzahı

Bu ziyarəti alimlərin bir toplusu rəvayət etmişlər. Onlardan biri Şeyx Məhəmməd ibni Məşhədi belə buyurmuşdur: “Məhəmməd ibni Xalid Təyalisi, Seyf ibni Ümeyrənin belə buyurduğunu nəql edir: “Səfvan Cəmmal və səhabələrimizin bəzisi ilə Nəcəfə doğru getdik və yetişib Həzrət Əli (ə)-ı ziyarət etdik. Ziyarəti bitirdikdən sonra Səfvan üzünü İmam Hüseynin qəbrinə tərəf çevirib dedi: “Buradan, Əmirəl-möminin qəbrinin baş tərəfindən İmam Hüseyni ziyarət edirəm.” Səfvan dedi ki, mən İmam Sadiq (ə)-la bura gəlmişdim. Həzrət, mən indi etdiyim kimi, namaz qılıb, ziyarət edib dua etdi. Sonra buyurdu: “Ey Səfvan, bu ziyarəti yaddında saxla, bu duanı oxu və həmişə Əmirəl-möminin Əli ilə İmam Hüseyni belə ziyarət elə. Hər kim bu həzrətləri belə ziyarət etsə və bu duaları istər yaxından, istərsə də uzaqdan ziyarəti qəbul olar, əməlləri savabsız qalmaz, salamları məqsədə yetişər və hacətləri nə qədər böyük və çox olsa rəva olar.”
Müəllif deyir: “Bu əməlin fəzilətində olan hədisin ardı Səfvan duasından sonra Aşura gününün ziyarətlərində gələcək”
Hz. Əmirəl-möminin Əli (ə)-ın ziyarəti belədir. Üzü qəbrə tərəf dayanıb deyirsən:
Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey Allahın (vəhyinin) əmanətdarı! Salam olsun Allahın seçdiyi, məxsus məqama ucaltdığı və yaratdıqları arasından bəyəndiyi şəxsə! Gecə zülmət və qaranlıq, gündüz isə aydın və işıqlı olduğu vaxta qədər salam olsun sənə, ey Allahın dostu! Sakit susduğu, danışan danışdığı və günəş saçdığı vaxta qədər salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun mövlamız Əmirəlmöminin Əli ibn Əbu Talibə – parlaq keçmiş, fəzilətlər, böyüklük və şücaət sahibinə, güclü, böyük və möhkəm səfləri (ordunu) dağıdana və möminlərin iqtidar sahibi və əmanətdar Peyğəmbərin hovuzundan şərab camı ilə sirab edənə! Salam olsun əql, fəzilət, nemət, kəramət və hədiyyələr sahibinə! Salam olsun möminlərin şücaətlisi, təkallahçıların şiri, müşriklərin qatili və aləmlərin Rəbbinin Rəsulunun canişininə! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun Allahın Cəbrail vasitəsilə təsdiqlədiyi, Mikayıl vasitəsilə yardım etdiyi, hər iki dünyada Özünə yaxınlaşdırdığı və gözünün aydınlığına səbəb olanları əta etdiyi şəxsə! Allahın salamı olsun ona, onun pak xanədanı, seçilmiş övladları və hidayət imamlarına – yaxşılıqlara dəvət edən, pisliklərdən çəkindirən, namazları bizə vacib edən, zəkat verməyi əmr edən, bizi Ramazan ayının orucu və Quran oxumaqla tanış edənlərə! Salam olsun sənə, ey Əmirəlmöminin, dinin rəhbəri və üzüağ insanların öndəri! Salam olsun sənə, ey Allahın qapısı! Salam olsun sənə, ey Allahın görən gözü, açıq əli, (sirrini) eşidən qulağı, bitkin hikməti, firavan neməti və üzücü əzabı! Salam olsun cənnətlə cəhənnəmi bölənə! Salam olsun Allahın xeyirxahlara olan neməti və çirkin insanlara olan əzabına! Salam olsun seçilmiş təqvalıların sərvərinə! Salam olsun Rəsulullahın qardaşı, əmisi oğlu, qızının əri və onun mayasından yaranmışa! Salam olsun qədim kök və kəramətli budağa! Salam olsun dərilmiş (yetişmiş) meyvəyə! Salam olsun Əbülhəsən Əliyə! Salam olsun “Tuba” ağacı və “Sidrətül-Müntəha”ya (behişt” ağaclarına)! Salam olsun Allahın seçdiyi Adəmə! Salam olsun Allahın peyğəmbəri Nuha! Salam olsun Allahın dostu İbrahimə və Allahla həmsöhbət olan Musaya! Salam olsun Allahın ruhu İsaya! Salam olsun Allahın həbibi Məhəmmədə, onların arasındakı peyğəmbərlərə, düzdanışanlara, şəhidlərə və salehlərə! Onlar yaxşı dost idilər. Salam olsun nurlar nuruna, pak sülaləyə və seçilmiş ünsürlərə! Salam olsun xeyirxah imamların atasına! Salam olsun Allahın qırılmaz ipi və möhkəm tərəfdarına! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun Allahın yer üzündəki əmanətdarı, xəlifəsi, əmri ilə hakimi, dininin rəhbəri, hikməti ilə danışan, kitabına əməl edən, Peyğəmbərin qardaşı, Bətulun (Fatimeyi-Zəhranın) həyat yoldaşı və Allahın qınından çıxmış qılıncına! Salam olsun dəlillər sahibi, parlaq nişanələr, tutarlı möcüzələr və təhlükələrdən nicat verənə – Allahın möhkəm ayələrində zikr etdiyi şəxsə! Belə ki, Allah-Taala buyurmuşdur: “Həqiqətən, o, Bizim yanımızda ana kitabda (lövhi-məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.” Salam olsun Allahın bəyənilən adı, parlayan üzü və uca tərəfdarına! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun Allahın höccətləri, vəsiləri, xas bəndələri, seçdikləri, xalis bəndələri və əmanətdarlarına! Allahın rəhmət və bərəkətləri olsun onlara! Ey mənim mövlam, ey Allahın (vəhyinin) əmanətdarı və höccəti, səni niyyət edib haqqını tanıdığım, dostlarını sevdiyim, düşmənlərinə nifrət bəslədiyim halda ziyarətinə gəlmişəm və səni ziyarət etməklə Allaha yaxınlaşıram. Elə isə mənim və sənin Rəbbinin dərgahında mənim cəhənnəm odundan xilas olunmağım, dünya və axirət hacətlərimin rəva olunmasında mənə şəfaətçi ol!
Sonra özünü qəbrə yapışdır, qəbri öp və de:
Allahın, “müqərrəb” (Allaha yaxın) mələklərin və ey Əmirəlmöminin, qəlbən sənə təslim olanların, sənin fəzilət və üstünlüyünü deyənlərin, sənin sadiq, əmanətdar və düzdanışan olduğuna şahid olanların salamı olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, sən bütün çirkinliklərdən uzaqsan, paksan, pakizəsən, pak-pakizə nəsildənsən. Şəhadət verirəm ki, sən Allahın və Rəsulunun nümayəndəsisən, öz üzərinə götürdüklərini (insanlara) çatdırdın və yerinə yetirdin. Şəhadət verirəm ki, sən Allahın tərəfində və Onun qapısısan! Həqiqətən, sən Allahın bəndəsi və Rəsulunun qardaşısan, Allahın həbibi və insanların Allaha doğru üz tutduğu surətisən. Allahın yolu, bəndəsi və Onun Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) qardaşısan. Sənin qapına gəlmişəm. Səni ziyarət etməklə böyük və uca Allaha yaxınlaşıram. Şəfaətinə müştağam və şəfaətinlə cəhənnəm odundan qurtulmaq istəyirəm. Cəhənnəm odundan sənə pənah gətirmişəm. Çiynimə yüklədiyim günahlardan qaçaraq sənə sığınmışam. Rəbbimin rəhmətinə ümid bəsləyərək sənin yanına gəlmişəm ki, səni özümə şəfaətçi seçim. Ey mənim mövlam, hacətlərimin rəva olunması üçün sənin vasitənlə Allaha yaxınlaşıram. Belə isə, ey Əmirəlmöminin, Allahın dərgahında mənə şəfaətçi ol ki, mən Allahın (günahkar) bəndəsi, sənin nökərin və ziyarətçinəm. Sənin Allah dərgahında bəyənilmiş məqamın, böyük dərəcən və məqbul şəfaət məqamın var. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bəyəndiyin bəndən, vəfalı əmanətdarın, möhkəm dəstəyin, uca əlin, böyük tərəfdarın, gözəl sözün, məxluqata höccətin, böyük “siddiq”in (düzdanışan), vəsilərin sərvəri, övliyaların dayağı, seçilmiş bəndələrin sütunu, möminlərin əmiri, dinin rəhbəri, salehlərin öndəri, ixlaslı bəndələrin imamı, eyiblərdən uzaq olan, çirkinliklərdən təmizlənən, eyiblərdən paklanan, şəkdən uzaq olan, Sənin Peyğəmbərinin qardaşı, Rəsulunun canişini, (hicrət gecəsi) onun yatağında yataraq canını ona fəda edən, onun çöhrəsindən qəm-qüssəni aparan, peyğəmbərlik üçün iti qılınc, risalətinə nişanə, ümmətinə şahid, höccətinə dəlil, bayrağını dalğalandırdan, canını qorumaq üçün qalxan, ümmətinə bələdçi, düşmənlərinə hücum etmək üçün qüdrətli əl, başının tacı, sirrinin qapısı və onun qələbə çalması üçün açar seçdiyin və nəhayət, Sənin izninlə şirk qoşunlarını həlakətə yetirən, əmrinlə küfr əsgərlərini məhv edən, Rəsulunun razılığını əldə etmək üçün canını fəda edib Rəsuluna itaət yolunda vəqf edən Əmirəlmömininə salam yetir. İlahi, ona daimi və davamlı salam yetir!
Sonra de:
Salam olsun sənə, ey Allahın vəlisi! Ey qüdrətli şölə və davamlı nur! Ey pakların nəsli, ey Allahın sirri! Həqiqətən, mənimlə Allah-Taala arasında çiynimə ağırlıq gətirən və Allahın razılığından başqa bağışlanması mümkün olmayan günahlar var. Elə isə, səni Öz sirrinə əmanətdar seçən və yaranmışların işlərinin rəhbərliyini sənə tapşıran şəxsin xatirinə Allahın dərgahında mənə şəfaətçi ol, cəhənnəm odundan mənə pənah ver, ruzigarın acı hadisələrində dayağım ol ki, mən Allahın bəndəsi, sənin dostun və zəvvarınam. Allahın salamı olsun sənə!
Sonra altı rükət ziyarət namazı qıl və hansı duanı istəyirsən et və de:
Salam olsun sənə, ey Əmirəlmöminin! Mən yaşadığım, gecə və gündüz durduğu vaxta qədər mənim tərəfimdən Allahın əbədi salamı olsun sənə!
Sonra işarə et və imam Hüseynin (ələyhis-salam) qəbrinə tərəf diqqətini cəlb et və de:
Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Sizi ziyarət etmək, mənim və sizin Rəbbiniz uca Allaha təvəssül etmək üçün hüzurunuza gəlmişəm, sizin vasitənizlə Allaha üz tutmuşam və bu hacətimin rəva olunması üçün Allahın dərgahında sizin vasitənizlə şəfaət diləyirəm.
Səfvan duasını (“İnnəhu qəribun mucibun...”) axıra qədər oxu, sonra üzünü qibləyə çevir və duanın əvvəlindən oxu:
Ey Allah, ey Allah, ey Allah, ey çarəsizlərin çağırışına cavab verən və ey qəmlilərin qəmini aradan qaldıran!
“vəsrifni biqəzai həcəti və kifayəti ma əhəmməni həmmuhu min əmri dunyayə və axirəti ya ərhəmər rahi¬min”- ə qədər.
Sonra həzrəti Əmirəl-mömininin (ələyhis-salam) qəbrinə tərəf diqqətini yönəldib de:
Mən yaşadığım, gecə və gündüz durduğu vaxta qədər salam olsun sənə, ey Əmirəlmöminin! Salam olsun sənə, ey Əba-Əbdillah Hüseyn! Allah mənim bu ziyarətimi sonuncu ziyarət qərar verməsin və mənimlə sizin aranızda ayrılıq salmasın.
Müəllif deyir: Bundan əvvəl zikir olundu ki, “Səfvan” duası həmin “Əlqəmə” duası adı ilə məşhur olub və onun zikri Aşura gününün ziyarətində gələcək.

Azərbaycan Dili Tərcüməsi

Əssəlamu ələykə ya rəsu-ləllah, əssəlamu ələykə ya sifvətəllah, əssəlamu ələykə ya əminəllah, əssəlamu əla mənis-təfahullahu vəxtəssəhu vəxta-rəhu min bəriyyətih, əssəlamu ələykə ya xəliləllah, ma dəcəl ləylu və ğəsəqə və əzaən nəha-ru və əşrəq, əssəlamu ələykə ma səmətə samitu və nətəqə natiqun və zərrə şariqun və rəhmətullahi və bərəkatuh, əssəlamu əla məvlana əmiril mu`minin, Əliyyibni Əbi Talibin sahibis səvabiqi vəl mənaqibi vən nəcdəh, və mubi-dil kətaibiş şədidil bə`sil əzimil mirasil məkinil əsas, saqil mu`mininə bil kə`si min həvzir rəsulil məkinil əmin, əssəlamu əla sahibin nuha vəl fəzli vət təvaili vəl məkrumati vən nəvail, əssəlamu əla farisil mu`minin, və ləysil muvəh-hidinə və qatilil muşrikin, və vəsiyyi rəsuli rəbbil aləmin, və rəhmətullahi və bərəkatuh, əssəlamu əla mən əyyədəhul-lahu bicəbrəil, və əanəhu bimikailə və əzləfəhu fid darəyn, və həbahu bikulli ma təqirru bihil əyn, və səlləllahu ələyhi və əla alihit tahirin, və əla əvladihil muntəcəbin, və ələl əimmətir raşidin, əlləzinə əməru bil mə`rufi və nəhəv ənil munkər, və fərəzu ələynəs səlati və əməru bi itaiz zəkah, və ərrəfuna siyamə şəhri rəməzanə və qiraətəl Qur`an, əssəlamu ələykə ya əmirəl mu`minin, və yə`subəd dini və qaidəl ğurril muhəccəlin, əssəlamu ələykə ya babəllah, əssəlamu ələykə ya əynəllahin nazirətə və yədəhul basitəh, və uzunəhul vaiyətə və hik-mətuhul baliğəh, və ni`mətəhus sabiğətə və niqmətəhud dami-ğəh, əssəlamu əla qəsimil cənnəti vən nar, əssəlamu əla ni`mətillahi ələl əbrari və niqmətihi ələl fuccar, əssəlamu əla səyyidil muttəqinəl əxyar, əssəlamu əla əxi rəsulillahi vəbni əmmihi və zəvcibnətihi vəl məxluqi min tinətih, əssə-lamu ələl əslil qədimi vəl fər`il kərim, əssəlamu ələs səməril cəniyy, əssəlamu əla Əbil Hə-səni Əliyy, əssəlamu əla şəcə-rəti tuba və sidrətil muntəha, əssəlamu əla Adəmə səfvətil-lahi və Nuhin nəbiyyillah, və İbrahimə xəlilillahi və Musa kəlimillah, və İsa ruhillahi və Muhəmmədin həbibillah, və mən bəynəhum minən nəbiyyinə vəs siddiqinə vəş şuhədai vəs salihin, və həsənu ulaikə rəfiqa, əssəlamu əla nuril ənvari və səlilil əthari və ənasiril əxyar, əssəlamu əla validil əimmətil əbrar, əssəlamu əla həblillahil mətini və cənbihil məkini və rəhmə-tullahi və bərəkatuh, əssəlamu əla əminillahi fi ərzihi və xəlifətihi vəl hakimi biəmrih, vəl qəyyimi bidinihi vən natiqi bihikmətih, vəl amili bikitabihi əxir rəsuli və zəvcil bətuli və səyfillahil məslul, əssəlamu əla sahibid dəlalati vəl ayatil bahi-rat, vəl mu`cizatil qahirat (iz zahirat), vəl munci minəl hələkatilləzi zəkərəhullahu fi muhkəmil ayat, fəqalə təala və innəhu fi ummil kitabi lədəyna ləəliyyun həkim, əssəlamu ələsmillahir rəziyyi və vəchihil muzi, və cənbihil əliyyi və rəhmətullahi və bərəkatuh, əssəlamu əla hucəcillah və əvsi-yaih, və xassətillahi və əsfiyaih, və xalisətihi və umənaih, və rəhmətullahi və bərəkatuh, qəsədtukə ya məvlayə ya əmi-nəllahi və huccətəhu zairən arifən bihəqqik, muvaliyən liəvliyaikə muadiyən liə`daik, mutəqərribən iləllahi biziya-rətik, fəşfə` li indəllahi rəbbi və rəbbik, fi xəlasi rəqəbəti minən nar, və qəzai həvaici həvaicid dunya vəl axirəh.
Səlamullahi və səlamu məla-ikətihil muqərrəbinə vəl musəl-ləminə ləkə biqulubihim ya əmiril mu`minin, vən natiqinə bifəzlikə vəş şahidinə əla ən-nəkə sadiqun əminun siddiqun ələykə və rəhmətullahi və bərə-katuh, əşhədu ənnəkə tuhrun tahirun mutəhhərun min tuhrin tahirin mutəhhər, əşhədu ləkə ya vəliyyəllahi və vəliyyə rəsulihi bil bəlaği vəl əda, və əşhədu ənnəkə cənbullahi və babuh, və ənnəkə həbibullahi və vəchuhulləzi yu`ta minh, və ənnəkə səbilullahi və ənnəkə əbdullahi və əxu rəsulih (rə-sulillah), səlləllahu ələyhi və alih, ətəytukə mutəqərribən iləllahi əzzə və cəll, biziyarətikə rağibən iləykə fiş şəfaəh, əbtəği bişəfaətikə xəlasə rəqəbəti minən nar, mutəəvvizən bikə minən nar, haribən min zunubiyəlləti ihtə-təbtuha əla zəhri, fəziən iləykə rəcaə rəhməti rəbbi, ətəytukə əstəşfiu bikə ya məvlay, və ətəqərrəbu bikə iləllahi liyəqziyə bikə həvaici, fəşfə li ya əmirəl mu`mininə iləllah, fəinni əbdullahi və məvlakə və zairuk, və ləkə indəllahil məqamul məhmudu vəl cahul əzimu vəş şə`nul kəbiru vəş şəfaətul məqbuləh, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və səlli əla əmiril mu`mininə əbdikəl murtəza, və əminikəl əvfa və urvətikəl vusqa və yədikəl ulya, və cənbikəl ə`la və kəlimətikəl husna və huccətikə ələl vəra, və siddiqikəl əkbəri və səyyidil əvsiyai və ruknil əvliya, və imadil əsfiyai əmiril mu`mininə və yə`subid din, və qudvətis salihinə və imamil muxlisin, əl mə`sumi minəl xələlil muhəzzəbi minəz zələlil mutəhhər, minəl əybil munəz-zəhi minər rəyb, əxi nəbiyyikə və vəsiyyi rəsulikəl baiti əla firaşih, vəl muvasi ləhu binəfsih, və kaşifil kərbi ən vəchihilləzi cəəltəhu səyfən linubuvvətih, və ayətən lirisalə-tihi və şahidən əla ummətih, və dilalətən əla huccətih (lihuc-cətih), və hamilən lirayətihi və viqayətən limuhcətihi və hadiyən liummətih, və yədən libə`sihi və tacən lirə`sih, və babən lisirrihi və miftahən lizəfərih, hətta həzəmə cuyuşəş şirki biiznik, və əbadə əsakirəl kufri biəmrik, və bəzələ nəfsəhu fi mərzati rəsulik, və cəələha vəqfən əla taətih, fəsəl-lillahummə ələyhi səlatən daimətən baqiyəh.
Əssəlamu ələykə ya vəliy-yəllah, vəş şəhabəs saqibə vən nurəl aqib, ya səliləl ətaibi ya sirrəllah, innə bəyni və bəynəllahi təala zunubən qəd əsqələt zəhri, və la yə`ti ələyha illa rizah, fəbihəqqi məni`tə-mənəkə əla sirrihi vəstər`akə əmri xəlqih, kun li iləllahi şə-fiən və minən nari mucirən və ələd dəhri zəhira, fəinni əb-dullahi və vəliyyukə və zairukə səlləllahu ələyk.
Əssəlamu ələykə ya əmirəl mu`minin, ələykə minni səla-mullahi əbədən ma bəqitu və bəqiyəlləylu vən nəhar.
Əssəlamu ələykə ya Əba Əb-dillah, əssəlamu ələykə yəbnə rəsulillah, ətəytukuma zairən və mutəvəssilən iləllahi təala rəbbi və rəbbikuma, və mutə-vəccihən iləllahi bikuma, və mustəşfiən bikuma iləllahi fi hacəti hazih.
Ya Əllahu ya Əllahu ya Əllah, ya mucibə də`vətil muztərrin, və ya kaşifə kərbil məkrubin
Əssəlamu ələykə ya əmirəl mu`minin, vəs səlamu əla Əbi Əbdillahil Husəyn, ma bəqitu və bəqiyəl ləylu vən nəhar, la cəələhullahu axirəl əhdi minni liziyarətikuma, və la fərrə-qəllahu bəyni və bəynəkuma.
Əvvəlki: #260. Beşinci ziyarət Bütün Dualar ↑ Növbəti: #262. Yeddinci ziyarət