Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#260

Beşinci ziyarət

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

السلام السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ أَنْتَ أَوَّلُ مَظْلُومٍ وَ أَوَّلُ مَنْ غُصِبَ حَقُّهُ صَبَرْتَ وَ احْتَسَبْتَ حَتَّى أَتَاكَ الْيَقِينُ فَأَشْهَدُ أَنَّكَ لَقِيتَ اللَّهَ وَ أَنْتَ شَهِيدٌ عَذَّبَ اللَّهُ قَاتِلَكَ بِأَنْوَاعِ الْعَذَابِ وَ جَدَّدَ عَلَيْهِ الْعَذَابَ جِئْتُكَ عَارِفا بِحَقِّكَ مُسْتَبْصِرا بِشَأْنِكَ مُعَادِيا لِأَعْدَائِكَ وَ مَنْ ظَلَمَكَ أَلْقَى عَلَى ذَلِكَ رَبِّي إِنْ شَاءَ اللَّهُ يَا وَلِيَّ اللَّهِ اِنَّ لِي ذُنُوبا كَثِيرَةً فَاشْفَعْ لِي إِلَى رَبِّكَ فَاِنَّ لَكَ عِنْدَ اللَّهِ مَقَاما مَعْلُوما وَ اِنَّ لَكَ عِنْدَ اللَّهِ جَاها وَ شَفَاعَةً وَ قَدْ قَالَ اللَّهُ تَعَالَى وَ لا يَشْفَعُونَ إِلا لِمَنِ ارْتَضَى

Oxunuşu / Transkripsiya və İzahı

Şeyx Kuleyni imam Əli Nəqidən (ə) rəvayət edir ki, Əmirəl-möminin Əlinin (ə) qəbrinin üstünə yetişdikdə belə de:
Salam olsun sənə, ey Allahın vəlisi! Sən ilk məzlum və haqqı mənimsənilən birinci şəxssən! (Bununla belə,) əcəlin çatana qədər savab məqsədilə səbir edib dözdün. Şəhadət verirəm ki, sən Allahla şəhid olduğun halda görüşdün. Allah sənin qatilini müxtəlif əzablarla cəzalandırsın və yeni-yeni əzablara düçar etsin! Mən sənin haqqını tanıdığım, məqamına bəsirətli olduğum, düşmənlərini və sənə zülm edənləri düşmən bildiyim halda qapına gəlmişəm və Allahın istəyi ilə elə bu halda da Rəbbimlə görüşəcəyəm! Ey Allahın vəlisi, mənim günahlarım böyükdür! Elə isə Rəbbinin dərgahında mənə şəfaətçi ol ki, həqiqətən, sənin Allah dərgahında məlum (uca) məqamın var, sən Allahın dərgahında üzüağ və şəfaət məqamına sahibsən! Allah-Taala buyurmuşdur: “Onlar Allahın bəyəndiyi kəsdən başqa heç kəsə şəfaət etməzlər.”

Azərbaycan Dili Tərcüməsi

Əssəlamu ələykə ya vəliy-yəllah, əntə əvvəlu məzlumin və əvvəlu mən ğusibə həqquh, səbərtə vəhtəsəbtə hətta ətakəl yəqin, fəəşhədu ənnəkə ləqitəl-lahə və əntə şəhid, əzzəbəllahu qatiləkə biənvail əzab, və cəd-dədə ələyhil əzab, ci`tukə ari-fən bihəqqikə mustəbsirən bişə`nikə muadiyən liə`daik, və mən zələməkə əlqa əla zalikə rəbbi inşaəllah, ya vəliyyəllahi innə li zunubən kəsirətən fəşfə` li ila rəbbik, fəinnə ləkə indəl-lahi məqamən mə`luma, və innə ləkə indəllahi cahən və şəfaəh, və qəd qaləllahu təala və la yəşfəunə illa limənirtəza.
Əvvəlki: #259. Dördüncü ziyarət Bütün Dualar ↑ Növbəti: #261. Altıncı ziyarət