Orijinal Ərəbcə Mətni
اَوَلَمْ يَرَ الَّذينَ كَفَرُوا اَنَّ السَّمَاوَاتِ وَالاَرْضَ كَانَتَا رَتْقاً فَفَتَقْنَاهُمَا، وَ جَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْيٍ حَيٍ، اَفَلا يُؤْمِنُونَ
اِنَّ اللهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالاَرْضَ اَنْ تَزُولا، وَ لَئِنْ زَالَتَا اِنْ اَمْسَكَهُمَا مِنْ اَحَدٍ مِنْ بَعْدِهِ، اِنَّهُ كَانَ حَليماًغَفُوراً
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، كَمْ مِنْ نِعْمَةٍ للهِِ في عِرْقٍ سَاكِنٍ حـم عسق، لا يُصَدَّعُونَ عَنْهَا وَ يُنْزِفُونَ، مِنْ كَلامِ الرَّحْمَانِ خَمَدَتِ النيّرَانُ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ، وَ جَالَ نَفْعُ الدَّوَاءِ فيكَ، كَمَا يَجُولُ مَاءُ الرَّبيعِ فِي الْغُصْنِ
Oxunuşu / Transkripsiya və İzahı
Su olan qaba
Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə bitişik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? (Yaxud göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.) Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!
ayəsini oxuduqdan sonra, onu için!
Rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s) baş və qulaq ağrısına, yaxud başqa bir dərdə mübtəla olanda, əlini açıb “Fatihə”, “Fələq” və “Nas” surələrini oxuyurdu və əlini üzünə çəkirdi. Bundan sonra o həzrətin ağrısı aradan gedirdi.
Həmçini baş ağrısının yaxşı olması üçün əlini başına çəkib desin:
Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
“Rəbiul-əbrar” kitabından nəql olunmuşdur ki, Məmun Tartusda baş ağrısına düçar oldu və onun əlacını tapa bilmədi. Buna görə də Romanın padşahı ona bir məktub yazdı ki, ey Məmun! Baş ağrısına mübtəla olduğunu eşitdim, bu məqsədlə sənə bir papaq göndərirəm ki, onu başına qoysan, başının ağrısı aradan gedər. Məmun papağın zəhərli olduğunu təsəvvür edib qorxduğundan onu başına qoymadı. Əmr etdi ki, əvvəlcə papağı Roma padşahının elçisi geysin. Ona heç bir ziyan yetirməməsini gördükdə, o, baş ağrısına tutulan başqa bir şəxsin geyməsini əmr etdi. Həmin şəxs papağı geyinib, başının ağrısı kəsildi.
Bu zaman, Məmun həmin papağı öz başına qoyduqda, baş ağrısı sakitləşdi. Təəccüb edib onu cırdı və onun içində belə bir duanın olduğunu gördü:
Bağışlayan və mehriban Allahın adı ilə! “Ha, mim, əyn, sin, qaf” ayəsinin vasitəsilə dərd və qanaxmadan uzaq olan damarda Allahın nə çox neməti vardır! Bağışlayan Allahın kəlamı ilə atəş söndü. Allahdan başqa güc və qüdrət yoxdur. Bahar yağışı ağacın budağına faydalı olduğu kimi, bu dərman da sənə faydalıdır.
Azərbaycan Dili Tərcüməsi
Əvələm yərəlləzinə kəfəru ənnəs səmavati vəl ərzə kanəta rətqən fəfətəqnahuma, və cəəl-na minəl mai kullə şəy`in həyy, əfəla yu`minun.
İnnəllahə yumsikus səma-vati vəl ərzə ən təzula, və ləin zaləta in əmsəkəhuma min əhə-din min bə`dih, innəhu kanə həlimən ğəfura.
Bismillahir rəhmanir rəhim, kəm min ni`mətin lillahi fi irqin sakinin ha mim əyn sin qaf, la yusəddəunə ənha və la yunzifun, min kəlamir rəhmani xəmədətil niyran, və la həvlə və la quvvətə illa billah, və calə nəf`ud dəvai fikə kəma yəculu maur rəbii fil ğusn.