Oxunuşu / Transkripsiya və İzahı
Seyid ibni Tavus rəvayət edir ki, cümə gecəsi və Qurban bayramının gecəsi iki rükət namaz qıl. Hər rükətdə “Fatihə” surəsinin “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsini yüz dəfə de. “Həmd”dən sonra iki yüz dəfə “Tövhid” surəsini oxu. Namazın salamlarını dedikdən sonra, yetmiş dəfə “La həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini de. Daha sonra səcdəyə get və iki yüz ədfə “Ya Rəbbi, ya Rəbbi...” zikrini de. Sonra öz hacətini istə! İnşallah, tezliklə rəva olar.