Orijinal Ərəbcə Mətni
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمِيعِ أَسْمَائِكَ كُلِّهَا مَا عَلِمْنَا مِنْهَا وَ مَا لا نَعْلَمُ وَ أَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ الْأَعْظَمِ الْكَبِيرِ الْأَكْبَرِ الَّذِي مَنْ دَعَاكَ بِهِ أَجَبْتَهُ وَ مَنْ سَأَلَكَ بِهِ أَعْطَيْتَهُ وَ مَنِ اسْتَنْصَرَكَ بِهِ نَصَرْتَهُ وَ مَنِ اسْتَغْفَرَكَ بِهِ غَفَرْتَ لَهُ وَ مَنِ اسْتَعَانَكَ بِهِ أَعَنْتَهُ وَ مَنِ اسْتَرْزَقَكَ بِهِ رَزَقْتَهُ وَ مَنِ اسْتَغَاثَكَ بِهِ أَغَثْتَهُ وَ مَنِ اسْتَرْحَمَكَ بِهِ رَحِمْتَهُ وَ مَنِ اسْتَجَارَكَ بِهِ أَجَرْتَهُ وَ مَنْ تَوَكَّلَ عَلَيْكَ بِهِ كَفَيْتَهُ وَ مَنِ اسْتَعْصَمَكَ بِهِ عَصَمْتَهُ وَ مَنِ اسْتَنْقَذَكَ بِهِ مِنَ النَّارِ أَنْقَذْتَهُ وَ مَنِ اسْتَعْطَفَكَ بِهِ تَعَطَّفْتَ لَهُ وَ مَنْ أَمَّلَكَ بِهِ أَعْطَيْتَهُ الَّذِي اتَّخَذْتَ بِهِ آدَمَ صَفِيّا وَ نُوحا نَجِيّا وَ إِبْرَاهِيمَ خَلِيلا وَ مُوسَى كَلِيما وَ عِيسَى رُوحا وَ مُحَمَّدا حَبِيبا وَ عَلِيّا وَصِيّا صَلَّى اللَّهُ عَلَيْهِمْ أَجْمَعِينَ أَنْ تَقْضِيَ لِي حَوَائِجِي وَ تَعْفُوَ عَمَّا سَلَفَ مِنْ ذُنُوبِي وَ تَتَفَضَّلَ عَلَيَّ بِمَا أَنْتَ أَهْلُهُ وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ لِلدُّنْيَا وَ الْآخِرَةِ يَا مُفَرِّجَ هَمِّ الْمَهْمُومِينَ وَ يَا غِيَاثَ الْمَلْهُوفِينَ لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ يَا رَبَّ الْعَالَمِينَ
Oxunuşu / Transkripsiya və İzahı
Kufə məscidinin fərqli və fəzilətli yerlərindən biri də beşinci sütundur ki, orada namaz qılıb, Allahdan hacət istəmək lazımdır. Çünki mötəbər rəvayətlərə görə, ora həzrət İbrahim (ə)-ın namaz qıldığı yerdir. Bunun başqa rəvayətlə əsla ziddiyyəti yoxdur; çünki ola bilsin, o həzrət bütün sütunların yanında namaz qılsın. Mötəbər bir rəvayətdə İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: “Beşinci sütun Cəbrailin (ə) məqamıdır.” Öncə göstərdiyimiz hədisdə isə göstərildi ki, ora İmam Həsən (ə)-ın məqamı və namaz qıldığı yerdir. Bir sözlə, hədislərdən başa düşülən budur ki, Kufə məscidinin beşinci və yeddinci sütunlarının ətrafı məscidin digər yerlərindən fəzilətlidir.
Seyid ibni Tavus belə deyir: “Beşinci sütunun yanında iki rükət “Həmd” və istənilən surə ilə namaz qıl, salam deyib Fatimə Zəhranın (s) təsbihini dedikdən sonra bu duanı oxu:
İlahi, Səndən bildiyim və bilmədiyim bütün adlarını istəyirəm! Səndən əzəmətli və daha əzəmətli, böyük və daha böyük adlarını istəyirəm; o adlarını ki, Səni həmin adlarla çağıranlara cavab verdin, Səndən hacət istəyənlərin hacətini əta etdin, Səndən yardım istəyənlərə yardım etdin, bağışlanma istəyənləri bağışladın, kömək istəyənlərə kömək etdin, ruzi istəyənlərə ruzi verdin, Səni çağıranların dadına yetdin, Səndən rəhm istəyənlərə rəhm etdin, sığınacaq istəyənlərə sığınacaq verdin, həmin adlarla Sənə təvəkkül edənlərə yetərli oldun, Səndən günahlardan qorunmağını istəyənləri günahlardan qorudun, cəhənnəm odundan qurtuluş istəyənləri cəhənnəm odundan xilas etdin, məhəbbət istəyənlərə məhəbbət göstərdin və həmin adlarla Səni arzulayanlara əta etdin. Həmin adlarla Adəmi Özün üçün bəyənib-seçdin, Nuha nicat verdin, İbrahimi Özünə dost, Musanı həmsöhbət, İsanı ruh, Məhəmmədi həbib və Əlini vəsi seçdin! Allahın salamı olsun onların hamısına! (Ey Rəbbim, həmin adların vasitəsilə) hacətlərimi rəva et, keçmiş günahlarımı bağışla, Sənə layiq olan tərzdə mənə, bütün mömin kişi və möminə qadınlara dünya və axirətdə lütf və mərhəmət göstər, ey qəmlilərin qəmini açan və ey çarəsizlərin dadına yetən! Səndən başqa heç bir tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan, ey aləmlərin Rəbbi!
Müəllif deyir: “Həzrət imam Sadiqdən (ə) belə rəvayət olunur ki, öz səhabələrindən bir neçəsinə buyurdu: “Beşinci sütunun yanında iki rükət namaz qıl ki, ora həzrət İbrahimin (ə) müsəllasıdır və de: “Əssəlamu əla əbina Adəmə və ummina Həvva”. Buna oxşarı yeddinci sütunun yanında üzü qibləyə oxunurdu, keçdi
Azərbaycan Dili Tərcüməsi
Əllahummə inni əs`əlukə bicəmii əsmaikə kulliha, ma əlimna minha və ma la nə`ləm, və əs`əlukə bismikəl əzimil kəbiril əkbərilləzi mən dəakə bihi əcəbtəh, və mən səələkə bihi ə`təytəh, və mənistənsərə-kə bihi nəsərtəh, və mənistəğ-fərəkə bihi ğəfərtə ləh, və mənistəanəkə bihi əəntəh, və mənistərzəqəkə bihi rəzəqtəh, və mənistəğasəkə bihi əğəstəh, və mənistərhəməkə bihi rəhim-təh, və mənistəcarəkə bihi əcərtəh, və mən təvəkkələ ələykə bihi kəfəytəh, və mənis-tə`səməkə bihi əsəmtəh, və mənistənqəzəkə bihi minən nari ənqəztəh, və mənistə`təfəkə bihi təəttəftə ləh, və mən əmmələkə bihi ə`təytəhulləzit-təxəztə bihi Adəmə səfiyya, və Nuhən nəciyyən və İbrahimə xəlila, və Musa kəlimən və İsa ruhən və Muhəmmədən həbiba, və Əliyyən vəsiyyən səlləllahu ələyhim əcməin, ən təqziyə li həvaici və tə`fuvə əmma sələfə min zunubi, və tətəfəzzələ ələyyə bima əntə əhluh, və licə-miil mu`mininə vəl mu`minati lid dunya vəl axirəh, ya mufərricə həmmil məhmumin, və ya xiyasəl məlhufin, la ilahə illa ənt, subhanəkə ya rəbbəl aləmin.