Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#276

Üçüncü sütunun əməli İmam Zeynul-Abidinin (ə) məqamı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ اللَّهُمَّ اِنَّ ذُنُوبِي قَدْ كَثُرَتْ وَ لَمْ يَبْقَ لَهَا إِلا رَجَاءُ عَفْوِكَ وَ قَدْ قَدَّمْتُ آلَةَ الْحِرْمَانِ إِلَيْكَ فَأَنَا أَسْأَلُكَ اللَّهُمَّ مَا لا أَسْتَوْجِبُهُ وَ أَطْلُبُ مِنْكَ مَا لا أَسْتَحِقُّهُ اللَّهُمَّ إِنْ تُعَذِّبْنِي فَبِذُنُوبِي وَ لَمْ تَظْلِمْنِي شَيْئا وَ إِنْ تَغْفِرْ لِي فَخَيْرُ رَاحِمٍ أَنْتَ يَا سَيِّدِي اللَّهُمَّ أَنْتَ أَنْتَ وَ أَنَا أَنَا أَنْتَ الْعَوَّادُ بِالْمَغْفِرَةِ وَ أَنَا الْعَوَّادُ بِالذُّنُوبِ وَ أَنْتَ الْمُتَفَضِّلُ بِالْحِلْمِ وَ أَنَا الْعَوَّادُ بِالْجَهْلِ اللَّهُمَّ فَإِنِّي أَسْأَلُكَ يَا كَنْزَ الضُّعَفَاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُمِيتَ الْأَحْيَاءِ يَا مُحْيِيَ الْمَوْتَى أَنْتَ اللَّهُ الَّذِي لا إِلَهَ إِلا أَنْتَ أَنْتَ الَّذِي سَجَدَ لَكَ شُعَاعُ الشَّمْسِ وَ نُورُ الْقَمَرِ وَ ظُلْمَةُ اللَّيْلِ وَ ضَوْءُ النَّهَارِ وَ خَفَقَانُ الطَّيْرِ فَأَسْأَلُكَ اللَّهُمَّ يَا عَظِيمُ بِحَقِّكَ يَا كَرِيمُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الصَّادِقِينَ وَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ الصَّادِقِينَ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى عَلِيٍّ وَ بِحَقِّ عَلِيٍّ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى فَاطِمَةَ وَ بِحَقِّ فَاطِمَةَ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى الْحَسَنِ وَ بِحَقِّ الْحَسَنِ عَلَيْكَ وَ بِحَقِّكَ عَلَى الْحُسَيْنِ وَ بِحَقِّ الْحُسَيْنِ عَلَيْكَ فَاِنَّ حُقُوقَهُمْ مِنْ أَفْضَلِ إِنْعَامِكَ عَلَيْهِمْ وَ بِالشَّأْنِ الَّذِي لَكَ عِنْدَهُمْ وَ بِالشَّأْنِ الَّذِي لَهُمْ عِنْدَكَ صَلِّ يَا رَبِّ عَلَيْهِمْ صَلاةً دَائِمَةً مُنْتَهَى رِضَاكَ وَ اغْفِرْ لِي بِهِمُ الذُّنُوبَ الَّتِي بَيْنِي وَ بَيْنَكَ وَ أَتْمِمْ نِعْمَتَكَ عَلَيَّ كَمَا أَتْمَمْتَهَا عَلَى آبَائِي مِنْ قَبْلُ يَا كهيعص اللَّهُمَّ كَمَا صَلَّيْتَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ فَاسْتَجِبْ لِي دُعَائِي فِيمَا سَأَلْتُكَ يَا سَيِّدِي يَا سَيِّدِي يَا سَيِّدِي صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي وَ اغْفِرْ لِي إِلَهِي إِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ فَإِنِّي قَدْ أَطَعْتُكَ فِي أَحَبِّ الْأَشْيَاءِ إِلَيْكَ لَمْ أَتَّخِذْ لَكَ وَلَدا وَ لَمْ أَدْعُ لَكَ شَرِيكا وَ قَدْ عَصَيْتُكَ فِي أَشْيَاءَ كَثِيرَةٍ عَلَى غَيْرِ وَجْهِ الْمُكَابَرَةِ لَكَ وَ لا الاسْتِكْبَارِ عَنْ عِبَادَتِكَ وَ لا الْجُحُودِ لِرُبُوبِيَّتِكَ وَ لا الْخُرُوجِ عَنِ [مِنَ‏] الْعُبُودِيَّةِ لَكَ وَ لَكِنِ اتَّبَعْتُ هَوَايَ وَ أَزَلَّنِيَ الشَّيْطَانُ بَعْدَ الْحُجَّةِ وَ الْبَيَانِ فَإِنْ تُعَذِّبْنِي فَبِذُنُوبِي غَيْرَ ظَالِمٍ أَنْتَ لِي وَ إِنْ تَعْفُ عَنِّي وَ تَرْحَمْنِي فَبِجُودِكَ وَ كَرَمِكَ يَا كَرِيمُ غَدَوْتُ بِحَوْلِ اللَّهِ وَ قُوَّتِهِ غَدَوْتُ بِغَيْرِ حَوْلٍ مِنِّي وَ لا قُوَّةٍ وَ لَكِنْ بِحَوْلِ اللَّهِ وَ قُوَّتِهِ يَا رَبِّ أَسْأَلُكَ بَرَكَةَ هَذَا الْبَيْتِ وَ بَرَكَةَ أَهْلِهِ وَ أَسْأَلُكَ أَنْ تَرْزُقَنِي رِزْقا حَلالا طَيِّبا تَسُوقُهُ إِلَيَّ بِحَوْلِكَ وَ قُوَّتِكَ وَ أَنَا خَائِضٌ ‏[خَافِضٌ] فِي عَافِيَتِكَ

Oxunuşu / Transkripsiya və İzahı

Bu zaman üçüncü sütunun yanında yerləşən və “Kində” darvazasına yaxın olan imam Zeynul-Abidinin (ə) dəkkəsinə tərəf get.
Müəllif deyir: “Bu məqam qiblə tərəfdən həzrət Əmirəl-mömininin (ə) darvazasının “dəkke”si ilə üzbəüzdür və qərb tərəfdən “Kəndə” darvazası ilə üzbəüzdür ki, bağlanmışdır. Deyilib ki, namaz beş dirsək miqdarında sütundan aralı qılınsa çox yaxşı olar. Deyilənə görə orada qabaqlar dəkkə olmuşdur. Orada “Həmd” və istənilən surə ilə iki rükət namaz qıl. Salamları deyib Fatimə Zəhranın (s) təsbihini dedikdən sonra bu duanı oxu :
Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, günahlarım çoxdur və onların bağışlanması üçün Sənin əfvinə ümid bəsləməkdən başqa yol qalmayıb! Həqiqətən, (rəhmət və məğfirətindən) məhrumluq vasitələrini Sənin dərgahına gətirmişəm. Elə isə, ilahi, Səndən əsla layiq olmadıqlarımı istəyirəm. İlahi, əgər məni cəzalandırsan, onun səbəbi günahlarımdır və Sən mənə heç vaxt zülm etməzsən. Əgər bağışlasan da, Sən rəhm edənlərin ən yaxşısısan, ey mənim sərvərim! İlahi, Sən Sənsən, mən də mənəm! Sən məğfirətə qayıdırsan, mən isə günaha! Sən səbirlə lütf edənsən, mən isə nadanlığa qayıdan! İlahi, Səndən istəyirəm, ey zəiflərin xəzinəsi, ey böyük ümid yeri, ey qərq olanları xilas edən, ey həlak olanlara nicat verən, ey diriləri öldürən, ey ölüləri dirildən, Sən yeganə Allahsan ki, Səndən başqa heç bir tanrı yoxdur, günəşin şüası, ayın işığı, gecənin qaranlığı, gündüzün aydınlığı və quşların uçuşu Sənə səcdə etdi! İlahi, ey böyük Allah, Ey kərim Allah, haqqına xatir, Sənin Məhəmməd və onun sadiq Əhli-beytinin üzərindəki haqqın və Məhəmməd və onun sadiq Əhli-beytinin də Sənin üzərindəki haqqına xatir, Sənin Əlinin üzərindəki haqqın və Əlinin də Sənin üzərindəki haqqına xatir, Sənin Fatimənin üzərindəki haqqın və Fatimənin də Sənin üzərindəki haqqına xatir, Sənin Həsənin üzərindəki haqqın və Həsənin də Sənin üzərindəki haqqına xatir, Sənin Hüseynin üzərindəki haqqın və Hüseynin də Sənin üzərindəki haqqına xatir Səndən istəyirəm. Həqiqətən, onların Sənin üzərindəki haqqı Sənin onlara bəxş etdiyin ən böyük və fəzilətli nemətindir. Ey Rəbbim, Sənin onların yanında və onların da Sənin dərgahında olan məqamının xatirinə onlara daimi və Sənin son dərəcədə razılığın olan bir salam və salavat göndər! Onların vasitəsilə mənimlə Sənin aranda olan günahlarımı bağışla, nemətini öncə ata-babalarıma tamamladığın kimi, mənə də tamamla, ey “Kaf, ha, ya, əyn, sad” sahibi! İlahi, Məhəmməd və onun Əhli-beytinə salam göndərdiyin kimi, mənim də Səndən istədiyim duanı qəbul et!
Sonra səcdəyə get və üzünün sağ tərəfini yerə qoyub belə de:
Ey mənim sərvərim, ey mənim sərvərim, ey mənim sərvərim, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni bağışla, məni bağışla!
Bu sözləri ağlaya-ağlaya və xühu halında çoxlu de, sonra üzünün sol tərəfini yerə qoyub bu duanı oxuduqdan sonra özünə dua edib istəklərini dilə.
Müəllif deyir: “Bəzi məntəqələrdə mötəbər olmayan, amma camaat arasında çox yayılan bir əməli bu yerdə yerinə yetirirlər. Həzrət imam Sadiq (ə) bu əməli öz səhabələrindən birini öyrədib və lakin bu məqama məxsus deyil. Qaydası belədir ki, o həzrət öz səhabələrindən bir neçəsinə belə buyurdu: “Səhərlər öz ehtiyacların üçün evdən çıxdıqda heç yolunuz Kufə məscidindən düşürmü?” Dedilər: “Bəli”. Buyurdu: “O məsciddə dörd rükət namaz qıl sonra de:

İlahi, əgər mən Sənə itaətsizlik etsəm də, Sənin dərgahında ən sevimli olan şeylərdə Sənə müti oldum; Sənin üçün övlad qəbul etmədim, Sənə şərik qoşmadım və bir çox hallarda Sənə inadkarlıq, Sənə ibadətdən boyun qaçırmaq, Rəbb olmağını inkar etmək və bəndəçilikdən çıxmaq üzündən yox, əksinə nəfsimə uyaraq itaətsizlik etdim. Şeytan da dəlil və sübut gətirdikdən sonra məni aldatdı. Əgər məni cəzalandırsan, onun səbəbi günahlarımdır, yoxsa, Sən mənə zülm etməzsən. Ey kərim Allah, əgər məni bağışlayıb rəhm etsən, bu, Sənin böyüklüyün və kəramətindəndir.
Sonra deyirsən:
Allahın güc və qüdrəti ilə sübhə çıxdım. Öz güc və qüdrətimlə yox, əksinə Allahın güc və qüdrəti ilə sübhə çıxdım. Ey Rəbbim, Səndən bu evin və onun əhli-əyalının bərəkətli olmasını istəyirəm. Səndən istəyirəm ki, mənə halal və pak ruzi verəsən, Öz güc və qüdrətinlə tamamilə afiyət və sağlamlıqda olduğum halda, onu mənə doğru yönəldəsən!
Şeyx Şəhid və Məhəmməd ibni Məşhədi bunu dördüncü sütundan sonra məscidin səhnəsinin əməlindən saymışdır. Orada qılınan iki rükət namazın qaydası belədir: “Birinci rükətdə “Həmd” və “İxlas”, ikinci rükətdə isə “Həmd” və “Qədr” surələrini, namazın salamından sonra həzrət Fatimə Zəhra (s)-ın təsbihatını demək lazımdır.” Mötəbər bir hədisdə Əbu Həmzə Sumalinin belə dediyi nəql olunmuşdur: “Bir gün Kufə məscidində əyləşmişdim. Birdən gördüm ki, yerindən çıxmış qapıdan nurani, ətirli, əynində təmiz paltarlı, əmmaməli və ayağına iki ərəb nəleyni geyinmiş bir nəfər içəri daxil oldu. Ayağından nəleynini çıxarıb, yeddinci sütunun yanında durdu, əllərini qulaqlarına qədər göyə qaldırıb, elə bir təkbir dedi ki, qorxudan bədənimin tükləri biz-biz durdu. Sonra dörd rükət namaz qıldı, namazın rüku və səcdələrini layiqincə yerinə yetirdi. Rükuda “İlahi! İn kuntu qəd əsəytukə...” – zikrini “Ya kərim!” ifadəsinə qədər deyib, səcdəyə getdi. “Ya kərim!” – zikrini dayanmadan deyirdi. Sonra səcdədə “Ya mən yəqdiru əla həvaicis sailin.” və yetmiş dəfə “Ya Səyyidi!” – zikirlərini dedi. (“Ya Səyyidi!” – zikrini yeddinci sütunun əməllərində qeyd etdik.) Başını səcdədən qaldırdıqdan sonra, diqqətlə baxıb gördüm ki, İmam Zeynəlabidin (ə)-dır. Bu zaman ayağa qalxıb, o həzrətin mübarək əllərini öpdüm və soruşdum: “Ya İmam! Bura nə üçün gəlmisiniz?” Buyurdu: “Gördüklərin əməllərə, yəni Kufə məscidində namaz qılmağa görə!” Yeddinci ziyarətdə nəql etdiyimiz rəvayətdə buyurulur ki, İmam Zeynəlabidin (ə) Əmirəl-möminin Əli (ə)-ın ziyarətinə özü ilə birlikdə Əbu Həmzə Sumalini də aparmışdı.

Azərbaycan Dili Tərcüməsi

Bismillahir rəhmanir rəhim, Əllahummə innə zunubi qəd kəsurət və ləm yəbqə ləha illa rəcau əfvik, və qəd qəddəmtu alətəl hirmani iləykə fəənə əs`əluk, Əllahummə ma la əstəvcibuhu və ətlubu minkə ma la əstəhiqquh, Əllahummə in tuəzzibni fəbizunubi və ləm təzlimni şəy`a, və in təğfir li fəxəyru rahimin əntə ya səy-yidi, Əllahummə əntə əntə və ənə ənə, əntəl əvvadu bil məğfirəti və ənəl əvvadu biz zunub, və əntəl mutəfəzzilu bil hilmi və ənəl əvvadu bil cəhl, Əllahummə fəinni əs`əlukə ya kənzəz zuəfai ya əzimər rəca, ya munqizəl ğərqa ya munciyəl həlka, ya mumitəl əhyai ya muhyiyəl məvta, əntəllahulləzi la ilahə illa ənt, əntəlləzi səcədə ləkə şuauş şəmsi və nurul qəmər, və zulmətul ləyli və zəv`un nəhari və xəfəqanut təyr, fəəs`əlukəllahummə ya əzimu bihəqqik, ya kərimu əla Muhəmmədin və alihis sadiqin, və bihəqqi Muhəmmədin və alihis sadiqinə ələyk, və bihəq-qikə əla Əliyyin və bihəqqi Əliyyin ələyk, və bihəqqikə əla Fatimətə və bihəqqi Fatimətə ələyk, və bihəqqikə ələl Həsəni və bihəqqil Həsəni ələyk, və bihəqqikə ələl Husəyni və bihəqqil Husəyni ələyk, fəinnə huquqəhum min əfzəli in`amikə ələyhim, və biş şə`nilləzi ləkə indəhum və biş şə`nilləzi ləhum indək, səlli ya rəbbi ələyhim səlatən daimətən muntəha rizak, vəğfir li bihimuz zunu-bəlləti bəyni və bəynək, və ət-mim ni`mətəkə ələyyə kəma ətməmtəha əla abai min qəbl, ya Kaf Ha Ya Əyn Sad, Əlla-hummə kəma səlləytə əla Mu-həmmədin və ali fəstəcib li duai fima səəltuk.
Ya səyyidi ya səyyidi ya səyyidi, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li vəğfir li.
İlahi in kuntu qəd əsəytukə fəinni ətə`tukə fi əhəbbil əşyai iləyk, ləm əttəxiz ləkə vələdən və ləm əd`u ləkə şərika, və qəd əsəytukə fi əşyaə kəsirətin əla ğəyri vəchil mukabərəti lək, və ləl istikbari ən ibadətikə və ləl cuhudi lirububiyyətik, və ləl xuru-ci ənil (minəl) ubudiyyəti lək, və lakin ittəbə`tu həvayə və əzəlləniyəş şəytanu bə`dəl huccəti vəl bəyan, fəin tuəzzibni ğəyrə zalimin əntə li, və in tə`fu ənni və tərhəmni fəbicudikə və kərəmikə ya kərim.
Ğədəvtu bihəvlillahi və quvvətih, ğədəvtu biğəyri həv-lin minni və la quvvətin və lakin bihəvlillah və quvvətihi ya rəbbi, əs`əlukə bərəkətə hazəl bəyti və bərəkətə əhlih, və əs`əlukə ən tərzuqəni rizqən həlalən təyyiba, təsuquhu iləyyə bihəvlikə və quvvətik, və ənə xaizun (xafizun) fi afiyətik.
Əvvəlki: #275. Beşinci sütunun əməlləri Bütün Dualar ↑ Növbəti: #277. Fərəc darvazasının (Babul-fərəc) əməlləri (Nuh peyğəmbərin məqamı)