Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#363

Birinci hissə İlahi peyğəmbərlərin (ə) ziyarəti

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Bilməlisiniz ki, bütün peyğəmbələri (ə) ehtiramla xatırlamaq, həm əql cəhətindən və həm də şəriət baxımından vacibdir. “La nufərriqu bəynə əhədin min rusulihi”(Biz peyğəmbərlərin arasında heç bir fərq qoymadıq). Onları ziyarət etmək bəyənilir və alimlər bu əməlin müstəhəb bir əməl olduğunu bildirmişlər. İlahi peyğəmbərlərin sayının çoxluğuna baxmayaraq, onların dəfn olunduqları məkanların hamısı bizə məlum deyildir və bizim tanıdığımız peyğəmbər məzarlarının sayı çox-çox azdır. Bizə məlum olan peyğəmbər məzarları aşağıdakılardan ibarətdir:
Həzrət Adəm (ə) və həzrət Nuh (ə) Əmirilmöminin Əlinin (ə) nurani hərəmində dəfn olunubdurlar. Həzrət İbrahim (ə) Beytül-müqəddəsin yaxınlığında yerləşən “Qüdsü xəlil”də dəfn olunubdur. Həzrət İbrahimin (ə) kənarında onun zövcəsi Sara, həzrət İshaq (ə), həzrət Yəqub (ə) və həzrət Yusif (ə) dəfn olunubdurlar. Həzrət İsmayıl (ə) və anası Hacər “Məscidül-həram”da Həcərdə dəfn olunubdurlar. Burada həmçinin bir çox peyğəmbərlər dəfn olunubdur və bu barədə həzrət Baqir (ə) buyurub: “Rükn” və “Məqam” arasındakı məkan, peyğəmbərlərin qəbri ilə doludur.” Həzrət Sadiq (ə) buyurubdur ki, “Rüknü-yəmani” və “Həcərül-əsvəd” arasındakı məkanda yetmiş peyğəmbərin qəbri yerləşir. Beytül-müqəddəsdə də bir çox peyğəmbərlərin, o cümlədən həzrət Davudun və həzrət Süleymanın (ə) qəbirləri yerləşir və oranın əhalisi bu peyğəmbərləri daha yaxşı tanıyırlar. Cənab Zəkəriyyanın (ə) qəbri Hələbdə yerləşir. Kufə şəhərinin tabeliyində olan Şəriə adlı məkanda isə həzrət Yunisin (ə) tanınmış ziyarətgahı yerləşir. Həzrət Hud və həzrət Salehin (ə) məzarları Nəcəf şəhərində yerləşir. Fərat çayının sahillərində Kufə şəhərindən bir neçə fərsəx uzaqda həzrət Zil-Kiflin məzarı yerləşir. Cərcis peyğəmbərin məzarı Mosul şəhərində və şəhərdən kənarda isə həzrət Şeysin məzarı yerləşir. Şuş şəhərində həzrət Danyalın və Bürasa məscidinin qiblə tərəfində həzrət Yuşənin qəbirləri yerləşmişdir.
Hədislərimizdə həzrət Adəm (ə) və həzrət Nuhdan (ə) başqa peyğəmbərlər üçün ziyarətnamə nəql olunmamışdır və biz, bu iki peyğəmbərin ziyarətnaməsini həzrət Əmirilmöminin Əlinin (ə) ziyarəti bölümündə qeyd etmişik. Birinci Camiə ziyarətnaməsinin şərhindən də aydın olur ki, peyğəmbərləri də bu ziyarətnamə vasitəsilə ziyarət etmək olar. Sözümüzə qüvvət olaraq xatırladırıq ki, möhtərəm şeyx Məhəmməd ibni Məşhədi “Məzar” adlı kitabında, Seyid Əli ibni Tavus “Misbahuz-zair” adlı kitabında və başqaları, bu Camiə ziyarətnaməsini, “Kufə şəhərinin əməlləri” bölümündə həzrət Yunisin (ə) ziyarətgahında oxunan bir ziyarətnamə ünvanında qeyd etmişdirlər və çox güman ki, onlar, bu ziyarətnamənin ümumi bir ziyarətnamə olduğununu yetirən hədisə əsalanıbdırlar. Bir sözlə, Camiə ziyarətnaməsini peyğəmbərlərin (ə) ziyarətgahında da oxumaq olar və bu ziyarətnaməni əvvəldə qeyd etdiyimiz üçün burada onu bir daha təkrar etmirik. İstəyənlər bir qədər əvvələ müraciət edib, onun savabından bəhrələnə bilərlər.
Əvvəlki: #362. SONLUQ İlahi peyğəmbərlərin (ə), möhtərəm imamzadələrin və möminlərin ziyarəti Bütün Dualar ↑ Növbəti: #364. İkinci hissə Uca məqamlı imamzadələrin ziyarətləri