Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#364

İkinci hissə Uca məqamlı imamzadələrin ziyarətləri

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Həqiqətən də imamzadələrin ziyarətgahları ilahi feyz, bərəkət və rəhmətin nazil olduğu məkanlardır. Həmd olsun Allaha ki, əksər müsəlman ölkələrində imamzadələrin qəbirləri mövcuddur və bu məkanlar, həmişə çarəsizlərin ümid yeri, məzlumların pənahgahı və dərdli qəlblərin təsəlli tapdığı yerlər olub və qiyamətədək də olacaqdır. Əksər imamzadələrin ziyarətgahında xariqül-adə (qeyri-adi) hadisələr və kəramətlər müşahidə olunubdur.
Burada mühüm bir məsələni açıqlamaq istəyirəm ki, böyük savaba yiyələnmək və ya hacətinin müstəcab olması üçün müəyyən bir imamzadəni ziyarət etmək istəyən zəvvar, səfərə çıxmamışdan öncə gərək bu iki şeyi nəzərə alsın; birincisi gərək bu qəbrin sahibinin və habelə əsli-nəsəbinin şərafətinə əmin olmaq üçün hədis, nəsəbşünaslıq kitablarına və tarixi mənbələrə müraciət etsin. İkincisi, bu qəbrin, həqiqətən də həmin seyidə mənsub olduğunu dediyimiz mənbələrdə araşdırsın. Bilməlisiniz ki, tarixi mənbələrdə mövcud olan ixtilaflara görə yuxarıdakı iki məsələ az hallarda üst-üstə düşür və bəndə, “Hədiyyətüz-zair” adlı kitabımda bir sıra imamzadələrin əsli-nəsəbi və qəbirlərinin yerləşdiyi məkanlar barəsində söhbət açmışam. Həmçinin, “Nəfsətül-məstur” və “Müntəhəl-amal” adlı kitablarımda da imamzadə Möhsin ibni Hüseynin (ə) şərhi-halını nəql etmişəm. Bütün imamzadələrin şərhi-halını nəql etmək bu kitabın həcmindən xaric olduğu üçün burada onlardan yalnız ikisini sizə tanıtdırmaqla kifayətlənirik.
Əvvəlki: #363. Birinci hissə İlahi peyğəmbərlərin (ə) ziyarəti Bütün Dualar ↑ Növbəti: #365. Qum şəhəri-Həzrət Məsumə (s)