Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#342

Birinci ziyarətnamə

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

السَّلامُ عَلَى أَوْلِيَاءِ اللَّهِ وَ أَصْفِيَائِهِ السَّلامُ عَلَى أُمَنَاءِ اللَّهِ وَ أَحِبَّائِهِ السَّلامُ عَلَى أَنْصَارِ اللَّهِ وَ خُلَفَائِهِ السَّلامُ عَلَى مَحَالِّ مَعْرِفَةِ اللَّهِ السَّلامُ عَلَى مَسَاكِنِ ذِكْرِ اللَّهِ السَّلامُ عَلَى مُظْهِرِي أَمْرِ اللَّهِ وَ نَهْيِهِ السَّلامُ عَلَى الدُّعَاةِ إِلَى اللَّهِ السَّلامُ عَلَى الْمُسْتَقِرِّينَ فِي مَرْضَاةِ اللَّهِ السَّلامُ عَلَى الْمُخْلِصِينَ فِي طَاعَةِ اللَّهِ السَّلامُ عَلَى الْأَدِلاءِ عَلَى اللَّهِ السَّلامُ عَلَى الَّذِينَ مَنْ وَالاهُمْ فَقَدْ وَالَى اللَّهَ وَ مَنْ عَادَاهُمْ فَقَدْ عَادَى اللَّهَ وَ مَنْ عَرَفَهُمْ فَقَدْ عَرَفَ اللَّهَ وَ مَنْ جَهِلَهُمْ فَقَدْ جَهِلَ اللَّهَ وَ مَنِ اعْتَصَمَ بِهِمْ فَقَدِ اعْتَصَمَ بِاللَّهِ وَ مَنْ تَخَلَّى مِنْهُمْ فَقَدْ تَخَلَّى مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ وَ أُشْهِدُ اللَّهَ أَنِّي سِلْمٌ لِمَنْ سَالَمْتُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبْتُمْ مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلانِيَتِكُمْ مُفَوِّضٌ فِي ذَلِكَ كُلِّهِ إِلَيْكُمْ لَعَنَ اللَّهُ عَدُوَّ آلِ مُحَمَّدٍ مِنَ الْجِنِّ وَ الْإِنْسِ وَ أَبْرَأُ إِلَى اللَّهِ مِنْهُمْ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ

Oxunuşu / Transkripsiya və İzahı

Şeyx Səduq “Mən la yəhzuruhul fəqih” adlı kitabında nəql edir ki, həzrət imam Rzadan (ə), imam Kazimin (ə) ziyarəti vaxtı yerinə yetirilən əməllər barəsində soruşdular və o həzrət buyurdu: “O həzrətin məzarı kənarında olan məsciddə namaz qılın və bu ziyarətnaməni oxuyun. Bu ziyarətnaməni bütün imamları ziyarət etdiyin vaxt, ümumiyyətlə bütün müqəddəs məzarları, o cümlədən peyğəmbərlərin məzarlarını ziyarət etdikdə də oxuya bilərsən:
Salam olsun Allahın yaxın bəndələri və seçdiyi şəxslərə! Salam olsun Allahın əmanətdarı və dostlarına! Salam olsun Allahın dostları və canişinlərinə! Salam olsun Allah mərifətinin qəlblərinə! Salam olsun Allah zikrinin məkanlarına! Salam olsun Allahın əmr və qadağasının aşkar olunduğu yerlərə! Salam olsun Allaha dəvət edənlərə! Salam olsun Allahın razılığı yolunda möhkəm dayananlara! Salam olsun Allaha itaətdə ixlaslı olanlara! Salam olsun Allaha doğru bələdçilərə! Salam olsun o şəxslərə ki, onları sevənlər Allahı da sevir, onları düşmən bilən Allahı da düşmən bilir, onları tanıyan Allahı da tanıyır, onları tanımayan Allahı da tanımır, onlara sarılan Allaha da sarılır və onları tərk edən Allahı da tərk edir! Allahı şahid tuturam ki, mən sizinlə sülh edənlə sülhdə və döyüşənlə döyüşdəyəm. Sizin gizli və aşkar işlərinizə imanım var və bütün işlərimi hər zaman sizə həvalə edirəm. Allah Məhəmmədin Əhli-beytini düşmən bilən cinlər və insanlara lənət etsin! Mən Allahın dərgahında onlara öz nifrətimi bildirirəm. Allahın salamı olsun Məhəmməd və onun Əhli-beytinə!
Bu ziyarətnamə, “Üsuli-kafi”, “Təhzib” və “Kamilüz-ziyarət” adlı kitablarda da nəql olunmuş və sonunda da qeyd edilmişdir ki, bu ziyarətnaməni hər bir müqəddəs məzarı ziyarət etdikdə oxumaq olar. Həmçinin orada qeyd edilmişdir ki, bu ziyarətnaməni oxuduqdan sonra Məhəmməd və ali Məhəmmədin(s.ə.s) bir-bir adlarını çəkərək, onlara çoxlu salavat göndərin və onların düşmənlərinə nifrin və lənət yağdırın. Sonra da özünə və mömin-möminələr üçün ürəyindən keçən duaları et.
Müəllif deyir: “ Belə güman olunur ki, yuxarıdakı bu bəyan, müəyyən bir hədisdən əxz olunubdur və bəzi hədis raviləri də bunu nəql ediblər. Belə ki, bütün məşhur hədis alimləri eyni əqidədədirlər ki, bu ziyarətnaməni hər bir müqəddəs məzarı ziyarət etdikdə oxumaq olar, necə ki, hədisin ilk cümlələri də bunu bildirir. Onlar, təlif etdikləri kitablarda bu ziyarətnaməni, “Camiə ziyarətnamələri” başlığı altında olan bölümlərdə nəql etmişdirlər. Həmçinin bu ziyarətnamənin sözlərindən də aydın olur ki, müəyyən bir məsuma məxsus deyildir və bütün məsumlar üçün oxuna bilər. Odur ki, bu ziyarətnaməni bütün imamların, hətta peyğəmbərlərin məzarını da ziyarət etdikdə oxuya bilərsiniz. Belə ki, bəzi alimlər, həzrət Yunisin (ə) ziyarətgahında bu ziyarətnaməni oxumağı tövsiyə etmişdirlər.
Həmçinin yuxarıda qeyd olunmuşdur ki, bu ziyarətnaməni oxuyub qurtardıqdan sonra imamların hər birinə xüsusi olaraq salam göndərilsin. Daha yaxşı olar ki, burada, “Cümə gününün əməlləri”nin sonunda Əbulhəsən Zərrab İsfahanidən nəql etdiyimiz salamları oxuyasınız.”

Azərbaycan Dili Tərcüməsi

Əssəlamu əla əvliyaillahi və əsfiyaih, əssəlamu əla umə-naillahi və əhibbaih, əssəlamu əla ənsarillahi və xuləfaih, əssəlamu əla məhalli mə`rifətillah, əssəlamu əla məsakini zikrillah, əssəlamu əla muzhiri əmrillahi və nəhyih, əssəlamu ələd duati iləllah, əssəlamu ələl mustəqirrinə fi mərzatillah, əssəlamu ələl muxlisinə fi taətillah, əssəlamu ələl ədillai ələllah, əssəlamu ələlləzinə mən valahum fə qəd valəllah, və mən adahum fəqəd adəllah, və mən ərəfəhum fəqəd ərəfəllah, və mən cəhiləhum fəqəd cəhiləllah, və məni`təsəmə bihim fə qədi`təsəmə billah, və mən təxəlla minhum fəqəd təxəlla minəllahi əzzə və cəll, və uşhidullahə ənni silmun limən saləmtum, və hərbun limən harəbtum, mu`minun bisirrikum və əlaniyətikum, mufəvvizun fi zalikə kullihi iləykum, ləənəllahu əduvvə ali Muhəmmədin minəl cinni vəl ins, və əbrəu iləllahi minhum, və səlləllahu əla Muhəmmədin və alih.
Əvvəlki: #341. Birinci hissə “Camiə” ziyarətnaməsi Bütün Dualar ↑ Növbəti: #343. İkinci ziyarətnamə:”Camiə Kəbirə”