Orijinal Ərəbcə Mətni
بِحَقِّ هَذا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ، وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فيهِ، بِحَقِّكَ عَلَيْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ
Oxunuşu / Transkripsiya və İzahı
Şeyx Tusi rəvayət edir ki, bir kişi həzrət Sadiqin (ə) yanına gəlib, dedi: “Ey mənim sərvərim, mən, düşdüyüm ağır borcdan və hökmdarın mənə etdiyi zülmlərdən sənə şikayət edirəm. Mənə elə bir dua öyrədin ki, bir qənimət əldə edim və bu yolla öz borcumu ödəyim. Həmçinin hökmdarın zülmündən amanda qalım.” Həzrət sadiq (ə) buyurdu: “Gecə vaxtı iki rükət namaz qıl. Namazın birinci rükətində “Həmd”dən sonra “Ayətəl-kürsi”ni və ikinci rükətində “Həmd”dən sonra, “Həşr” surəsi “Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin...” ayəsindən başlayaraq, surəni axıradək oxu. Sonra Quranı götürüb, başına qoy və bu sözləri de:
İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!
Daha sonra on dəfə “Ya Allah”, on dəfə “Ya Muhəmməd”, on dəfə “Ya Əli”, on dəfə “Ya Fatimə”, on dəfə “Ya Həsən”, on dəfə “Ya Husəyn”, on dəfə “Ya Əliyyəbnəl Husəyn”, on dəfə “Ya Muhəmmədəbnə Əli”, on dəfə “Ya Cəfərəbnə Muhəmməd”, on dəfə “Ya Musəbnə Cəfər”, on dəfə “Ya Əliyyəbnə Musa”, on dəfə “Ya Muhəmmədəbnə Əli”, on dəfə “Ya Əliyyəbnə Muhəmməd”, on dəfə “Ya Həsənəbnə Əli” və on dəfə “Bil Huccəh” de. Sonra öz hacətini istə.”
Ravi deyir ki, o kişi, bir müddətdən sonra borclarını ödəyib, mal-dövlət sahibi oldu və hökmdarın zülmündən xilas oldu.
Müəllif deyir: Hədisdən belə məlum olur ki, bu əməlləri namazı qılıb, qurtardıqdan sonra yerinə yetirmək lazımdır.
Azərbaycan Dili Tərcüməsi
Bihəqqi hazəl Qur`ani və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəh-təhu fihi və bihəqqikə ələyhim, fəla əhədə ə`rəfu bihəqqikə mink.