Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
#420

Hacət namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Ravəndi, “Dəəvat” adlı kitabında nəql edir ki, günlərin birində həzrət İmam Zeynulabidin (ə) başqasının qapısı ağzında əyləşən bir kişinin yanından ötürdü. Həzrət o kişidən soruşur ki, nə üçün bu zalım insanın evinin qapısı ağzında əyləşmisən? O kişi deyir: “Çünki çətinliyə düşmüşəm.” İmam Zeynulabidin (ə) o kişiyə buyurur: “Ayağa qalx! Mən, bu qapıdan da yaxşı bir qapını sənə tanıtdıraram. Sənin Rəbbinin qapısı bu zalımın qapısından sənin üçün daha üstündür.” İmam (ə) o kişinin əlindən tutub, onu peyğəmbərin (s.ə.s.) məscidinə gətirdi və buyurdu: “Üzü qibləyə dayanıb, Allahın dərgahında iki rükət namaz qıl. Sonra Allaha həmd-səna de və Allahın elçisinə (s.ə.s.) salavat göndər. Həmçinin “Həşr” surəsinin axırıncı ayələrini, “Hədid” surəsinin əvvəlinci altı ayəsini və “Ali-İmran” surəsindəki iki ayəni oxu. Bunlardan sonra öz hacətini Allahdan istə və Allah taala sənin hacətini rəva edər.” Cənab Ravəndi “Ali-İmran” surəsindəki o iki ayə barəsində deyir: “Çox güman ki, bu iki ayə, “Qulillahummə malikəl mulki...” ayəsidir. (“Biğəyri hisab” sözünə qədər)” Əllamə Məclisi isə deyir ki, bu iki ayə, “Qulillahummə malikəl mulki...” və “Şəhidəllahu...” ayələridir.
Həzrət Əmirilmöminin Əli (ə) buyurubdur: “Müəyyən bir işinizi həll etmək istədikdə, Cümə axşamı günü evdən yola düşün və evdən xaric olduğunuz vaxt, “Ali-İmran” surəsinin axırıncı ayəsini, “Ayətəl-kürsi”ni, “Qədr” və “Həmd” surələrini oxuyun. Bu surələr, dünya və axirət hacətlərini rəva edir.”
Əvvəlki: #419. Borcun ödənməsi və hökmdarın zülmünün aradan qalxması üçün qılınan namaz Bütün Dualar ↑ Növbəti: #421. Çətinliyə düşən vaxt qılınan namaz